Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1555/2021 01.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh Eyyub oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Sabir küçəsi 5 ünvanda yerləşən evin naturada bölünməsi və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM ) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə ərizəçi X3 iddia tələbinin həcmini azaltmasını qanunamüvafiq hesab edir. Məhkəmə iclasında X4 iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev ona və cavabdehə bərabər hissədə məxsusdur. Göstərilən ünvanda ev 0,034 ha torpaq sahəsində yerləşmişdir. Həmin ev bir mərtəbəli yaşayış sahəsi 38,7 kv.metr, yardımçı sahəsi 59,3 kv.metr olan iki otaqdan ibartədir. Cavabdehlə aralarında olan narazılığa görə 10 ildən çoxdur ki, o, həmin evdən çıxmış, uşaqları ilə birlikdə kirayədə yaşayır. O, indi xüsusi mülkiyyətində olan evə qayıtmaq istəyir, lakin cavabdeh ona zor tətbiq edərək evə buraxmır. Onunla cavabdeh qardaş olsalar da, cavabdeh ona və uşaqlarına qarşı düşmənçilik münasibəti bəsləyir. İddiasının təmin olunmasını, onun ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Eyyub oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 08.06.2021-ci il tarixli, 1651 saylı arayışından görünür ki, Ərdəbilli Rza Eyyub oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 03.12.2014-cü il tarixdə X3 adına verilmiş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqədə X3 yaşayış yeri ünvan 3 ünvan göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında 0,034 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98,0 kv.m, yaşayış sahəsi 38,7 kv.metr, və 59,3 kv.metr yardımçı sahədən ibarət olan fərdi yaşayış evi ½ hissədə X3 və ½ hissədə Cavabdeh Eyyub oğlunun adına qeydə alınmışdır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında 0,034 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98,0 kv.m, yaşayış sahəsi 38,7 kv.metr və 59,3 kv.metr yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissədə X3 və ½ hissədə Cavabdeh Eyyub oğlunun paylarının müəyyən edilməsi, cavabdeh tərəfindən iddiaçının iradəsinin ziddinə həmin evdən istifadə etməsinə maneələrin yaradılması və bununla da iddiaçının evinə sahiblik və istifadə hüquqlarını pozmaları sübuta yetirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respulikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu hüquq normasının tətbiqi üçün 3 dispozitiv şərtin mövcudluğu mütləqdir: 1) əmlak mülkiyyət hüququ əsasında şəxsə məxsus olmalıdır;2) bu əmlak özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin bu əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə də həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə iddiaçının iradəsinin ziddinə olaraq mübahisəli evdən sahiblik və istifadə hüquqlarına maneələrin yaradılmasını onun Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sözügedən evin ½ hissəsinə mülkiyyət hüququna malik olduğundan, onun evin özünə düşən hissəsindən sahiblik və istifadə hüquqlarına maneələrin yaradılması, iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə müdafiə olunan mükliyyət hüququna müdaxilədir. Ona görə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və onun mülkiyyət hüquqları müdafiə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, «hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli və iddiaçı X1 şəhəri, Sabir küçəsi 5 ünvanda yerləşən yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, Qət e t d i: İddia təmin edilsin. X1 şəhəri, Sabir küçəsi 5 ünvanda yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1555/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1555/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver