Məhkəmə qərarları › İş №2(027)-1451/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1451/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1451/2020 28.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-451A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, Zərdabi kəndində yerləşən ona və ailə üzvlərinə məxsus 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh ailə qurarkən gətirdiyi 1 ədəd taxt, 2 ədəd şkaf, 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd kreslo, 1 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd stol və 6 ədəd stul, 2 ədəd pərdə, 1 ədəd çilçıraq, 3 ədəd xalça, 4 ədəd yoğan və döşək, 1 ədəd sandıq, 3 ədəd ədyal, divan və kreslo üstü, 1 ədəd soyuducu, 1 ədəd itimat soba, 1 ədəd ət çəkən maşın, şirə çəkən maşın, 6 ədəd yastıq, uşaq şkafı, nahar servizi, çay servizi, 1 ədəd çemodan, 3 ədəd güldan, qəhvə servizi, 2 ədəd tülpan, 3 ədəd lodka, 17 ədəd bakal, 3 ədəd bogema, 2 ədəd mürəbbə qabı, 1 ədəd ütü, 2 ədəd salfet qabı, 5 ədəd meyvə qabı, 2 ədəd qara çaynik, 2 ədəd qənd qabı, 4 ədəd karniz, 1 ədəd güzgü, 4 ədəd yorğan üzü, 4 ədəd prostina, 4 ədəd yastıq üzü, 3 ədəd süfrə, 6 ədəd kasa, 2 ədəd bulud, 12 ədəd kasa, 12 ədəd xörək boşqabı, 12 ədəd aş boşqabı, 12 ədəd salat boşqabı, 6 ədəd kiçik kasa, 8 ədəd nalça, 2 ədəd padnos, 1 ədəd qazan, 1 ədəd somavar, 2 ədəd dolça, 1 ədəd qazan dəsti, 1 ədəd yazı yazı stolundan ibarət cehiz əmlaklarının çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X7 2008-ci ildə Cavabdeh ilə ailə qurmuş, nikahı xx xxxxxx 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh ona məxsus evə gəlin köçmüş və cehiz əmlakını da həmin evə gətirmişdir. X7 ilə Cavabdeh birgə nikahından xx.xx.2010-cu il tarixdə Nuray, xx.xx.2011-ci il tarixdə Nuran, xx.xx.2016-cı il tarixdə isə Banu adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da, 2012-ci ildə Cavabdeh xəbərsiz evdən çıxıb atası evinə getməsinə görə oğlu X7 məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması və azyaşlı uşaqlarının onun, yəni Anar Əhmədovun himayəsində saxlanılmalarını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(027)-224/2020 saylı qətnaməsi ilə oğlu ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2 nikah pozulduqdan sonra ataları - X3 himayəsində qalmaları qət edilmişdir. Hazırda oğlu Anar Əhmədovla Cavabdeh qızı arasında heç bir nikah münasibəti qalmamışdır. Cavabdeh ailə qurarkən gətirdiyi cehiz əşyaları hazırda ona məxsus torpaq sahəsində yerləşən evdə qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(027)- 224/2020 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2 nikah pozulduqdan sonra ataları - X3 himayəsində qalmaları qət edilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-451A KOD 30316018 saylı Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Quba rayon X1 xx.xx.1999cu il tarixli 115 nömrəli qərarı ilə verilmiş 0,14 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh məxsus cehiz əmlakların İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən yaşayış evində olması, həmin əşyaların iddiaçının iradəsinə zidd olaraq həmin evdə saxlanılması, eyni zamanda cavabdehə məxsus əmlakların iddiaçıya məxsus evdə saxlanması üçün hər hansı hüquqi əsasın olmaması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Quba rayonu, Zərdabi kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinin faktiki sahibi İddiaçıdur. Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülkiyyət toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə daxildir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbbi xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmasa da, həmin əmlaka sahiblik edən şəxslərə mənsubluğu nəzərə alınaraq Quba rayonu,Zərdabi kəndində yerləşən torpaq sahəsinin üzərində tikilmiş yaşayış evinə “qanuni gözləntiyə” malik hesab olunan iddiaçı qeyd olunan evin sahibi hesab olunur və iddiaçı cavabdehdən cehiz əşyalarının evdən çıxarılması tələbində haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən evdən Cavabdeh məxsus ailə qurarkən gətirdiyi 1 ədəd taxt, 2 ədəd şkaf, 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd kreslo, 1 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd stol və 6 ədəd stul, 2 ədəd pərdə, 1 ədəd çilçıraq, 3 ədəd xalça, 4 ədəd yoğan və döşək, 1 ədəd sandıq, 3 ədəd ədyal, divan və kreslo üstü, 1 ədəd soyuducu, 1 ədəd itimat soba, 1 ədəd ət çəkən maşın, şirə çəkən maşın, 6 ədəd yastıq, uşaq şkafı, nahar servizi, çay servizi, 1 ədəd çemodan, 3 ədəd güldan, qəhvə servizi, 2 ədəd tülpan, 3 ədəd lodka, 17 ədəd bakal, 3 ədəd bogema, 2 ədəd mürəbbə qabı, 1 ədəd ütü, 2 ədəd salfet qabı, 5 ədəd meyvə qabı, 2 ədəd qara çaynik, 2 ədəd qənd qabı, 4 ədəd karniz, 1 ədəd güzgü, 4 ədəd yorğan üzü, 4 ədəd prostina, 4 ədəd yastıq üzü, 3 ədəd süfrə, 6 ədəd kasa, 2 ədəd bulud, 12 ədəd kasa, 12 ədəd xörək boşqabı, 12 ədəd aş boşqabı, 12 ədəd salat boşqabı, 6 ədəd kiçik kasa, 8 ədəd nalça, 2 ədəd padnos, 1 ədəd qazan, 1 ədəd somavar, 2 ədəd dolça, 1 ədəd qazan dəsti, 1 ədəd yazı yazı stolundan ibarət cehiz əmlakları çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən evdən Cavabdeh məxsus ailə qurarkən gətirdiyi 1 ədəd taxt, 2 ədəd şkaf, 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd kreslo, 1 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd stol və 6 ədəd stul, 2 ədəd pərdə, 1 ədəd çilçıraq, 3 ədəd xalça, 4 ədəd yoğan və döşək, 1 ədəd sandıq, 3 ədəd ədyal, divan və kreslo üstü, 1 ədəd soyuducu, 1 ədəd itimat soba, 1 ədəd ət çəkən maşın, şirə çəkən maşın, 6 ədəd yastıq, uşaq şkafı, nahar servizi, çay servizi, 1 ədəd çemodan, 3 ədəd güldan, qəhvə servizi, 2 ədəd tülpan, 3 ədəd lodka, 17 ədəd bakal, 3 ədəd bogema, 2 ədəd mürəbbə qabı, 1 ədəd ütü, 2 ədəd salfet qabı, 5 ədəd meyvə qabı, 2 ədəd qara çaynik, 2 ədəd qənd qabı, 4 ədəd karniz, 1 ədəd güzgü, 4 ədəd yorğan üzü, 4 ədəd prostina, 4 ədəd yastıq üzü, 3 ədəd süfrə, 6 ədəd kasa, 2 ədəd bulud, 12 ədəd kasa, 12 ədəd xörək boşqabı, 12 ədəd aş boşqabı, 12 ədəd salat boşqabı, 6 ədəd kiçik kasa, 8 ədəd nalça, 2 ədəd padnos, 1 ədəd qazan, 1 ədəd somavar, 2 ədəd dolça, 1 ədəd qazan dəsti, 1 ədəd yazı yazı stolundan ibarət cehiz əmlakları çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar