Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1247/2020 28.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və cavabdeh Babayeva (Rzayeva) Günay Elçin qızının nümayəndəsi x2 iştirakı ilə İddiaçı cavabdeh Babayeva (Rzayeva) Günay Elçin qızına qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi vəziyyətinin çətin olmasını, ailə vəziyyəti və aldığı əmək haqqı nəzərə alınaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1905/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1905/2019 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx xxx 2019-cu il təvəllüdlü x6 anası-Cavabdeh himayəsində saxlanılmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment və xx xxx 2019-cu il təvəllüdlü x5 3 (üç) yaşına kimi saxlanıması üçün hər ay 50 (əlli) manat pul vəsaiti tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. O, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1905/2019 saylı qətnaməsi ilə razı deyil. O, Quba Regional “DOST” iş mərkəzində çalışır və 250 (iki yüz əlli) manat əmək haqqı alır. Həmin əmək haqqı şəxsi dolanışığına çatmır. Bundan başqa onun himayəsində yaşlı valideynləri var. Ailədə işləyən yalnız özüdür və aliment ödəməyə imkanı yoxdur. Odur ki, maddi vəziyyətinin çətin olmasını, ailə vəziyyəti və aldığı əmək haqqı nəzərə alınaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1905/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Babayeva (Rzayeva) Günay Elçin qızı məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən bilərəkdən yayınaraq, uşağın normal şəraitdə yaşamasını, qidalanmasını onun üzərinə qoyaraq onları ağır maddi vəziyyətə salmışdır.Qeyd olunanlara əsasən ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə cavabdeh Babayeva (Rzayeva) Günay Elçin qızının nümayəndəsi x4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və cavabdeh Babayeva (Rzayeva) Günay Elçin qızının nümayəndəsi x3 dinləyib, həmçinin cavabdehin iddiaya etiraz ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1905/2019 saylı qətnaməsindən görünür ki, tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixdə Quba regional “ASAN xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmış və 0563 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, xx xxx 2019-cu il təvəllüdlü x6 anası-Cavabdeh himayəsində saxlanılmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment və xx xxx 2019-cu il təvəllüdlü x5 3 (üç) yaşına kimi saxlanıması üçün hər ay 50 (əlli) manat pul vəsaiti tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, məhkəmə qətnaməsi ilə tərəflərin yetkinlik yaşına çatmayan övladı x1, həmçinin uşağın üç yaşınadək saxlanılması üçün Cavabdeh alimentin ödənilməsi qət edilmişdir. Lakin qətnaməni icra etməyə maddi imkanı olmayan İddiaçı alimentin azaldılmasını tələb etdi. Cavabdehin nümayəndəsi isə iddia tələbi qəbul etməyərək tələbin rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin uşağın saxlanılmasında çətinlik çəkdiyini və mövcud iqtisadi şərait, o cümlədən Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu nəzərə alınaraq, alimentin azaldılması barədə iddia tələbi əsassızdır, ona görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Babayeva (Rzayeva) Günay Elçin qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin eilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1247/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1247/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver