Məhkəmə qərarları › İş №2(027)-1231/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1231/2022

19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1231/2022 19.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 09 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh Vahid oğlundan tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Laçınova Sevda Musa qızı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi və qeyd etdi ki, onlar xeyli vaxtdır ayrı yaşayır, boşanmaq fikri yoxdur, yalnız iki uşağa görə 400 manat aliment tələb edir. İddiaçı Laçınova Sevda Musa qızı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 09 yanvar 2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikahdan 27 oktyabr 2015-ci il təvəllüdlü X4 və 09 mart 2017-ci il təvəllüdlü X8 adlı övladları var. Cavabdehlə ailə münasibətləri 2021-ci ilin dekabr ayından pozulmuşdur, faktiki olaraq ayrılıblar. Uşaqlar hal-hazırda onun yanındadırlar. Uşaqlarını təkbaşına çətinliklə saxlayır, maddi vəziyyəti çətindir, uşaqların tələbatını təmin etməyə imkan vermir. Heç bir yerdə işləmir. Cavabdeh isə hal-hazırda işləyir və normal qazanc əldə edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 09 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh Vahid oğlundan tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh Vahid oğlu bildirdi ki, iddianı qəbul etmir, belə ki, onlar ayrı yaşasalar da aralarında boşanma olmayıb. Heç bir aliment ödəmək fikri yoxdur, alimenti ödəməyəcək. Belə də əgər istəsə Qusarda kirayə ev tutub barışıb birlikdə orda yaşaya bilərlər. Məhkəmə iddiaçı Laçınova Sevda Musa qızını və Cavabdeh Vahid oğlunu dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 613659 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 27 oktyabr 2015-ci il təvəllüdlü X1 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında 03.11.2015-ci il tarixində 60 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh Vahid oğlu, ana qrafasında Laçınova Sevda Musa qızı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 911740 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 09 mart 2017-ci il təvəllüdlü X2 rayonunda doğulmuş və doğum haqqında akt qeydləri kitabında 01.05.2017-ci il tarixində 26 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh Vahid oğlu, ana qrafasında Laçınova Sevda Musa qızı qeyd edilmişdir. İş materiallarında olan AZ-T 036256 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Laçınov X6 Sevda Musa qızı arasında olan nikah Qusar rayonu Qeydiyyat şöbəsində 09.01.2015-ci il tarixdə bağlanmış və 0001 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 04.04.2022-ci il tarixli, MŞİH-15892 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən aliment tələbinə dair mübahisə üzrə Cavabdeh Vahid oğlu 04.04.2022-ci il tarixində saat 09:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, Laçınova Sevda Musa qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 04 aprel 2022-ci il tarixdən başlayaraq, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 09 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04 aprel 2022-ci il tarixdən başlayaraq, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 09 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar