Məhkəmə qərarları › İş №2(027)-1399/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1399/2021

09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1399/2021 09.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma oğludur. O, Aygün Salahova ilə 10.06.1994-cü il tarixdə rəsmi qaydada ailə qurub. Cavabdeh birgə nikahdan doğulmuş övladıdır. Onunla A.Salahova arasında olan nikah Quba rayon məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, hazırda beyin neyronlarının labil poronsızmal vəziyyəti funksional yüklənmə zamanı gec olma enməsi xəstəliyinə düçar olub və bütün əmək fəaliyyətimi itirib. İşləyə bilmir, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Məhz bu səbəbdən Quba rayon məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsi ilə digər bacı və qardaşları üçün həyat yoldaşı A.Salahovanın xeyrinə təyin olunmuş 100 manat aliment pulunu ödəmək iqtidarında deyil. Ona görə də hazırkı Cavabdeh aliment tələb etmək məcburiyyətində qalaraq məhkəməyə müraciət etmək qərarına gəlib və Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli 2(027)- 1847/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında olan 10.06.1994-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması, 15.08.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. İşdə olan Quba RİHB-nın Amsar İƏD-si üzrə nümayəndəliyinin 02.03.2021-ci il tarixli 133 nömrəli arayışından məlum olur ki, İddiaçı nümayəndəliyin Ərməki kəndində yaşayır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə X4 arasında olan nikah Quba rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 15.08.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir və hazırda iddiaçı oğlu Cavabdeh aliment tələb edir. İddiaçı Cavabdeh məhkəməyə müayinə edilməsi barədə sənədlər təqdim etsə də, onun əmək qabiliyyətli olmamması və maddi yardıma ehtiyacı olmasını sübut edən sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.5-ci valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Məhkəmədə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə iş materiallarını tədqiq edərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar