Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-9/2024 24.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə hökmü ilə təqsirli bilinmiş Cavabdeh təqsirli hərəkətləri nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün 3000 manat əməliyyat xərci, ailə üzvlərinə dəymiş 2000 manat mənəvi zərərin və 120 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmə hökmü ilə təqsirli bilinmiş Cavabdeh təqsirli hərəkətləri nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün 3000 manat əməliyyat xərci, ailə üzvlərinə dəymiş 2000 manat mənəvi zərərin və 120 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərdi ki, məhkəmə hökmü ilə təqsirli bilinmiş Cavabdeh təqsirli hərəkətləri nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün ondan, yəni Cavabdeh sağlamlığının bərpası üçün əməliyyat üçün çəkilməli olan 3000 manat məbləğində müayinə, müalicə, əməliyyat xərcinin, ona və ailə üzvlərinə dəymiş 2000 manat məbləğində mənəvi zərərin, həmçinin məhkəməyə müraciət üçün çəkdiyi 120 manat məbləğində xidmət haqqının və hüquqi yardıma görə vəkilə ödənilmiş 900 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir, o isə həmin hökm üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh törətdiyi əməl nəticəsində onun burnunun qapalı sınıqla müşayiət olunan burunun qapalı küt travması zədəsi vurulmuşdur. Sağlamlığının bərpası və əvvəlki vəziyyətinə qaytarılması üçün əməliyyat olunması zərurəti yaranmışdır. Bundan başqa Cavabdeh hərəkətlərinin nəticəsində o və ailəsi psixoloji gərginlik keçirmişlər və sağlamlıqlarına zərər vurulmuşdur. Cavabdeh təqsiri üzündən keçirdiyi sarsıntılara görə ona və ailəsinə dəymiş mənəvi ziyanı 2000 manat qiymətləndirir. Ona görə də Cavabdeh sağlamlığının bərpası üçün əməliyyat üçün çəkilməli olan 3000 manat məbləğində müayinə, müalicə, əməliyyat xərcinin, ona və ailə üzvlərinə dəymiş 2000 manat məbləğində mənəvi zərərin, həmçinin məhkəməyə müraciət üçün çəkdiyi 120 manat məbləğində xidmət haqqının və hüquqi yardıma görə vəkilə ödənilmiş 900 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 2022-ci ildə Gəncə şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. 21 avqust 2022-ci il tarixdə saat 22:15 radələrində əsgər yataqxanasında əsgər Cavabdeh ilə İddiaçı arasında mübahisə yaranmış, mübahisə zamanı Cavabdeh əli ilə Muad Abdullayevin burun nahiyyəsinə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirmişdir. Hazırda İddiaçı burun sınığından əziyyət çəkdiyinə görə ona “rinoplastika” əməliyyat lazımdır və “rinoplastika” əməliyyatı isə dövlət xəstəxanalarında icra olunmur. Özəl xəstəxanalarında isə “pinoplastika” əməliyyatı 3000 manatdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2022-ci ildə həqiqi hərbi xidmətdə olarkən əsgər yoldaşı, hazırda iddiaçı olan İddiaçı ilə aralarında mübahisə yaranmış mübahisə zamanı İddiaçı sifət nahiyəsinə əli ilə vurmuşdur. Həmin vaxtı İddiaçı xəsarət yetirmişdir. Törətdiyi cinayətə görə Gəncə Hərbi Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 400 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İddiaçı əməliyyat üçün ondan tələb etdiyi 3000 manat həddindən artıq çox məbləğdir. Hazırda respublikada olan bütün klinikalarda “renoplastika” yüksək səviyyədə həyata keçirilir və həmin əməliyyatın qiyməti 500-700 manat arasında dəyişir. İddiaçı iddia etdiyi 2000 manat mənə ziyan tələbi isə tamamı ilə əsassızdır. Çünki, o, törətdiyi cinayətin cəzasını qanuna müvafiq olaraq məhkəmə kökmü ilə çəkmişdir. Ona görə də məhkəmədən iddianın dəymiş ziyan hissəsinin qismən təmin edilməsi və qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə Hərbi Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 400 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Cavabdeh üzərində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Gəncə Hərbi Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 3-1(095)-178/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məhkəməsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2023cü il tarixli 908 saylı məktubunda göstərilir ki, İddiaçı 01 mart 2022-ci il tarixindən 18 mart 2022-ci il tarixinədək “hər iki ağciyərin aşağı, sağ ağciyərin orta paylarının ocaqlı pnevmoniyası orta ağır dərəcə, yüngül dərəcəli dəmir defisitli anemiya” diaqnozu ilə N nömrəli hərbi hissədə stasionar müalicədə olmuş (xəstəlik tarixi № 2767), hərbi hissənin hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və “Xəstəliklər cədvəli”nin 53 maddəsinin İİ qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsızdır. Xəstəliyə görə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilməlidir” qərarı verilmişdir. Əsgər İddiaçı hərbi xidmətdə olduğu müddətdə dövlət təminatında olduğu üçün, müalicə məsrəfləri Müdafiə Nazirliyinin hesabına ödənilmişdir. Əsgər İddiaçı stasionar müalicədə olduğu zaman adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2767 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinin təsdiq edilmişdir. Respublika Klinik Xəstəxanasının 01 sentyabr 2023-cü il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı burun çəpərinin əyriliyi müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi “ X3 19 fevral 2024-cü il tarixli 51/KES saylı ekspert rəyində göstərilir ki, 2003-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun arxasında sümük və qığırdaq hissədə donqarlıq və burun çəpərində sola meyilliliyin olduğu müəyyən edilmişdir. Burun arxasındakı donqarlığı şəxsin travmadan əvvəlki şəkillərini də nəzərə almaqla xx.xx.2022-ci il tarixdəki travma ilə əlaqələndirmək olar. 2. İddiaçı şəxsi istəyindən asılı olaraq estetik görüntünün bərpa olunması üçün “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilə bilər. Cərrahiyyə əməliyyata sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmətibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. "xxxx" MMC-in hüquqi xidmətlərin göstərilməsi haqqında 13 avqust 2023-cü il tarixli 92/23 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və MMC-in hesabına 900 manat pul ödəmişdir. Müəyyən olundu ki, İddiaçı 2022-ci ildə Gəncə şəhərində həqiqi hərbi xidmətdə olarkən 21 avqust 2022-ci il tarixdə əsgər yataqxanasında əsgər Cavabdeh ilə İddiaçı arasında mübahisə yaranmış, mübahisə zamanı Cavabdeh əli ilə İddiaçı burun nahiyyəsinə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirmişdir. Cavabdeh Gəncə Hərbi Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 400 saat ictimai işlər cəzasına məhkum edilmiş və Cavabdeh üzərində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hazırda İddiaçı burun sınığından əziyyət çəkdiyinə görə ona “rinoplastika” əməliyyat lazımdır. İddia ərizəsində göstərilən mənəvi zərərə görə 2000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh hərəkətlərinin İddiaçı və valideynlərinin mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı və valideynlərinin mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə görə iddiaçının cavabdehdən mənəvi zərərlə əlaqədar tələb hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı Cavabdeh hərəkətlərinin onun və valideynlərinin psixoloji sarsıntı keçirməsinə səbəb olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1000 manat müayinə, müalicə və əməliyyat xərci, 900 manat hüquqi yardıma görə vəkilə ödənilmiş xərc və 120 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat müayinə, müalicə və əməliyyat xərci, 900 manat hüquqi yardıma görə vəkilə ödənilmiş xərc və 120 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-9/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-9/2024
24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver