Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1125/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili X11, Cavabdeh, müfafiəçi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, birgə münasibətlərindən doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X13 və 05 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin və ilkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmişdir. Cavabdeh sipirtli içki aludəçisidir. Sipirtli içki içərək ona uşaqların gözü önündə fiziki şiddət göstərir. Belə ki, 2012-ci ildən 2015-ci ilə kimi cavabdehin şiddətlərinə dözə bilməyib, 2015-ci ildə valideynlərinin yanına gedib. Hətta 2012-ci ildə cavabdehin ona göstərdiyi şiddətə görə Quba rayon Məhkəməsində iş açılmışdır. 2015-ci ildə atası Quba şəhərində ev alaraq onlara verib ki, ailəsi dağılmasın diyə həmin evdə qalsınlar. Həmin vaxtdan təxminən üç ay müddətində cavabdeh onunla yaxşı olmuş, atası cavabdehi işlə də təmin etmişdir. Sonradan bir ailə kimi yaşadığı müddətdə belə onlara ailəsi kimi baxmamış, ehtiyyaclarını qarşılamamışdır. Artıq 2021-ci ilin oktyabr ayından uşaqlarıyla birlikdə valideynlərinin onlara yaşamaq üçün verdiyi evdə tək qoyaraq çıxıb getmişdir. Həmin vaxtdan onunla və uşaqlarıyla maraqlanmamış, ehtiyyaclarını qarşılamamışdır. O, uşaqlarını valideynlərinin köməkliyi ilə saxlayır. Uşağların ehtiyacları günügündən artır. Onun kimi uşağına baxmaq cavabdehin də vəzifəsidir. Qızı məktəblidir, əlavə olaraq məktəbdən kənar müəllim yanına gedir. Qızının onurğa sütununda (Skolioz) əyrilik var və buna görə qızı illərdir müalicə alır. Hazırda oğlu az yaşlı olduğundan heç bir yerdə işləmir. İlkin olaraq məhkəmədən kənar qaydada cavabdehlə ailə münasibətlərini həll etmək üçün Mediasiya Təşkilatına müraciət etsə də, Cavabdeh onunla razılığa gəlməmiş, ona 10 mart 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında razılığa gəlməməsi barədə arayış verilmişdi. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, birgə münasibətlərindən doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X13 və 05 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin və İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onların arasındakı münasibətlərin pozulmasına səbəb maddi imkanlarının zəif olmasıdır. Heç yerdə işləmir, fəhləliklə məşqul olur, hər uşağa 100 manat aliment ödəməyə razıdır, verilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili X8 və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 495328 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 23 iyul 2009-cu il təvəllüdlü X19 qızı Quba şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında 26 iyul 2010-cu il tarixində 813 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 992391 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 05 iyun 2017-ci il təvəllüdlü X5 şəhərində doğulmuş və doğum haqqında akt qeydləri kitabında 17 avqust 2017-ci il tarixində 811 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 153185 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 23 iyul 2009-cu ildə İddiaçı doğulmuş X9 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ 324674 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 05 iyun 2017-ci ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan 10.03.2022-ci il tarixli, 2022-15364 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından məlum olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul etməyiblər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunan 17 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh 23 iyul 2009-cu il təvəllüdlü X13 və 05 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, həmçinin İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17 mart 2022-ci il tarixdən başlayaraq, 23 iyul 2009-cu il təvəllüdlü X13 və 05 iyun 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1125/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1125/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver