Məhkəmə qərarları › İş №2(027)-1418/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1418/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1418/2020 27.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3151/2016 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X8 və X2 X4 yanında saxlanılması, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi hissəsində dəyişiklik edilməsini, xx.xx.2004-cü il təvəllüdlü X8 onun yanında saxlanılması, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3151/2016 saylı qətnaməsi ilə X10 ilə İddiaçı arasında Quba rayon VVAQ şöbəsində bağlanmış xx.xx.2003-cü il tarixli 360 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş X8 və X2 X4 yanında saxlanılması, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların X4 yanında saxlanılması qət edilsə də uşaqlar X8 və X9 analarını tərk edərək onun yanına qayıtmışlar. Uşaqların anası X4 yanında qalmaqdan imtinalarına səbəb Elnurə Zülfüqarovanın əxlaqa zidd davranışı olmuşdur. Oğlu X9 2018-ci ilin fevral ayınadək onunla birgə yaşamış, sonradan anası Elnurə Zülfüqarovanın yanına qayıtmışdır. Lakin digər oğlu Coşqun Zülfüqarov hələ də anasının yanında qalmaqdan imtina edərək, bugünədək onun yanında qalır. Coşqun Zülfüqarovun bütün maddi tələbatını, mənəvi maraqlarını, rifahına və inkişafına qayğını daima o, atası Zülfüqarov Şövkət Seyfəl oğlu və anası X1 həyata keçirirlər. X7 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödənişi digər uşağı əlverişsiz şəraitə salır. X4 yanında iki uşaqdan birinin X2 qaldığı və digər uşağın - X3 onun yanında qaldığı halda hər iki uşağın saxlanılması üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin Elnurə Zülfüqarovaya ödənilməsi onu və birgə uşağı X5 maddi cəhətdən əlverişsiz şəraitə düçar edir, uşağın qanunla qorunan hüquqlarını və maraqlarını pozur, X3 qanunla qorunan hüquqlarına pis təsir edir, uşağın hüquqlarını pozaraq onun saxlanılması üçün tələb olunan maddi təminatdan onu məhrum edərək Coşqun adlı uşağın hüquqlarının və onun uşaqlar qarşısındakı vəzifələrinin həyata keçirilməsinə maneələr törədir, uşağın hüquq və azadlıqları məhdudlaşdırır. X4 aliment almaq hüququndan uşağı X3 hüquqlarına və onun uşaqlar qarşısındakı vəzifələrinə zidd istifadə edilir. Məhkəmədə İddiaçı tələbini müdafiə edərək, bildirdi ki, oğlu X8 onunla qaldığı üçün Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3151/2016 saylı qətnaməyə alimentlə bağlı hissəsində dəyişiklik edilməlidir. Oğlu Coşqun onunla qalsa da, uşağa görə cavabdehdən aliment tələbi yoxdur. Məhkəmədə cavabdeh X10 iddia tələbini qəbul edərək, bildirdi ki, böyük oğlu X8 atası İddiaçı ilə qalır. Böyük oğlunun atası ilə qalmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)- 3151/2016 saylı qətnaməsindən görünür ki, X10 ilə İddiaçı arasında Quba rayon VVAQ şöbəsində bağlanmış xx.xx.2003-cü il tarixli 360 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş X8 və X2 X4 yanında saxlanılması, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3151/2016 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X8 və X2 X4 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aliment tutularaq X7 verilməsi qət edilsə də, hazırda tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X8 atası, xx.xx.2007-ci il təvəllüdlü X9 anası ilə yaşayır. İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və cavabdehə qarşı aliment tələbinin olmadığını bildirmişdir. Cavabdeh isə buna etiraz etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X8 atası - İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X9 anası - X4 himayəsində saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı tələbində Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3151/2016 saylı qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş X8 və X2 X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması hissəsində dəyişiklik edilməsini xahiş etsə də, qətnamə aliment hissəsində dəyişdiriləcəyi təqdirdə hansı məbləğdə təmin edilməsi barədə xahişi aydın ifadə edilmədiyindən tələb həmin hissədə təmin edilə bilməz. İddiaçının cavabdehdən onun yanında qalan uşaq üçün aliment tələbi olmadığı nəzərə alınsın. İddiaçıdan 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X8 atası - İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X9 anası - X4 himayəsində saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçıdan 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar