Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1308/2024 21.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər X6 və Cavabdeh2 3 uşağın saxlanması üçün hər ay nənə-babanıın aylıq təqaüdünün yarısı məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhun həyat yoldaşı X13 ilə 30 mart 2018-ci ildə rəsmi nikaha girib ailə həyatı qurub. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı Xəyal Allahverdiyev xx.xx.2023-cü il tarixində avtomobil qəzasında dünyasını dəyişmişdir. Ondan sonra həmin ilin oktyabr ayına kimi qaynata-qaynanası ilə yaşamışdır. Daha sonra ata evinə qayıtmışdır. Həmin gündən bu günə kimi qaynata-qaynanası ona və nəvələrinə heç bir maddi yardım etməmişdir. Yoldaşı dünyasını dəyişəndən sonra ona qalan 700 (yeddi yüz) manat məbləğində nəğd pul vəsaitini də qaynatası əlindən almışdı. Bundan əlavə kənd camaatının verdiyi 300 (üç yüz) manat pulu və 250 (iki yüz əlli) manat özünün pulunu da qaynatası əlindən aimışdır. Halhazırda heç yerdə işləmir. Maddi sıxıntı çəkir. Valideynin itirilməsinə görə verilən aylıq 480 (dörd yüz səksən) manat müavinətlə dolanırlar. Bu pul da azyaşlı uşaqların maddi ehtiyaclarını ödəmir. Bildirir ki, X6, Cavabdeh2 hər ikisi yaşa görə pensiya alır. Ancaq nəvələrinə heç bir qayğı göstərmir. Onların nəvələri ilə görüşməyinə də heç bir etiraz etmir. Ancaq qanunvericiliyin tələbinə əsasən 3 uşağın saxlanması üçün nənə-babanın aylıq təqaüdünün yarısı məbləğində aliment tutularaq ona verilməsini xahiş edirəm. İddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o bu günə kimi aliment almamış, baba və nənə olaraq heç biri nəvələrinə maddi köməklik göstərməmişdir. Aldığı müavinət üşaqların maddi ehtiyaclarını ödəmir. O, cavabdehlərin aylıq təqaüdlərinin yarısı məbləğində alıment müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh X6 izahatında bildirmişdir ki, o iddianı qəbul etmir, belə ki, 6 il onlara baxmış, oğlu vəfat edəndən sonra da iddiaçı və uşaqlar onun evində yaşamışlar. Sonradan atası gəlib onu da uşaqları da aparmışdır. Himayəsində digər oğlu gəlini və nəvəsi yaşayır. Onlara da o baxır. Cəmi 363 manat təqaüd alır, yoldaşı Həqiqət isə 220 manat təqaüd alır, həmçinin kredit ödəyir. İddiaçı isə uşaqlara görə ailə başçısını itirməyinə görə 480 manat müavinət alır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdi. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Qeydiyat şöbəsinin nikah haqqında qeydiyyat kitabından çıxarışdan görünür ki, X13 ilə İddiaçı arasında xx.xx.1918-ci il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzində Qeydiyat şöbəsinv nikah bağlanmış və 0087 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 106042 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuş, atası- X13, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 374936 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuş, atası- X13, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 777470 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X10 doğulmuş, atası- X13, anası- İddiaçı qeyd olunmuşdur. AZ-İİ 352126 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə avtoqəzada vəfat etmişdir və ölüm haqqında akt qeydləri kitabında 286 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X15 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027- 2023-00425 saylı arayışına əsasən, X6 və Cavabdeh2 X15 iştirak etməkdən imtina etmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək ƏSMN-nin MEİS-dən çıxarış olunmuş pensiya haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli və ********** nömrəli arayışlardan məlum olur ki, X6 yaşa görə 376.03 manat, Cavabdeh2 yaşa görə 220 manat pensiya alır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı X13 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X10 anadan olmuşdur. X7 vəfatından sonra iddiaçı övladları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır və ailə başçısını itirməyinə görə aldığı 480 manat müavinətin uşaqların maddi ehtiyaclarını görmədiyini, baba və nənə tərəfindən könüllü şəkildə nəvələrinə maddi köməklik göstərilmədiyini, aldığı müavinətlə uşaqların maddi təminatlarını ödəməyə çətinlik çəkdiyini qeyd edərək cavabdehlərdən uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün aldığları təqaüdün 50%-i məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdehlər könüllü şəkildə uşaqların saxlanması üçün maddi yardım göstərmədiklərindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən,uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbilə 3 uşağa görə aylıq alimentin məbləğinin cavabdehlərin aylıq təqaüdlərindən 50% həddində müəyyən edilməsini tələb etmişdir. Məhkəmə təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyinin tələbinə əsasən mərhum X13 ilə İddiaçı birgə nikahından doğulan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı aliment ödəmək öhdəliyi daşıyan baba, nənə qismində çıxış edən cavabdehlərin aylıq təqaüdlərinin 40% məbləğində müəyyən olunmalıdır. Belə ki, məhz cavabdehlərin aylıq təqaüdlərinin 37 %-ni təşkil edən məbləğ ailə başçısını itirməyə görə ödənilən məbləğlə 3 uşağın saxlanması üçün müəyyən olunan yaşayış minimumu məbləğinin cəmi arasında olar fərqi təşkil edir. Məhkəmə həmçinin iddiaçının maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla alimentin uşaqlara görə cavabdehlərin təqaüdündən 40% həddində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının alimentlə bağlı tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2024-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. İddiaçı həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum 48.56 manat mediasiya rüsumu ilə əhatə olunduğundan, cavabdehlərdən dövlət rüsumu tutulmamalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay 3 uşağa görə cavabdehlər X2 və Cavabdeh2 hər birinin aylıq təqaüdünün 40% məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1308/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1308/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver