Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1024/2021 21.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1318,00 (bir min üç yüz on səkkiz) manat sığorta ödənişi məbləğinin, 700.00 (yeddi yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2048.00 (iki min dörd yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Fərzullayev məktub ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, iştirakları olmadan işə baxılmasını və iddialarının təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X2 arasında 26.06.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 18.01.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, Hacıhüseynli kəndində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Accent” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı 1318,00 (bir min üç yüz on səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Quba RPŞ DYPB-dən ünvanlarına 19.01.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1 -ci maddələri ilə təqsirli bilinmişdir. Quba RPŞ DYPB-nin İddiaçı-yə təqdim etdiyi 23.01.2019-cu il tarixli, 146-14/1999-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Belə ki, göstərilənləri nəzərə alaraq, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1318,00 (bir min üç yüz on səkkiz) manat sığorta ödənişi məbləğinin, 700.00 (yeddi yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2048.00 (iki min dörd yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddianı qismən qəbul edərək bildir ki, idarə etdiyi “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə 18.01.2019-cu il tarixdə Quba rayonu, Hacıhüseynli kəndində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisədə “Hyundai Accent” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdi. O zərəri yerində ödəyib və sığrtadan B. Ağayevə 1300 manat məbləğində pul ödənilmişdi. Hazırda iddianı sığorta ödənişi hissəsində qəbul edir. Göstərilənləri nəzərə almağı və iddianın rrəəd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə Cavabdeh dinləyib, mülki işdə olan sənədlərin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 08.02.2019-cu il tarixli 19-01227/02/AA-736/19 saylı sığorta aktından görünür ki, İddiaçı 1318,00 (bir min üç yüz on səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan 14.02.2019- cu il tarixli 002419 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı X1 adına “Kapitalbank”ın Yasamal filialından 1318,00 (bir min üç yüz on səkkiz) manat məbləğində pul ödənilmişdir. İşdə olan sənədlərdə İddiaçı tərəfindən Cavabdeh ünvanına 13.06.2019-cu il tarixli, AS- 19/1451 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İş sənədlərinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 19.01.2021-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İşdə olan sənədlərdə Cavabdeh 18.01.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, Hacıhüseynli kəndində yolnəqliyyat hadisəsi törətmiş və “Hyundai Accent” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh 1.318,00 (min üç yüz qırx səkkiz) manat sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu, cəmi 1.348,00 (min üç yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulması əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1.318,00 (min üç yüz qırx səkkiz) manat sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 1.348,00 (min üç yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1024/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1024/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver