Məhkəmə qərarları › İş №2(027)-1150/2022

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1150/2022

28.03.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1150/2022 28.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, KreditorMMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: KreditorMMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan Borclu 3068 (üç min altımış səkkiz) manat məbləğində əsas borcun və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3168 (üç min yüz altımış səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ**********97********) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. KreditorMMC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu 05 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 726 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 348 manat borcu qalıb. İş üzrə Borclu 22 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 3540 manat olan məişət avadanlığı əldə edib, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2720 manat borcu qalıb. Odur ki, iddiaçı borcludan 3068 (üç min altımış səkkiz) manat məbləğində əsas borcun və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3168 (üç min yüz altımış səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, İş materiallarında olan 05.02.2021-ci il tarixli QBK538464 saylı borc müqaviləsinə əsasən Borclu Kreditor MMC-dən 12 ay müddətinə ilkin 30 manat ödəməklə, dəyəri 726 manat olan məişət avadanlığı əldə edib və ayda 58 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarında olan 22.03.2021-ci il tarixli QBK538677 saylı borc müqaviləsinə əsasən Borclu Kreditor MMC-dən 20 ay müddətinə ilkin 340 manat ödəməklə, dəyəri 3540 manat olan məişət avadanlığı əldə edib və ayda 160 manat ödəməyi öhdəsinə götürüb. İş materiallarında olan 10.12.2021-ci il tarixli maliyyə arayışından görünürki, 05.02.2021-ci il tarixli QBK538464 saylı borc müqaviləsi üzrə Borclu KreditorMMC-yə 348 manat məbləğdə, 22.03.2021-ci il tarixli QBK538677 borc müqaviləsi üzrə 2720 manat, ümumilikdə 3068 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan 14.03.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünürki, Kreditor MMC tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olan Borclu 3068 (üç min altımış səkkiz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti tutulub Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar