Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1178/2020 27.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Cavabdeh, İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı “alğı-satqı və beh müqavilələrinin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviəsinin və xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı məhkəmədə mənzilin boşaldılması tələbinə dair iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-1468/2019 saylı qətnaməsinə əsasən onun iddia tələbi təmin olunaraq, o, ailə üzvləri və digər şəxslər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 19 saylı evin 10 saylı mənzilin boşaldılması və iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019 tarixli, 2(103)-10858/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 1468/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 8096/2019 saylı qərarına əsasən, onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli, 2(103)-10858/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə beh müqaviəsi, xx.xx.2017-ci il tarixdə isə alğı-satqı müqaviləsi tərtib olunmuşdur. xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulu tam şəkildə ona ödənilməmişdir. Bu səbəbdən də sözügedən, mübahisəli alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayənədsi vəkil X4 iddianı müdafiə edərək, tərəflər arasında 2017-ci ildə beh və alğı-satqı müqaviləsi bağlandığını, satılmış evin pulu tam şəkildə iddiaçıya ödənilmədiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia tələbində göstərilən evin alğı-satqısı üçün nəzərdə tutulmuş pulu tam şəkildə ödəmiş və iddiaçıya heç bir halda borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi rədd edilməlidir Belə ki, iş materiallarında olan AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 mənil 10 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə 40.000 manata Cavabdeh satılmış, müqavilənin şərtlərinə görə 10.000 manat beh müqaviləsi bağlanarkən və alğı-satqı müqaviləsi zamanı 7.000 manat olmaqla ümumilikdə 17.000 manat məbləğində pulu İddiaçı vermiş, qalan 23.000 manat məbləğində pulu isə xx.xx.2018-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Beh müqavilə”sindən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixə kimi ünvan 1 mənil 10 ünvanında yerləşən mənzili 30.000 manat məbləğə satılması barədə alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alğı-satqı müqaviləsinin təminatı kimi İddiaçı 10.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Qalan 20.000 manat məbləğində pul vəsaitinidə alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 20.000 manat məbləğində pul vəsaitini satıcıya ödəməlidir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1468/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzilin İddiaçı, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1468/2019 saylı tarixli qətnaməsi iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəməsinin 2(102)-8096/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, X1 Nigar Paşa qızına xx.xx.2018ci il tarixdə kupçanın alınması üçün 1000 manat, X1 Nigar Paşa qızına xx.xx.2017-ci il tarixdə 500 manat, X2 İlqara xx.xx.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir. İş materialarında olan orderlərin kserosurətlərindən görünür ki, Cavabdeh tərəfindən notariusun bankda açılan depozit hesabına xx.xx.2017-ci il tarixdə 10.000 manat, xx.xx.2017-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 11.500 manat məbləğində pul köçürülmüşdür; İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı, 2018-ci ilin avqust ayının sonunda evi Cavabdeh təhvil verilməsinə söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görürür ki, Cavabdeh mənzilin 3 gün ərzində boşaldılaraq təhvil verilməsi İddiaçı tələb olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə “satıcı” İddiaçı ödənilmişdir. Əmlakın dəyərinin qalan 11.500 manat təşkil edən hissəsinin ödənilməsi barədə notariat işində heç bir rəsmi sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (491.2-ci maddə). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. (491.3-cü maddə) Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. (492.2-ci maddə) Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. (646.2-ci maddə) İş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi notariat qaydada təsdiq edilmişdir. Müqavilədə daşınmaz əmlakın qiyməti tərəflərin razılaşmasına əsasən 40.000 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11.500 manat məbləğində pulu borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəmə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin notariat qaydada hər hansı kənar təsir olmadan könüllü şəkildə imzaladıqları müqavilənin mühüm şərti barədə müddəaları iddiaçının iddiası ilə şübhə altına alına və ya ləğv edilə bilməz. İddia qeyd olunan hissədə əsassız olduğundan mübahisəli əmlakın Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviəsinin və xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi təmin oluna bilməz. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlılığı üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərə riayət olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-76.2-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisələndirilən AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi üzrə İddiaçı razılaşdırılan məbləğin Cavabdeh tərəfindən tam şəkildə ödənilməməsi və müqavilənin etibarsız olması sübut olunmur. İddiaçı öz iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və əsaslandırdığı halları sübut edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçıCavabdeh qarşı onlar arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviəsinin və xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1178/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1178/2020
27.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver