Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1110/2022 06.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızının iştirakı ilə İddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şıxəliyeva (Əzizova) Aytac Elçin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 29 aprel 2016-cı il təvəllüdlü X8 və 07 dekabr 2017ci il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay cavabdehin aylıq gəlrinin (başqa gəlirinin) 1/3 hissəsi məbləğində aliment tutulmasına, eyni zamanda cavabdehin aylıq gəlirinin (başqa gəlirinin) 1/3 hissəsi ilə yanaşı, hər uşaq üçün 100 manat olmaqla, aylıq 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şıxəliyeva (Əzizova) Aytac Elçin qızı iddiasını onunla əsaslandırmışdır ki, o-X11, Cavabdeh ilə ailə həyatı qurmuş, 12 mart 2016-cı il tarixdə Masallı rayon İHB-nin Sərçuvar ərazi nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikah qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 aprel 2016-cı il təvəllüdlü X8 və 07 dekabr 2017-ci il təvəllüdlü X4 adlı övladları var. İlk vaxtlardan ailə münasibətləri normal olsa da, sonra cavabdehlə münasibətləri getdikcə pisləşmiş, nəticədə Masallı rayon Məhkəməsinin 2(050)-1274/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə, 12 mart 2016-cı il tarixdə Masallı rayon İHBnin Sərçuvar ərazi nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikah qeydləri pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(106)-187/2021 saylı qətnaməsi ilə 29.04.2016-cı il təvəllüdlü X8 və 07.12.2017-ci il təvəllüdlü X4 onun yanında qalması müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5232/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə Şirvan Apelyyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda uşaqlar iddiaçının himayəsindədir. Cavabdeh isə uşaqlarına diqqət yetirmir. Övladlarının problemləri ilə maraqlanmır. Onların tərbiyəsi ilə iddiaçı məşğul olur. Övladlarının böyüməsi və tələbatlarının artması, həmçinin Respublikada gedən həddindən artıq bahalaşma iddiaçının uşaqları saxlamasına çətinlik törədir. İddiaçının övladları kiçik yaşdadırlar, hal-hazırda Mirəzizin 5 yaş, Mirməhəmmədin 4 yaşı vardır. Onların tələbatlarını ödəmək maddi vəsait tələb edir ki, buna imkanı yoxdur. Həmçinin övladları azyaşlı olduğu üçün iş barəsində çətinlik çəkir və heç bir yerdə işləmir. Cavabdeh hərbçi olmuş, hazırda müəyyən məbləğdə müntəzəm əlilliyə görə əmək pensiyası alır. Cavabdeh özü çox yaxşı durumdadır. Odur ki, Qanunun tələbinə əsasən aliment ödəməyə borcludur. İddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızı Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən 21 aprel 2022-ci il tarixində dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcminin azaldılaraq Cavabdeh iki uşağın saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayonu İHB-nın yanında Rustov İƏD üzrə nümayəndəliyinin 20.04.2022-ci il tarixli, 375 nömrəli arayışından görünür ki, X3 rayonu, Sirəbil kəndində qeydiyyatda olsa da, övladları- 29.04.2016-cı il təvəllüdlü X8 və 07.12.2017-ci il təvəllüdlü X4 ilə birgə Quba rayonu, Rustov kənd İƏD-nin Xanəgah kəndində yaşayırlar. İş materiallarında olan 28 dekabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 058052 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 birgə nikahından 07.12.2017-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan 08 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 776621 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 birgə nikahından 29.04.2016-cı il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında 23.02.2022-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 408940 №-li şəhadətnamədən görünür ki, X11 ilə Cavabdeh arasında bağlanmış nikah Masallı rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha 14.10.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan 07.02.2022-ci il tarixli, İş 2022-003545 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və 07.02.2022-ci il tarixli, İŞ 2022-003545 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Cavabdeh X7 ona qarşı aliment tələbinə dair mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh əlilliyə görə 614.84 qəpik pensiya təyin olunmuşdur. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızı ilə Cavabdeh arasında bağlanmış nikah Masallı rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha 14.10.2021-ci il tarixində xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşaqları 07.12.2017-ci il təvəllüdlü X4 və 29.04.2016-cı il təvəllüdlü X8 iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızının himayəsində saxlanmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 07.12.2017-ci il təvəllüdlü X4 və 29.04.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması, uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15.03.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından 29 aprel 2016-cı il tarixdə doğulmuş X8 və 07 dekabr 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızının xeyrinə Cavabdeh 15 mart 2022-ci il tarixdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X13” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. 29 aprel 2016-cı il tarixdə doğulmuş X8 və 07 dekabr 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızının xeyrinə Cavabdeh 15 mart 2022-ci il tarixdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1110/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1110/2022
06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver