Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1177/2022 20.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, ümumilkdə üç uşağa görə 360 (üç yüz altmış) manat məbləğində tutulması müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, ümumilkdə üç uşağa görə 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq İskəndərova (Novruzova) Əsmər Eldar qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı tələbinin rədd edilməsi, cavabdehlə birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa qanunla müəyyən edilmiş miqdarda 193 (yüz doxsan üç) manat olmaqla sabit pul məbləğində alimentin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində göstərmişdi ki, cavabdeh İskəndərova (Novruzova) Əsmər Eldar qızı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2006-ci il tarixli, 306 nömrə ilə qeyd olunmuş nikahın pozulması, hər üç uşaq - xx.xx.2008-ci il təvəllüdlü İskəndərova Jalə, xx.xx.2010-cu il təvəllüdlü İskəndərov Tunar və xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Əsra onun himayəsində qalmaqla, onların saxlanılması üçün hər uşağa 200 manat olmaqla, ümumilkdə 600 manat sabit pul məbləğində alimentin hər ay cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-341/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onunla X7 arasında , xx.xx.2006-cı il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış və 306 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları- X1 himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, ümumilkdə üç uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutulub X5 verilməsi qət edilmişdir. Hal-hazırda Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-341/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və sözügedən qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2021-ci il tarixdə X2 ilə rəsmi qaydada nikaha daxil olaraq yenidən ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşdur. Heç bir yerdə işləmir. Uşaqlarıyla bir ata kimi görüşünə keçmiş həyat yoldaşı X7 tərəfindən müxtəlif cür maneələr yaradılır. Xəstəliyilə əlaqədar müalicə alır. Hal-hazırda ailə vəziyyətinin əsaslı dərəcədə dəyişməsi və səhhətində baş vermiş xəstəliyindən dolayı əmək fəaliyyəti ilə məşğul ola bilməməyi səbəbindən qazanc yerinin olmaması, ondan üç uşağa görə hər ay 360 manat məbləğində alimentin tutulması imkanını qeyri-mümkün etməklə yanaşı bundan sonrakı yaşayış səviyyəsinin daha da ağırlaşmasına və bilavasitə özündən asılı olmayan səbəbdən (hərəkətsizlikdən) məhkəmə qətnaməsinin tam icra edilməsinə maneələr yaradacaqdır. Qeyd edilənlərə əsasən alimentin azaldılması tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mülki iş üzrə predmet ailə mübahisəsi olduğundan qanunvericiliyə uyğun olaraq tərəfindən mediasiya prosesinin tətbiqi barədə cavabdeh Əsmər İskəndərovaya təklif göndərilmişdir. Lakin, təklifi rəsmi qaydada almasından 10 gün keçməsinə baxmayaraq cavabdeh barışıqla, yəni razılaşma əldə edilməsi ilə bağlı hər hansı bir addım atmamışdır. Göründüyü kimi, məhkəməyədək lazımi prosedur qaydalarına riayət edildikdən sonra ondan tutulacaq alimentin məbləğinin 3 uşaq üçün işləməməyi, xəstə olmağı, yeni nikaha daxil olaraq təkrar ailə həyatı qurmağı, həmçinin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olması, bundan əlavə himayəsində valideynlərinin olması, bir sözlə şəraitin əsaslı formada dəyişməsi ondan keçmiş arvadından olan yetkinlik yaşına çatmayan 3 uşağa həddindən artıq yüksək məbləğdə alimentin tutulmasını mümkünsüz edir. Odur ki, aliment məbləğinin azaldılması barədə iddia ərizəsi ilə haqqın və ədalətin öz yerini tapması, eyni zamanda sözügedən qətnamənin ödəniləcək alimentə münasibətdə icrasının ləngiməməsi və yaxud da maddi durumunun aşağı olması səbəbindən alimentin qərəzli olmayaraq ödənilməməsi kimi bilavasitə özündən asılı olmayan qanunsuzluğa yol verməməyi üçün ədalət mühakiməsini həyata keçirən aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə müraciət edib. Belə ki, hazırki iş üzrə İddiaçı heç bir yerdə işləmir və gəliri yoxdur. İşləməməyinin səbəbi isə onun xəstə olmasıdır. Bir neçə dəfə işləməyə təşəbbüs göstərsə də, lakin səhhətində olan ciddi narahatçılıqlar buna imkan verməmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, ümumilkdə üç uşağa görə 360 (üç yüz altmış) manat məbləğində tutulması müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, ümumilkdə üç uşağa görə 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq İskəndərova (Novruzova) Əsmər Eldar qızına ödənilməsi və ona qarşı verilmiş qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin olunmasını, ilkin iddia üzrə tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsində göstərmişdi ki, cavabdeh İddiaçı ilə aralarında olan rəsmi nikah Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 3 uşağın - xx.xx.2008-ci il təvəllüdlü İskəndərova Jalə, xx.xx.2010-cu il təvəllüdlü İskəndərov Tunar və xx.xx.2017-ci il təvəllüdlü İskəndərova Əsranın saxlanılması üçün 120 manat aliment təyin edilmişdir. Hazırda hər 3 uşaq onun himayəsindədir və uşaqlar böyüdükcə onların aylıq yaşam tələbatları və xərcləri də artır. Lakin, cavabdeh İddiaçı uşaqların heç bir ehtiyacları və təminatı ilə maraqlanmır və bir ata kimi onlara heç bir diqqət və qayğı göstərmir. Bu səbəbdən uşaqların bütün yükünü o tək çəkməli olur. Onun və uşağlarının bir çox maddi ehtiyaclaı vardır ki. ailənin bütün yükünün tək öhdəsindən gələ bilmir və buna görə də o çox əziyyət çəkir. Hazırda təyin olunmuş 120 manat aliment məbləği çox azdır və günü gündən bahalaşma şəraitində uşaqların aylıq tələbatlarını ödəmir. Hətta cavabdeh təyin edilmiş alimenti belə ödəmir. Bu səbəbdən cavabdeh P.İskəndrova AR CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanmışdır. Cavabdeh öz övladları ilə maraqlanmadığna görə hər üç uşağın bütün qayğısını və ehtiyaclarını tək çəkir. Halbuki, uşaqların saxlanılması üçün bütün xərclərdə cavabdeh onunla birlikdə iştirak etməli və onların ehtiyacları ilə maraqlanmalıdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Göstərilənləri nəzərə alaraq, ona qarşı verilmiş ilkin iddianın rəd edilməsi və qarşılıqlı iddiasının təmin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X11 ilkin iddia ərizəsini qəbul etməyərək, bildirdi ki, ilkin iddia ərizəsinin tam qanunsuz əsassızdır. Hal-hazırda ölkə daxilində hər uşağın saxlanması üçün minimum 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 4000 manat aliment borcu yığılıb, birinci dəfə cinayət işi başlanılanda o pulu tapıb borcunu verib. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-341/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onunla X7 arasında , xx.xx.2006-cı il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış və 306 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları- X1 himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, ümumilkdə üç uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutulub X5 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 426371 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Mehrəliyeva lalə Mövludağa qızı arasında xx.xx.2021-ci il tarixində Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmış və 298 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İV 657066 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda, yəni həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur: Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağın saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzə- almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyə' edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqları valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmas tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etdi. Göstəriləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, Cavabdeh qarşılıqlı iddia tələbi qismən təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-341/2020 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa 140 (yüz qırx) manat, üç uşağa görə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanıb Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-341/2020 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa 140 (yüz qırx) manat, üç uşağa görə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1177/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1177/2022
20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver