Məhkəmə qərarları › İş №2(027)-1527/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1527/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1527/2022 15.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3150 (üç min yüz əlli) manat sığorta ödənişi məbləğinin və 51 (əlli bir) manat 50 qəpik dövlət rüsumunun, cəmi 3201 (üç min iki yüz bir) manat 50 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayev məktub ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, iştirakları olmadan işə baxılmasını və iddialarının təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı- Quba-Dağıstan yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21154” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı 3150 (üç min yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin İddiaçı-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli. 005-29619-1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. X2 tərəfindən isə Cavabdeh isə “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Siz “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Belə ki, göstərilənləri nəzərə alaraq, 3150 (üç min yüz əlli) manat sığorta ödənişi məbləğinin və 51 (əlli bir) manat 50 qəpik dövlət rüsumunun, cəmi 3201 (üç min iki yüz bir) manat 50 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddianı qəbul etməyərək bildir ki, hadisə baş verən günü “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, etibarnamə olmasa da avtomobilin sahibi onun yanında olub. Göstərilənləri nəzərə almağı və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə Cavabdeh dinləyib, mülki işdə olan sənədlərin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X4 bədən xəsarəti alması faktı əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi, Cavabdeh 2.1 yol nişanının tələbini pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti DİN-nin BDYPİ-nə göndərilməsi qərara alınmışıdr. İş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan AR DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin İddiaçı-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli. 005-29619-1219 saylı Arayışa əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 00861 saylı “Ziyan Aktı”ından görünür ki, “Səlimxanoğlu” avtotexniki təmir stansiyasının işçisi tərəfindən avtomaşına baxış keçirərkən, 2008ci il buraxılışı, VAZ 21154” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2296 manat məbləğində ziyan təyin edilib, təsdiq edilmişdir. “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21060” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 103İNTL200072365 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən X5 adına “Kapitalbank”ın Yasamal filialından 3150 (üç min yüz əlli) manat məbləğində sığorta pulu ödənilmişdir. İşdə olan sənədlərdə İddiaçı tərəfindən Cavabdeh ünvanına xx.xx.2020-ci il tarixli, AS- SHTD-20/664 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İş sənədlərinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS arayışdan məlum olur ki, Cavabdeh Quba rayonu, Güləzi kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh 3150 (üç min yüz əlli) manat sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir) manat 50 qəpik, cəmi 3201 (üç min iki yüz bir) manat 50 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə tutulması tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 3150 (üç min yüz əlli) manat sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir) manat 50 qəpik, cəmi 3201 (üç min iki yüz bir) manat 50 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar