Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1440/2020 20.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi ilə Kreditor borclular Borclu1 və Borclu2 qarşı pulun tutulması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, Borclu1 və Borclu2 müştərək qaydada 23580 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, qohumu X1 məxsus Quba-Bakı yolunun 152-ci kilometrliyində yerləşən soyuducu anbarda meyvə satışı ilə məşğul olur. 2020-ci ilin mart ayının 20-də Borclu1 və Borclu2 ona müraciət edərək, Rusiya Federasiyasına göndərilməsi üçün alma lazım olduğu bildirmişlər. Onlarla almanın bir kiloqramını 1 manat 30 qəpikdən razılaşmışdır. Bundan sonra onlar fəhlə gətirib, almanı qablaşdırmağa başlamışılar. xx xxxx 2020-ci il tarixdə qablaşdırmanı bitirib, 2335 qutu – 18270 kiloqram meyvəni avtomaşına yükləmişlər. Daha sonra bildirmişlər ki, onların pulu Rusiya Federasiyasından 2 gündən sonra gələcəkdir. Dayısı oğlu İlham Yusifov da soyuducu anbara gələrək, bu söhbətlərinin şahidi olmuşdur. Onlara 170 manat güzəştə getdikdən sonra borcluların ümumilikdə 23580 manat borcları qalmışdır. Elçinə 23580 manat pulu yaxın 1 həftə ərzində ona verəcəkləri barədə qəbzə imza etdirməklə maşının anbardan çıxmasına razılıq vermişdir. Lakin 3 aydan çox vaxt keçməsinə baxmayaraq, Elçin və Aqşin onun pulunu qaytarmamışdır. İş materillarında olan ödəniş sənədindən görünür ki, Borclu1 borc verən Kreditor 23580 manat borcu vardır və bu tərəflər arasında sadə yazılı müqavilədə (ödəniş sənədində) öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Kreditor tələbinin aşkar olduğu müəyyən olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: Borclu1 və Borclu2 müştərək qaydada 23580 manat məbləğində pul tutularaq Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1440/2020
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1440/2020
20.07.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver