Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1086/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Rufullayeva Rəvanə Məzahir qızının katibliyi, Cavabdehyeviçin vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı-nin Cavabdehyeviçə qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-nin Cavabdehyeviçə qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 3517,00 (üç min beş yüz on yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə YusufovDenis Dmitriyeviç arasında 16.07.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 27.10.2019-cu il tarixdə “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, H.Cavid prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “X11” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün İddiaçı 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yasamal RPİ DYPŞ-nin İddiaçı-yə təqdim etdiyi 04.11.2019-cu il tarixli, 091-52304-1219 saylı arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Sorğuya əsasən təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 18.12.20120-ci il tarixli, 05/2691 saylı məktubunda cavabdeh ünvan 1 ünvanında qeydiyyata alınması göstərilmişdir. Cavabdehyeviç yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İddiaçı-nin nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində, iddianı müdafiə etdiyini nəzərə alaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehyeviçin vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı təşkilat ərizəsində cavabdehin hadisəsinin baş verdiyi vaxt “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqim etməmişdir. Cavabdeh Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazə almadığından, iddiaçı tərəfin istinad etdiyi “Yol hərəkəi haqqında” Qanunun 35-1 maddəsi cavabdehə şamil olunmur. İddianın əsassız olduğunu qeyd edərək, tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tərəfinin ərizəsini nəzərdən keçirib, Cavabdehyeviçin vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil dinləyib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Prosesləri Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin məktubundan görünür ki, Cavabdehyeviç ünvan 2 ünvanında qeydiyyata alınmışdır; Bakı şəhər BPİ DYPİ-nin İddiaçı-yə təqdim etdiyi 04.11.2019-cu il tarixli, 091-52304- 1219 saylı arayışdan görünür ki, 27.10.2019-cu il tarixdə saat 00:35 radələrində Cavabdehyeviçin idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 məxsus “X11” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdehyeviç təqsirli bilinmiş və sonuncunun əməli inzibati məsuliyyətin yaranmasına səbəb olmuşdur. Həmin arayışda qeyd edilir ki, Cavabdehyeviç yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir; Bakı şəhər DYPİ-nin ******* saylı, 31.10.2019-cu il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdehyeviç Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhər DYPİ-nin ******* saylı, 31.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdehyeviç 27.10.2019-cu il tarixdə idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 40 manat məbləğində cərimə edilmişdir; AD 564270 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mükiyyətindədir; ƏN-Vİ № 647645 nömrəli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1 (bir) il müddətinə, yəni 07.09.2020-ci il tarixədək etibar etmişdir; ********** nöməli sürücülük vəsiqəsindən görünür ki, Cavabdehyeviçə 14.03.2019-cu il tarixdə Rusiya Federasiyasının DİN Moskva vilayəti X2 Dövlət İnspeksiyası tərəfindən 14.03.2020-ci il tarixədək qüvvədə olan B, B1, M kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X6 mülkiyyətində olan “Toyota” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil 16.07.2019-cü il tarixdə 01 (bir) il müddətinə, 16.07.2020-ci il tarixədək sığortalanmışdır; 19-10630/11/AA-8898/19 saylı sığorta aktından görünür ki, 27.10.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “X11” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində ziyan dəymiş, PAA********** saylı sığorta müqaviləsinə əsasən İddiaçı tərəfindən 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişini alan şəxs kimi X1 nümayəndəsi X7 göstərilmişdir; 14.11.2019-cu il tarixli Ödəniş Tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən X5 hesabına sığorta ödənişi qismində 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində pul köçürülmüşdür; İddiaçı-nin 14.01.2021-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 (on) gün müddətində “İddiaçı'' ASC-və ödənilməsini Cavabdehyeviçdən xahiş etmiş, qeyd olunan məbləğ ödənilmədiyi təqdirdə Denis İusufovdan 2987,00 (iki min doqquz yüz səksən yeddi) manat sığorta ödənişi məbləği, 500,00 (beş yüz) manat işlərin görülməsi xərci olmaqla, cəmi 3487,00 (üç min dörd yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilə bilməz. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etməsini və bununla da “Yol hərəkəi haqqında” Azərbaycan Respublikası Qanunun 35-1 maddəsinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən iddiaçının subroqasiya hüququnun yarandığını iddia edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1 maddəsinə əsasən: İ. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİ. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İş materiallarından aydın olduğu kimi, Rusiya Federasiyasının vətəndaşı Cavabdehyeviç ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin aşağıda qeyd olunan müddəalarına görə, 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sayılır. 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sayılır. 15.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. 15.3. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər. Məhkəmə hesab edir ki, cavabdehə münasibətdə qanunun Azərbaycan Respublikasında müvəqqəti yaşayan deyil, müvəqqəti olan anlayışı şamil edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi Cavabdehyeviçin Azərbaycana turist kimi gəldiyini və bir ayadək qaldığını, müvəqqəti yaşamaq üçün icazə almadığını bildirir, iddiaçı tərəf isə bunun əksinə dair sübutları məhkəməyə təqdim etmir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə almamış və avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında ölkəyə gəldikdən 1 ay ərzində idarə etmişdir. Digər tərəfdən, məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, 27.10.2019-cu il tarixdə idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə, Cavabdehyeviç Bakı şəhər DYPİ-nin ******* saylı, 31.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-ci maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Qanunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə ayrıca inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə vurğulayır ki, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən Cavabdehyeviç tənbeh edilərkən, onun ölkə ərazisində hansı əsaslarla olması, həmin tarixə nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmaması yoxlanılmış və bu cür hüququn olması qənaətinə gəlinmişdir ki, nəticədə Cavabdeh İXM-nin 332.4 deyil, 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və bu barədə qanuni qüvvəsini almış qərar mövcuddur. Hazırda məhkəmə tərəfindən Cavabdeh hərəkətlərində daha ağır inzibati xətanın mövcudluğunun müəyyən edilməsi yolverilməzdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddianın məhkəmədə qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı-nin cavabdeh YusufovDenis Dmitriyeviçə qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia təmin edilməsin. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1086/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1086/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver