Məhkəmə qərarları › İş №2(026)-76/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-76/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-76/2022 24.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı, Cavabdeh və maraqlı tərəf 8 saylı Ərazi Məşğulluq filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məlumatların həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən məlumatlar sayılması, həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən məlumata görə ondan üzr istənilməsi, Cavabdeh onun işgüzar nüfuzunu ləkələdiyinə görə 500 manat zərərin alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı məlumatların həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən məlumatlar sayılması, həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən məlumata görə ondan üzr istənilməsi, Cavabdeh onun işgüzar nüfuzunu ləkələdiyinə görə 500 manat zərərin alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 05 avqust 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Ərazi Məşğulluq filialında məşğulluq tədbirləri şöbəsinin müdiri vəzifəsində çalışır. Vəzifəsi filiala özünüməşğulluq, işsizlikdən sığorta və peşə hazırlığı üzrə daxil olan müraciətləri araşdırmaq və digər əlaqəli funksiyaları həyata keçirir. Qobustan rayon Təklə- Mirzəbaba kənd sakini vətəndaş Cavabdeh Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi hissəsinə onun özünüməşğulluq proqramı çərçivəsində qızı X4 2019-cu ildə xırdabuynuzlu heyvanların verilməsi üçün ondan rüşvət tələb etməsi mövzusunda müraciət etmişdir. Cavabdeh şikayəti 8 saylı Ərazi Məşğulluq filialında araşdırılmış, araşdırma zamanı məlum olmuşdur ki, Qobustan rayon Təklə-Mizəbaba kənd sakini Cavabdeh müraciətinin əsas məqsədi qızı Xəyalə Köçəriyevanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı olmuşdur. Cavabdeh Ş. Musayev qızı Xəyalı Köçərliyeva 20 avqust 2021-ci il tarixində özünüməşğulluq proqramına müraciət etmişdir. Müraciətin araşdırılması məqsədi ilə X. Köçəriyevanın həyətyani sahəsinə filialın əməkdaşları tərəfindən 30 sentyabr 2021-ci il tarixdə baxış keçirilən zaman məlum olmuşdur ki, Xəyalə Köçəriyeva atası Cavabdehlə bir evdə yaşayırlar, onlara məxsus tövlədə 1 baş iribuynuzlu heyvan aşkar olunmuşdur. Xəyalə Köçəriyevanın həyətyani sahəsinə 05 oktyabr 2021-ci il tarixində filialın əməkdaşları tərəfindən təkrar baxış zamanı onlara məxsus tövlədə 3 baş iribuynuzlu heyvan aşkar olunmuş, ailədə olan əmək qabiliyyətli şəxslərdən Cavabdeh və həyat yoldaşı Qobustan rayon Təhsil şöbəsinin Təklə-Mirzəbaba kənd tam orta məktəbində texniki işlərdə və qardaşı X9 isə “X16” MMC-də sosial işçi vəzifələrində işləyirlər. Xəyalə .Köçəriyeva hal-hazırda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 24 dekabr 2018-ci il tarixindən iş axtaran şəxs kimi qeydiyyatdadır. Cavabdeh pul tələbi haqqında şikayətinin araşdırılması ilə əlaqədar izahat yazmaqdan imtina etmiş və yalnız qızı Xəyalənin özünüməşğulluq proqramına cəlb olunduqdan sonra şikayətinin geri götürəcəyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh ona şər və böhtan xarakterli fikirlər və şikayətlər edərək onu özündən asılı vəziyyətdə saxlamaq məqsədi daşıyır. Bu da onun işgüzar nüfuzuna zərər vurur, nüfuzunu aşağı salır, ona mənəvi sarsıntı və iztirab verir. Dövlət təşkilatında işlədiyinə görə işinə məsuliyyətlə yanaşaraq, işgüzar nüfuzunu qorumağa çalışır. Lakin Cavabdeh qanunsuz olaraq, məqsədli hərəkətləri onun işgüzar nüfuzuna xələl gətirməyə, aşağı salınmasına yönəlmişdir. Nəticə etibarilə, iş yerinə görə davamlı olaraq mənəvi iztirab və sarsıntıları davam edir. İşgüzar fəaliyyətini diskreditə etmək məqsədi daşıyır. Böhtan xarakterli məlumatları yayaraq, təhqir edərək və işgüzar nüfuzuna xələl gətirməklə əmək fəaliyyətindən əldə edə biləcək mənfəətinin itirilməsinə səbəb ola bilər. Ona görə də Cavabdeh onun işlədiyi özünü məşğulluq proqramı çərçivəsində cavabdehin qızı X4 2019-cu ildə xırdabuynuzlu heyvanların verilməsi üçün ondan rüşvət tələb etməsi faktının həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzunu ləkələyən məlumatlar sayılması, həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən özünü məşğulluq proqramı çərçivəsində Cavabdeh qızı X4 2019-cu ildə xırdabuynuzlu heyvanların verilməsi üçün ondan rüşvət tələb etməsi məlumatına görə ondan üzr istənilməsi, Cavabdeh onun işgüzar nüfuzunu ləkələdiyinə görə 500 manat zərərin alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Əmiraslan oğlu izahat verərək göstərdi ki, 2018-ci ildə özünüməşğulluq idarəsinə qızı Xəyalənin aztəminatlı ailə olmasını və Xəyaləyə xırdabuynuzlu heyvanların verilməsi üçün ərizə ilə müraciət etmişdir. Həmin idarədən onun ünvanına daxil olmuş ərizədə Xəyalənin aztəminatlı ailələrin kriteriyasına uyğun olmasını və kurslarda iştirak edəcəyini bildirildiyindən özünüməşğulluq idarəsində şöbə müdiri işləyən İddiaçı yanında olaraq qızı Xəyalənin iki uşağı ilə onun evində qaldığını deyərək Xəyalənin işlə təmin edilməsini ondan xahiş etmişdir. İddiaçı ona Xəyalənin aztəminatlı ailələrin kriteriyasına uyğun gəlmədiyini dediyinə görə aralarında mübahisə yaranmış, o da əsəbi olduğu üçün İddiaçı korrupsiya idarəsinə şikayət etmiş və Şadmana qızı Xəyaləyə xırdabuynuzlu heyvanlar verilməsə o, da şikayətini geri götürməyəcəyini bildirmişdir. Korrupsiya idarəsinə şikayət etməsini düzgün hesab etmir və İddiaçı üzr istəməyə razıdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X6 8 saylı Ərazi Məşğulluq filialının nümayəndəsi X10 izahat verərək göstərdi ki, Cavabdeh qızı Xəyalə Köçəriyevaya xırdabuynuzlu heyvanların verilməsi üçün üzünüməşğulluq idarəsinə etdiyi müraciəti əsasında onun həyətinə baxış keçirilmiş və həyətdə olan bir baş yanında balası olan heyvanın fotoşəkili çəkilərək regiona göndərilmişdir. Regiondan onlara Xəyalə Musayevanın aztəminatlı ailələrin meyarına uyğun olduğu və Xəyalənin kurslarda iştirak etməsi bildirildiyinə görə Xəyalə Köçəriyevanı kursa çağırmışlar. Xəyalə də bir dəfə kursda iştirak etmişdir. Sonradan onlara məlumat daxil olaraq Xəyalə Köçəriyevanın və digər şəxslərin aztəminatlı ailələrin meyarına aid olmamaları barədə məktub daxil olduğuna görə Xəyalə Musayevaya kursa gəlməməsi bildirilmişdir. Bundan sonra Cavabdeh özünüməşğulluq filialından və həmin filialda şöbə müdiri işləyən İddiaçı korrupsiya idarəsinə guya onun qızı Xəyalə Köçəriyevadan rüşvət tələb edilməsi barədə şikayət ərizələri yazmışdır. Cavabdeh həyətinə təkrar baxış keçirilən zaman onun həyətində 4 baş iri buynuzlu aşkar olunaraq video görüntü çəkilmiş və regiona göndərilmişdir. Ailə sayı sabit olduğuna görə həmin ailə aztəminatlı meyarına aid edilməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, Cavabdeh 8 saylı Ərazi Məşğulluq filialınına qızı X8 xırdabuynuzlu heyvanların verilməsi üçün etdiyi müraciət əsasında 8 saylı Ərazi Məşğulluq filialının nümayəndələri tərəfindən onun həyətinə baxış keçirilmiş və baxış zamanı onun həyətində olan 4 baş iribuynuzlu heyvanların fotoşəkilləri və video görüntüləri çəkilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinə göndərilmişdir. X1ra həmin ailənin aztəminatlı ailələr meyarına aid olmaması barədə imtina məktubu gəlmiş və onlar da bu barədə Xəyalə Musayevaya məlumat vermişlər. Bundan sonra Xəyalə Musayevanın atası Cavabdeh idarəyə gələrək idarədə şöbə müdiri vəzifəsində çalışan İddiaçı irad bildirərək onunla mübahisə etmiş və İddiaçı barəsində Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə şikayətlər etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı X5 Cavabdeh işlədiyi özünüməşğulluq proqramı çərçivəsində həqiqətə uyğun olmayan və cavabdehin işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına görə İddiaçı İddiaçı üzr istənilməsi hissəsində iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh işgüzar nüfuzuna xələl gətirməklə əmək fəaliyyətindən əldə edə biləcək mənfəətinin itirilməsinə səbəb ola bilən hissədə 500 manat məbləğində ziyan dəyməsini təsdiq edən əsaslı sübut məhkəməyə təqdim olunmadığı üçün iddianın vurulmuş zərər hissəsi təmin edilə bilməz. “Öz biznesinə başlamaq” layihəsinin iştirakçısı olmaq üçün müraciət etmiş ailənin ünvanında ilkin baxış üzrə monitorinqin nəticələri barədə məlumatda göstərilir ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan X2 həyətində 30 noyabr 2021-ci il tarixdə monitorinq keçirilmiş onun həyətində 2 baş iri buynuzlu heyvan və 1 baş dana olduğu müəyyən edilmişdir. Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Cavabdeh Əmraslan oğlunun Azərbaycan Respublikasının Baş prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlandığı sənəddə iki azyaşlı övladı ilə onun evində yaşayan, maddi cəhətdən çətinlik çəkən qızı X2 özünədəstək proqramına cəlb olunmaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Ərazi Məşğulluq filialına müraciət etdiyini, həmin filialda şöbə müdiri işləyən İddiaçı isə onun qızının proqrama cəlb olunması müqabilində 2019-cu ildə ondan pul istəməsini, o pul verməkdən imtina etdiyinə görə isə qızının özünədəstək proqramına cəlb olunmasından əsassız olaraq imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Ərazi Məşğulluq filialının Qobustan rayonu, Təklə- Mirzəbaba kənd sakini X4 ünvanlandığı 13 oktyabr 2021-ci il tarixli **********2 saylı məktubunda göstərilir ki, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq təsərrüfatı qurmaq istəyi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Ərazi Məşğulluq filialında baxılmışdır. Müraciətin araşdırılması məqsədilə filialın əməkdaşı tərəfindən onunla telefon əlaqəsi saxlanılmış, söhbət zamanı özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvandarlıq təsərrüfatı qurmaq istədiyini bildirmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.9-cu maddəsi (İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə müəssisələrindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir) izah olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”na uyğun olaraq həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, 24.12.2018-ci il tarixindən “Məşğulluq” altsistemində (MAS) qeydiyyatda olduğunuz nəzərə alınaraq, özünüməşğulluğun təşkili üçün mövcud şəraitinə 05 oktyabr 2021-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün, özünüməşğulluq proqramına ilkin mərhələdə cəlb olunmağından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü biruzə verə bilər. Mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ərizəsində göstərdiklərini təkzib etməklə İddiaçı üzr istəməlidir. İddianın 500 manat zərərin ödənilməsi hissəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ərizəsində göstərdiklərini təkzib etməklə İddiaçı üzr istəsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar