Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1569/2024 14.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon Alpan Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu Alpan X1 vərəsəsi kimi onun xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsatinin alınması və 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X5 2019-cu ilin mart ayında Quba rayonu Alpan kənd ərazisində yerləşən Bələdiyyənin balansında olan 0.7 ha torpaq sahəsini satın almaq üçün Alpan Bələdiyyəsinin hesabına 2500 (iki min beş yüz) manat məbləğində ödəniş etmişdir. Lakin alqısatqı baş tutmamışdır. Ödəniş edildikdən sonra sənədləşmə işlərinin aparılmasında problemlər ortaya çıxmış, satışa icazə verilməmişdir. Atası 2019-cu ilin noyabr ayında dünyasını dəyişmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, da X4 vərəsələri siyahısına daxildir. Yuxarıda qeyd olunan 0.7 ha torpaq sahəsi qardaşının həyətyanı torpaq sahəsi ilə qonşudur. Həmin torpaq sahəsi sonradan tərəfindən satın alınmış və çıxarış alınması üçün müvafiq orqana müraciət olunmuşdur. Bu səbəbdən də bələdiyyənin hesabına ödənilən məbləğin geri qaytarılması üçün dəfələrlə bələdiyyəyə müraciət olunmuşdur. Cavabdehnə ödənilən pul vəsaitinin geri qaytarılması bələdiyyə tərəfindən balansda pul olmadığı əsas gətirilərək təmin olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Quba rayonu, Alpan Bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan Quba rayon İHB-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı oğulu həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba rayonu, Alpan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 Quba rayon Alpan bələdiyyəsinə həyətyanı torpaq sahəsinin alqı-satqısına görə ödədiyi 2500 (iki min beş yüz) manat məbləği bələdiyyənin hesabında vəsait olduğu halda ödənilməsinə Cavabdeh etiraz etmədiyi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 032445 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 0710 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X5 ilə Quba rayonu, Alpan Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmçış və İ.X2 hesabına 2500 (iki min beş yüz) manat məbləğində ödəniş etmişdir. Alqı-satqı baş tutmamış və X5 rəhmətə getdikdə sonra İddiaçı vərəsəliyi müəyən edilmişdir. İddiaçı Alpan bələdiyyəsindən miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını tələb edir. Alpan bələdiyyəsi həmin vəsaitin ödənilməsinə etiraz etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, 2500 (iki min beş yüz) manat məbləğin tutulmasına dair iddia təmin edilməlidir. İddia ilə bağlı 45 (qırx beş) manat dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli və 45 (qırx beş) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba rayon Alpan Bələdiyyəsindən 2500 (iki min beş yüz) manat və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1569/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1569/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver