Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1256/2021 16.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun, bununla bağlı 800 manat dəyərində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, sosial şəbəkədən “KEYPROBJECT GROUP” işə düzəltmə şirkətinin rəhbəri kimi özünü tanıdan və əlində “KEYPROBJECT GROUP” şirkətinin (**********9 nömrəli vöen) möhürü və (AA1676129) nömrəli şəxsiyyət vəsiqəsi olan cavabdehlə, Bakı şəhəri Cəfər Cabbarlı küç.44 ünvanında yerləşən, CASPİAN PLAZA binasının 2-ci mərtəbəsində Kalinka adlanan bölməsində tanış olmuşdur. Onun oradaki ofisini 2019- cu ilin ilk aylarında görmüşdür. Cavabdeh xaricdə işə düzəlmək istədiyi halda, rəsmi qaydada xarici ölkədə işə düzəldə bilcəyini bildirmişdir. Növbəti dəfə cavabdehlə görüşdükdən sonra kontraktı imzalayıb, şərtlərinə əməl edərək, göstərilən 1800 $ (min səkkiz yüz ABŞ dolları) və 750 (yeddi yüz əlli) manat pulu ona vermişdir. Həmin, hər iki tərəfin imzası ilə, Xidməti kontraktla, Cavabdeh onu 4 ay müddətində xaricdə işə düzəldəcək və bunun müqabilində ondan özü müəyyən etdiyi miqdarda pul almış və 4 ay ərzində onu işə düzəltmədiyi təqdirdə isə götürdüyü bütün məbləği bir ay müddətində tam olaraq ona qaytaracağını cavabdeh öz öhdəsinə götürmüşdür. Lakin həmin müddətin bitməsinə baxmayaraq, Vüsal nə kontraktın şərtlərinə əməl etmədi, nə də, pulunu qaytarmamışdır. Cavabdehə verdiyi pul məbləği manat dəyərində 4000 (dörd min) manat təşkil edir. Bundan sonra, cavabdehlə dəfələrlə telefon əlaqəsini saxlasa da, lakin, sonuncu, qətiliklə, pulunun qaytarmayacağını ona bildirmişdir. Bununla bağlı, cavabdeh barəsində cinayət təqibi üzrə polisə müraciət etmiş, lakin, polis təhqiqatçısının qənaətilə, “iş mülki səciyyə daşıdığına görə” Cinayət işin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.10.2019-cu il tarixli xidməti müqavilədən görünür ki, İddiaçı 20.20.2019-cu il tarixdə 1800 ABŞ dolları və 09.11.2019-cu il tarixdə isə 750 manat məbləğində pulu Cavabdeh vermişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 22.02.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 20.10.2019-cu il tarixli xidməti müqavilə əsasında İddiaçıdan 20.20.2019-cu il tarixdə 1800 ABŞ dolları və 09.11.2019-cu il tarixdə isə 750 manat məbləğində pul alması sübuta yetirilmişdir. İddiaçı cavabdehə həmin müqavilə əsasında onu Norveçdə işləməsi üçün viza və işlə təmin edəcəyinə dair üzərinə öhdəlik götürmüş lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq, həmin müqaviləni icra etməmişdir. Bundan başqa, iddiaçı cavabdehdən dəymiş ziyanın ödənilməsi barədə 800 manat məbləğində pul tələb etsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 324.1-324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd edilən Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 1800 ABŞ dolları və 750 manat məbləğində pul alması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və 750 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1256/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1256/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver