Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-94/2021 26.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqaviləyə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aralarında xx xxxxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə öhdəliyin icrası ilə əlaqədar xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında razılığa gəldiklərini göstərərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı ilə aralarında razılığa gəlmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aralarında xx xxxxxxxx 2018-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə öhdəliyin icrası ilə əlaqədar xitam verilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-94/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-94/2021
26.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver