Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1303/2023 31.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, X6 ilə birgə nikahlarından doğulmuş 04 noyabr 2005-ci il təvəllüdlü X2 və 10 iyul 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, cavabdeh-yetkinlik yaşına çatmayan şəxslər X2 və X7 nənəsi Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı X6 ilə 24 noyabr 2004-cü il tarixdə birgə nikahlarnı qeyd edərək ailə qurmuşlar. Onların birgə nikahlarından 04 noyabr 2005-ci il təvəllüdlü X8 və 10 iyul 2007-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar X6 ilə münasibəti normal olmuş, lakin sonradan pisləşmişdir. Aralarındakı münasibətlər dözülməz hal aldığından Quba Rayon Məhkəməsinin 2(027)-165/2019 nömrəli, 23 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahlarından doğulmuş 04 noyabr 2005-ci il təvəllüdlü X8 və 10 iyul 2007-ci il təvəllüdlü X11 adlı uşaqlarının onun yanında saxlanılması, yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaqa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin X1 alınaraq ona verilməsi barədə qərar qəbul edilmişdir. Lakin aralarındakı nikah pozulduqdan sonra X6 birgə nikahlarından olan uşaqlara baxmamış, aliment borcunu belə ödəməmişdir. Onda olan məlumata görə X6 uzun illərdir ki, Rusiya Federasiyasmdadır. Hətta aparılan icra tədbirləri nəticəsində də X3 yaşayış yerini müəyyən etmək mümkün olmamış, Quba rayon Polis Şöbəsində barəsində xx.xx.2019-cu il tarixdə axtarış işi açılmışdır. Qeyd edilən əsaslara görə Quba Rayon Məhkəməsinin 8(027)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)- 165/2019 saylı icra sənədinə əsasən borclu X1 iki uşağın yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Quba rayon icra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatı təmin edilmişdir. Göründüyü kimi Vasif Quliyevin olduğu yeri müəyyən etmək mümkün olmadığından iki azyaşlı övladı atalarından aliment almaq imkanından məhrum olmuşlar. Hal-hazırda heç bir yerdə işləmir, övladlarının maddi cəhətdən ehtiyaclarını valideynləri ödəməyə çalışır. X6 ilə ayrılan vaxtdan indiyə kimi valideynləri belə nəvələrinin ehtiyaclarını qarşılamamışdır. Halbuki cavabdehin, yəni uşaqlarının nənəsinin stabil olaraq əldə etdiyi təqaüd təxminən 300 manatdan yuxarıdır. O, cavabdehə bu haqda dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmiş, bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş və buna görə də ona 10 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, qanunvericiliyin mediasiya prosesində iştirakla bağlı tələbinə riayət etmişəm və mediatorun müvafiq arayışını iddia ərizəsinə əlavə edir. Əlavə olaraq, bildirmək istəyir ki, o, ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xidmət haqqının hamısını ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu 4 ildir ki, Rusiya Federsiyasındadır. Özü pensiyaçıdır, 300 manat pensiya alır. Aldığı pensiya ilə müalicə xərcələrini ödəyir. Onun hər ay iki uşağa aliment ödəməyə imkanı yoxdur. Həyat yoldaşının adına olan torpaq sahəsində ev və gözəllik salonu tikmişlər, iddiaçı həmin evi kirayə və salonu isə icarəyə verməklə gəlir əldə edir. Hazırda onun pensiyasından iddiaçının xeryinə aliment müəyyən olunarsa onun yaşayış hüquqları pozulacaqdır. Ona görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 695543 №i və AZ-İ seriyalı 966255№li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 ilə X4 birgə nikahından xx.xx.2005-ci il tarixdə X8 və xx.xx.2007-ci il tarixdə X11 anadan olmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(027)- 165/2019 saylı qətnaməsindən görünür ki, X9 ilə X6 arasında 24 noyabr 2004-cü il tarixdə bağlanmış nikahın pozulması nikah pozularkən tərəflərin birgə nikahından 04 noyabr 2005-ci il tarixdə doğulmuş X8 və 10 iyul 2007-ci il tarixdə doğulmuş X7 anaları X4 yanında saxlanılması, 04 noyabr 2005-ci il tarixdə doğulmuş X8 və 10 iyul 2007-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər uşağa görə ayda 100 manat olmaqla, iki uşağa görə hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, X5 verilməsi qət edilmişdir. İş materialllarında olan xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-00295 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 220 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə ayda 100 manat olmaqla, iki uşağa görə hər ay 200 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər uşağa görə ayda 100 manat olmaqla, iki uşağa görə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. (Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-165/2019 saylı icra sənədi üzrə tələb tam ödənilənədək) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər uşağa görə ayda 100 (bir yüz) manat olmaqla, iki uşağa görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1303/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1303/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver