Məhkəmə qərarları › İş №2(027)-1589/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1589/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1589/2020 26.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının iştirakı ilə, İddiaçı Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Nadiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, № 2-6 /2003 saylı qət edilmiş Cavabdeh Məmmədğa oğlu ilə onun birgə nikahlarından - xx xxxx 1996-cı il tarixdə doğulmuş X2 və avqust 1998-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2003-cü il tarixdən başlayaraq Cavabdeh Məmmədğa oğlundan aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona veriliməsi hissəsində, xx xxxx 1996-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2003-cü il tarixdən başlayaraq Cavabdeh Məmmədğa oğlundan hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nadiq qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, № 2-6 /2003 saylı qətnaməsi (hakim Lətifə Məmmədova) ilə onun Cavabdeh Məmmədğa oğlu arasında bağlanmış nikah pozulmuş, xx xxxx 1996-cı il tarixdə doğulmuş X4 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X5 onun yanında saxlanılmış, xx xxxx 1996-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2003-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəl irlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, № 2-6 2003 saylı qətnaməsi ilə bağlı icra sənədi icra edilməmişdir. Qətnamənin icra edilməməsinin səbəbi cavabdehin iş yerinin olmaması səbəbindən onun əmək haqqının 1/3 hissədə miqdarının məyyən edilərək tutulması mümkün olmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, № 2-6 /2003 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdeh, Azərbaycan Respublikasinin Ailə Məcəlləsi və Azərbaycan Respublikasinin Konstitusiyası Qanunu ilə üzərinə qoyulmuş hüquq və vəzifələri vicdanla həyata keçirərək xx xxxx 1996-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X1 ona yardımçı olmalı, aliment ödəməli idi. Lakin cavabdeh uşaqların saxlanılması üçün aliment ödənişindən tam yayınmışdır. Məhkəmə iclasında İddiaçı Nadiq qızı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Məmmədğa oğlu arasında bağlanmış nikahın pozulması, şəhadətnamənin verilməsinin Quba rayon VVDQ şöbəsinə həvalə edilməsi, xx xxxx 1996-cı il tarixdə doğulmuş X4 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X3 analarının yanında saxlanılması, xx xxxx 1996-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxxx 2003-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehin alimenti ödəməkdən yayındığını qeyd edir. Lakin, hal-hazırda tərəflərin birgə nikahından anadan olmuş uşaqlar xx xxxx 1996-cı il tarixdə doğulmuş X4 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. İş materillarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyirinə aliment tutulmuşdur.Qeyd edilməldir ki, iddiaçı cavabdehin bu vaxta qədər ödəmədiyi aliment məbləği üçün qətnamənin icrasını həyata keçirən orqana müraciət etməlidir. Çünki Ailə Məcəlləsinin 106.2-106.3-cü maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. İddiaçı cavabdehdən yetkinlik yaşına çatmış uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 manat məbləğində aliment tələb edir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx xxxx 1996-cı il tarixdə doğulmuş X2 və xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatdıqlarından, fiziki və əqli cəhətdən tam sağlam olduqlarından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Nadiq qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar