Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1434/2025 10.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn övladlarının 2024-cü ilin sentyabr ayından onun yanında valideyinlərilə birgə yaşamalarını, cavabdehin yaxşı gəlirləri olsada, uşaqların saxlanılması üçün heç bir köməklik etməməsini nəzərə alaraq, birgə nikahdan dünyaya gələn xx.xx.2010 - cu il təvəllüdlü X2 və xx.xx.2017 - ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunan minimum əmək haqqının 0.80 misli miqdarında sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Quba rayon qeydiyyat şöbəsində 26 aprel 2013-ci il tarixdə AZ-1№948712 saylı qeydiyyat kitabinda qeydiyyatdan keçərək rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki övladı xx.xx.2010 - cu il təvəllüdlü X5 və xx.xx.2017 - ci il təvəllüdlü X7 dünyaya gəlib. Cavabdeh ailə qurduğu ilk illər münasibətləri yaxşı olsada, sonrada bəzi səbəblərdən cavabdeh onunla və uşaqlarla qəti maraqlanmayaraq onları bir ailə kimi görmür. Dəfələrlə aralarında bu barədə söz-söhbətlər olsa da, ailəsinin qorunub saxlanılması üçün danışıqlar aparsa da cavabdehlə heç cürə razılığla gələ bilməyərək müsbət nəticə ala bilməmişdir. Cavabdeh əvvəllər ustalıq etsədə normal ailə kimi yaşayıblar, onlarla maraqlanıb, son illər cavabdeh Quba Bakı və Qusar ərazilərində kafe işlədərək daha ustalıq etmir və qazancı yüksək olsada günü demək olar ki, iş yerində keçirir. Hal-hazırda cavabdehlə mübahisə etdikdən sonra xx.xx.2024-ci ildən Quba rayonu, Qazmalar kəndində valideyininin yanında qalır. Övladları da himayəsindədir. Cavabdeh bugünədək uşaqların saxlanılması üçün heç bir köməklik etməyib.Cavabdehlə uşaqların saxlanılması üçün köməklik etməsini desə də, cavabdeh onun sözlərinə məhəl qoymayaraq onunla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında bildirmişdir ki, cavabdeh hazırda Qusarda kafe işlədir. Bir yerdə yaşadığları vaxtlarda evə bir o qədər vəsair xərcləməsə də, bəzən 500 manata kimi xərcləyərdi, yəni onu tam qazancını görməyib. 220 manat alimentin verilməsinə razıdır və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 948712 seriyalı “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, Cavabdeh ilə X1 arasında xx.xx.2013-cü il tarixdə Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Pənahova” soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin nikahından 11 sentyabr 2010-cu il təvəllüdlü X5 və 09 oktyabr 2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan X3 sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli MSQ/MT/040/2024-00107 saylı arayışdan göründüyü kimi, tərəflər arasında razılıq əldə olunmamış və prossesin davam etdirilməsinə razlıq verməmişdilər.Mediasiya Xidmətlərinin göstərilməsi barədə 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı nikaha daxil olmuş və birgə nikahdan 11 sentyabr 2010-cu il təvəllüdlü X5 və xx.xx.2017 - ci il təvəllüdlü X7 doğulmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, azyaşlılar hazırda iddiaçının himayəsində olmaqla, onunla birlikdə yaşayırlar. Məhkəmə hesab edir ki, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşaqlar anaları- İddiaçı yanında saxlanılmalı, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Aliment tələbinin əsası kimi iddiaçının könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş uşağların mənafeyini və tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşaqların təminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 11 sentyabr 2010-cu il təvəllüdlü X5 və 09 oktyabr 2017-ci il təvəllüdlü X4 anaları- İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından olan 11 sentyabr 2010-cu il təvəllüdlü X5 və 09 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başalayaraq sonrakı artımlar nəzərə alınmaqla, Cavabdeh hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1434/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1434/2025
10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver