Məhkəmə qərarları › İş №2(027)-1569/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1569/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1569/2022 28.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 27 iyul 2006-cı təvəllüdlü X8 və 16 fevral 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını olunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ilin avqust ayında el adəti üzrə toy edərək ailə qurmuşdur. Nikahlarını 11 aprel 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 iyul 2006-cı il təvəllüdlü X8 adlı, 16 fevral 2008-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan pisləşmişdir. Cavabdeh ona xəyanət edir. Ailəsinə baxmır. Nə onunla, nə də ki, azyaşlı övladları ilə maraqlanmır. Özü heç bir yerdə işləmir. Uşaqları məktəblidir. Onların gündəlik ehtiyacları günü-gündən artır. O, uşaqlarına anasının və digər ailə üzvlərinin köməkliyi ilə baxır. Aliment məbləğinin ödənilməsi uşaqların ehtiyaclarının qismən təmin edilməsinə kömək olacaqdır. O, ilkin olaraq məhkəmədən kənar qaydada aliment və uşaqların onun himayəsində saxlanılması tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, Cavabdeh X4 gəlməmişdir. Bu səbəbdən də, ona 06 may 2022-ci il tarixli, 2022-17423 nömrəli X4 X7 arayış verilmişdir. Ona görə də aliment və uşaqların onun yanında saxlanılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, qanunvericiliyin mediasiya prosesində iştirakla bağlı tələbinə riayət etmiş və mediatorun müvafiq arayışını iddia ərizəsinə əlavə edir. Əlavə olaraq, bildirmək istəyir ki, o, ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xidmət haqqının hamısını ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında uşaqlara aliment ödənişi ilə bağlı heç bir şifahi və yazılı saziş bağlanmamışdır. Onun hər ay hər uşaq üçün 200 manat olmaqla, iki uşağa görə cəmi 400 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Belə ki, əldə etdiyi qazancı onun maddi tələbatlarının ödənilməsinə kifayət etmir. Ona görə də maddi imkanı çatan qədər uşaqlarına yardım göstərə bilər. İddianın qismən təmin olunmasına razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Nikah haqqında AZ-İ seriyalı, 314219 №li şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 11 aprel 2007-ci il tarixdə Quba rayon İHB-nın Hacıhüseynli İƏV üzrə nümayəndəliyində bağlanmış, 18 № ilə qeyd edilmişdir; -AZ-İİ seriyalı 718658 № li və AZ-İİ seriyalı 691702 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2006-cı il tarixdə X8 və xx.xx.2008-ci il tarixdə X11 doğulmuşdur; 06 may 2022-ci il tarixli, 2022-17423 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşağların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin stabil aylıq qazancı (gəliri) müəyyən edilmədiyindən, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan X8 və X1 üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından xx.xx.2006cı il tarixdə doğulmuş X8 və xx.xx.2008-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat alimentin tutulması, uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. İddiaçı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə iddia tələbi irəli sürsə də, cavabdehdən həmin uşaqlar üçün alimentin məhz bu məbləğdə tutulması üçün hansı faktoloji əsasların olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2008-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 may 2022-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Müəyyən edilmiş aliment məbləği cəmi 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə 56 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2008-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 may 2022-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar 50 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 56 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar