Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1349/2021 08.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində əsas borcun, 2000 manat mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ondan 29.07.2018-ci il tarixdə 900 manat və 12.08.2019-cu ildə isə 2 aya qaytarmaq şərti ilə 1950 manat pul almış, lakin o, bu vaxta kimi aldığı pulu ona qaytarmamışdır. Bu 3 il ərzində o, dəfələrlə onunla əlaqə saxlamış, taksi tutaraq yaşadığı ünvana getmiş, lakin o, yenə də pulu qaytarmamışdır. Onun ümumi borcu 2850 manat təşkil edir. O, cavabdeh tərəfindən aldadıldığı və sonra da pulu tələb edərkən döyüldüyü üçün əsəb-stres keçirmiş, diskonfort şəraitə düşmüş və nəticədə ona mənəvi ziyan da dəymişdir ki, o, həmin ziyanı 2000 manat məbləğində qiymətləndirir. İş üzrə İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4 maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddiaçıdan 2013-cü ildə borc aldığını, həmin borcu da qaytardığını, iddiaçının ərizəsində göstərdiyi kimi hər hansı bir döyülmə hadisəsi olmadığını, ekspert rəyi ilə razı oldğunu, bildirərək, iddia müddəti keçdiyi üçün iddianın rədd olunması xahiş etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında iş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Rafik qızının ona qarşı pul və dəymiş ziyan tələbinə dair iş üzrə iddia müddətini tətbiq edilməsini və iddia müddətinin keçməsinə görə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 29.07.2018-ci il tarixli sadə yazılı qəbzdə Akif Bəkərovun X3 900 manat məbləğində pul götürdüyü, bu pulu 2 ay müddətində qaytarmağına söz verdiyi qeyd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Mən İddiaçı” sözü ilə başlayıb “Cavabdeh sözü ilə bitən 29.07.2018-ci il tarixli qəbzdəki tarix göstəricisində olan “2018” rəqəmlərindəki “8” rəqəmin yerində “3” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla dəyişdirilmişdir. Tədqiqata təqdim edimiş "DQ № 000479 saylı Şəxsi Vəsiqə”sinin arxa tərəfində yazılmış “Mən Cavabdeh” sözü ilə başlayıb “öz imzamla təstiq edirəm” sözu ilə bitən 12.08.2019-cu il tarixli qəbzin üzərində olan “1950” rəqəmlərindəki “1” rəqəmi sonradan əlavə edilmişdir. Tədqiqata təqdim edilmiş DQ № 000479 saylı Şəxsi Vəsiqə”sinin arxa tərəfində yazılmış “Mən Cavabdeh” sözü ilə başlayıb öz imzamla təsdiq edirəm” sözü ilə bitən 12.08.2019-cu il tarixli qəbzin üzərində olan tarix göstəricisindəki “2019” rəqəmlərindəki “9” rəqəmin yerində “3” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Hazırki iş materialları ilə 2850 manat məbləğində pulun iddiaçı tərəfindən Cavabdeh 2018-2019-cu illərdə verilməsi və Cavabdeh həmin pulu alması öz təsdiqini tapmır. İddiaçı Cavabdeh 2000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 2000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də 2000 manat mənəvi ziyan tələbi hissəsində də iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi və iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib, iddia tələbini sübut edə bilmədiyi üçün, iddia təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2021-ci il tarixli, 4/1096-5/867 saylı bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 162 (yüz altmış iki) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün, İddiaçı 162 (yüz altmış iki) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməli və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut edən sübutları məhkəməyə təqdim etməklə, iddianı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı 162 (yüz altmış iki) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1349/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1349/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver