Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1193/2023 24.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 iyul 2016-cı il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Hal-hazırda faktitki olaraq ayrılmışlar. xx.xx.2023-cü il tarixində Qusar 1 saylı Mediasiya təşkilatında cavabdehin təklifi ilə barışıq sazişi bağlamışlar. Sazişə əsasən onlar nikahın pozulmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişlər. (Nikahın pozulması tələbi üzrə Quba rayon Məhkəməsinin icraatındadır -İş N2(027)-704/2023). Digər şərtlərə görə birgə nikahlarından anadan olmuş xx.xx.2018- ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası Cavabdeh himayəsində qalmasına razılığa gəlməklə, onunla uşaqları hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 19:00 qədər (gecə qalmaq şərti ilə) görüş günlərinin təyin edilməsi və görüş yeri onun yaşadığı ünvan müəyyənləşdirilmişdir. Amma cavabdeh saziş bağlandıqdan sonra uşaqları Rusiya Federasiyasına aparmışdır, bunun nəticəsində o, azyaşlı uşaqları ilə görüşməkdən məhrum olmuşdur. Cavabdehin belə rəftarı uşaqlarının onunla gələcəkdə də ünsiyyətdə olmamaları üçün hər cür səy göstərəcəyinə əminlik yaradır. Məhkəmə iclasında İddiaçı ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2018-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçı ilə hər həftənin şənbə günü saat: 11:00-dən bazar günü saat 19:00 qədər (gecə qalmaq şərti ilə) görüş günlərinin təyin edilməsi barədə razılığı gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər xx.xx.2018-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçı ilə hər həftənin şənbə günü saat: 11:00-dən bazar günü saat 19:00 qədər (gecə qalmaq şərti ilə) görüş günlərinin təyin edilməsi barədə razılığı gəlmişlər. Cavabdeh saziş bağlandıqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları - xx.xx.2018-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 Rusiya Federasiyasına aparmışdır. Bunun nəticəsində iddiaçı azyaşlı uşaqları ilə görüşməkdən məhrum olmuşdur. Sazişin bu şərtinin pozulması, həmin razılaşmanın əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bu nəinki iddiaçının, həmçinin uşaqlarının mənafeyinə ziddir, həmin şərtə əməl edilmədiyi halda bu razılaşma əhəmiyyətsiz hesab olunur. Beləliklə, cavabdeh saziş əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, sazişin icrasından imtina etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1193/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1193/2023
24.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver