Məhkəmə qərarları › İş №2(027)-1388/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1388/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1388/2025 30.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün 246 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin elektron sistemindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı Sultanova (Camalova) Lamiyə Əsgər qızının Cavabdeh qarşı “nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə Quba rayon Məhkəməsinin hakimi Rahim Həsənovun icraatında baxılmış, Quba Rayon Məhkəməsinin 2(027)-565/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X5 ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 625 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikah pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 anası X1 himayəsində qalması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-565/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi aliment hissəsində dərhal icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə müvafiq icra şöbəsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-72/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-565/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı eyni iddia tələbi ilə cavabdehə qarşı eyni əsaslarla iddia qaldırmış və bununla bağlı müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi olduğundan, hazırki mülki işə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar