Məhkəmə qərarları › İş №2(027)-1052/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1052/2023

23.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1052/2023 23.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, o cümlədən digər iddiaçı X3 nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, X3 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə1 və Cavabdeh1 xüsusi notariusu X4 qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisində rəsimləşdirilmiş 07 avqust 2020- ci tarixli, reyestrdə 4Ə-1503 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsini onlara birgə mülkiyyət üzrə məxsus 0,07 ha torpaq sahəsindən payları bağışladığları hissədə və ümumi sahəsi 91,6 kv. m olan fərdi yaşayış evini bağışlamaq üçün 07 avqust 2020-ci il tarixli, reyestrdə 4 Ə- 1501 № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanmasi müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı, o cümlədən digər iddiaçı X3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək tələbini müdafiə etmişdir. İş üzrə cavabdeh Qanuni nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, atası İddiaçı1 ona tam mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi, birgə mülkiyyət hüququ ilə məxsus olan həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini oğlu Cavabdeh2 bağışlanmışdır. Bu atasının tam könüllü və sərbəst iradə ifadəsi olmuşdur. Hazırda ona göstərilən əmlakın bağışlama müqaviləsini mübahisələndirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində qanuni nümayəndə qismində məhkəməyə dəvət edilməsi barədə bildiriş daxil olmuşdur. Bununla əlaqədar bildirir ki, məhkəmə iclasında iştirak etməyə çalışacaq. Lakin, işi ilə əlaqədar işdə üzürlü səbəbdən iştirak etməyə bilər. Bu səbəbdən göstərilən məktubla iddia ərizəsinə etiraz edir və iddianın qəbul edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, atasının digər övladlarının hər birini ayrıca mülki vardır. O isə, ailəsilə kirayə qalır və bu səbəbdən ailəsinin (övladının) bütün ümidləri həmin evlə bağlıdır. Bələ ki, bağışlanma müqaviləsi heç bir qeyd şərtsiz bağışlanmış və müqavilədə hər hansı bir tələb və ya şərt müəyyən ediləməmişdir. Qeyd edilən əmlaklar bağışlanma zamanı heç bir hüquqla məhdudlaşmamışdır. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi məhkəməyə müraciət edərək, işlərin çox olması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materialıarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07 avqust 2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinin” surətindən görünür ki, hədiyyə verən, İddiaçı1 Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ümumi sahəsi 91.6 kvm olan fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus hissəsindən göstərilən hissəni (91.6 kvm) nəvəsi hədiyyə alan Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə olunmuş 07 avqust 2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinin” surətindən görünür ki, hədiyyə verənlər İddiaçı1, Qanuni nümayəndə1, X2 rayonu, Qusarçay kəndində yerləşən ümumi sahəsi 0.07 kvm olan torpaq sahəsini birgə mülkiyyət üzrə ona məxsus hissəsindən göstərilən hissəni (0.07 kvm) hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Cavabdeh Qanuni nümayəndə1 təqdim etdiyi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1309/2022 saylı qətnaməsinin surətindən göründüyü kimi, iddiaçılar İddiaçı1 və X3 Cavabdeh2 qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022ci il tarixli Qərardadının 37-ci bəndinə əsasən əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Həmin Qərardadın 42-ci bəndinə əsasən digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X3 cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə1 və Cavabdeh1 xüsusi notariusu X4 qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar