Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1499/2021 23.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X4 və Cavabdeh, nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli 2-6/2003 saylı qətnaməsi ilə 23.07.1996-cı il təvəllüdlü X6 və 17.08.1998-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimentin ödənilməməsinə görə yaranmış borcun ödənilməsindən təmamilə azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X4 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə ikahdan 23 iyul 1996-cı il təvəllüdlü X10 və 17 avqust 1998-ci il təvəllüdlü X11 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli 2 - 6/2003 saylı, qətnaməsi ilə 23.07.1996-cı il təvəllüdlü X6 və 17.08.1998-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 27.09.2002-ci il tarixdən hər ay, aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin Ağasıyeva ( Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulması qət edilmişdir. Həmin tarixdə onun məhkəmə prosesindən və aliment təyin olunmasından heç bir xəbəri olmayıb. Yalnız 13.07.2020-ci il tarixində Quba rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası barədə bildirişindən sonra bu barədə məlumatlanıb. Cavabdeh X8 2003-cü ildə evi tərk edib, ondan xəbərsiz aralarındakı nikahı pozaraq, onun icazəsi olmadan uşaqları götürərək Türkiyə Respublikasına getmişdir. Orada ailə qurmuşdur. Cavabdeh təxminən 2 il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır . Hal-hazırda övladlarının birinin 24, birinin də 26 yaşı vardır. X8 onun yeni ailə qurmağından xəbər tutduğundan qəsdən ondan aliment borcunu tələb edir. Hal bu ki, 2003-cü ildən uşaqların yetkinlik yaşı tamam olanadək cavabdeh öz ünvanını və uşaqları ondan gizlətmişdir. Bu halda onun aliment ödəməyi qeyri-mümkün olmuşdur. Bu müddət ərzində cavabdeh ona qarşı tələbkar olmamışdır. Beləliklə cavabdehin əməlləri nəticəsində 10 480 manat aliment borcu yaranmışdır. Bu borcdan 900 manatı xəbər tutandan sonra son aylar ödəyib. Bu borcu ödəməyə heç cür maddi imkanı yoxdur, vaxtında bu barədə məlumatı olsaydı, cavabdeh ondan gizlənməsəydi aliment borcu olmazdı. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı X4 məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini tam həcmdə və vaxtında ödəməyib. Ona qarşı irəli sürülən iddia tələbi alimentin ödənilməsindən azad olmaq üçün yalnız uydurmalardan ibarətdir. Müvəqqəti beş il müddətində qızı Türkiyə liseylərinin birində təhsil almaq üçün ora gediblər və Türkiyə Respublikasına uşaqları onunla birlikdə gedib qayıtmağlarına görə iddiaçının razılığı olmuşdur. Sonradan Azərbaycana qayıdıblar, burda İ Nügədi kəndində yaşayırlar. Buna baxmayaraq, bu günə kimi təyin olunan alimentdən cəmi 200 manat bir dəfə, 500 manat bir dəfə, 100 manat da bir dəfə verib qalanı qalıb. Hal-hazırda ödənilməmiş aliment borcunun ödənilməsini tələb edir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi X10 bildirdi ki, iddiaçı X12 oğlu onun atası, Cavabdeh onun anasıdı. Hələ kiçik yaşlarında olanda valideynləri ayrılıb. Sonra o Türkiyəyə oxumağa gedib, 2014-cü ilin dekabr ayında Azərbaycana qayıdıb. Bu illər ərzində atası onlarla maraqlanmayıb, onlara aliment ödəməyib. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı X3 və Cavabdeh və cavbdehin nümayəndəsi X9 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli 2 - 6/2003 saylı, qətnaməsindən görünür ki, həmin qətnamə ilə 23.07.1996-cı il təvəllüdlü X6 və 17.08.1998-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün X1 27.09.2002-ci il tarixdən hər ay, aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin Ağasıyeva ( Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 7E/07-6633 notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X4 23.07.1996-cı il təvəllüdlü qızı X6 və 17.08.1998-ci il təvəllüdlü oğlu X7 anası Ağasıyeva Elnarə Nadir qızı ilə (PP AZE P4098371 verilib Quba DİN tərəfindən 13.09.2010-cu ildə) Azərbaycan Respublikasından Türkiyə Cumhuriyyətinə 5(beş) il müddətinə gedib qayıtmalarına etiraz etmir. İş materiallarında olan ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surətindən məlum olur ki, 17.08.1998-ci il təvəllüdlü X11 hərbi xidmətə məhdud yararlı olması barədə 28.02.2014-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Təhsil Mərkəzi MMC tərəfindən verilmiş A-İ-34 nömrəli diplomun surətindən məlum olur ki, X10 2015-ci ildə Quba Təhsil Mərkəzi MMC-nin tədris kurslarına daxil olmuş, 30.06.2017-ci ildə tibb bacısı ixtisası üzrə kursu tam bitirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılmaları üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdeh ilə 1994-cü ildə rəsmi rəsmi qaydada ailə qurmuş, birgə ikahdan 23 iyul 1996-cı il təvəllüdlü X10 və 17 avqust 1998-ci il təvəllüdlü X11 doğulub. Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli 2-6/2003 saylı, qətnaməsilə 23.07.1996-cı il təvəllüdlü X6 və 17.08.1998-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 27.09.2002-ci il tarixdən hər ay, aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin Ağasıyeva ( Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulması qət edilsə də iddiaçı bu günkü günə kimi yalnız 900 manat aliment ödədiyini bildirib. Qalan borc kimi yığılıb qalan alimentin ödənilməsindən təmamilə azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəf isə iddianı qəbul etməyərək buna qəti etirazını bildirir və iddianın rədd edilməsini tələb edir. Məhkəmədə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli 2 - 6/2003 saylı qətnaməsi ilə iki uşağa görə təyin olunmuş X1 27.09.2002-ci il tarixdən başlayaraq, hər ay, aylıq qazancının 1/3 hissəsi miqdarında aliment üzrə yığılıb qalan borcun ödənilməsindən təmamilə azad edilməyi barədə tələbi uşaqların mənafeyinə ziddir. Ona görə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X2 Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1499/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1499/2021
23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver