Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1327/2020 25.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Oktay qızının nümayəndəsi X7 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Oktay qızının Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Oktay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X3 təhsili ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay 200 (iki) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Oktay qızının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh ilə ayrılmış və faktiki olaraq nikah münasibətlərinə xitam verilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(027)- 696/2014-cü il saylı qətnaməsi ilə xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Qızlarının 18 yaşı tamam olmuş və o, hazırda “X6” xarici dil ixtisası üzrə təhsil alır. İİ kurs tələbəsidir və təhsil ödənişlidir. İddiaçı ildə qızın oxuması üçün 2000 (iki min) manat təhsil haqqı ödəyir. Bununla yanaşı onun təhsili ilə əlaqədar əlavə xərcləri də yaranır ki, bütün bu xərcləri iddiaçı tək başına çəkir. Lakin atası ona qarşı heç bir diqqət və qayğı göstərmir, təhsili ilə maraqlanmır. Övladlarının maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə o, “aliment ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Odur ki, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X3 təhsili ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay 200 (iki) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh nümayəndəsi X5 bildirmişdir ki, həmin işlə bağlı alimenti qardaşı tam ödəyib qurtarmışdır. Qardaşı ha-hazırda işləmir, başqa nikahdan 2 uşağı var və əlavə xərcləri qəbul etmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmə İddiaçı Oktay qızının nümayəndəsi X7 və Cavabdeh nümayəndəsi X4 dinləyib, işdəki sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş sənədlərində olan Quba Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tularaq İddiaçı Oktay qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallar (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmədə müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tularaq İddiaçı Oktay qızına ödənilmişdir. İddiaçı Oktay qızı yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X3 təhsili ilə əlaqədar yaranmış əlavə xərclərə görə hər ay 200 (iki) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, aliment tələbinə dair iddia tələbi əsassızdır, ona görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Oktay qızının Cavabdeh qarşı aliment tələbinə dair dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1327/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1327/2020
25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver