Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1619/2024 09.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikah münasibətlərindən olan 07 yanvar 2011-ci il təvəllüdlü X5 və 04 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiyada xidmət haqqı kimi ödədiyi 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 noyabr 2009-cu ildə el-adəti üzrə ailə qurmuşlar. Aralarında olan nikahı rəsmiləşdirməmişlər. Onların faktiki nikah münasibətlərindən 07 yanvar 2011-ci il təvəllüdlü X5 və 04 sentyabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir. Cavabdeh nə onunla, nə də ki övladları ilə maraqlanmamış, onların nə yeyib içdiklərindən belə xəbərsiz olmuşdur. Övladlarının bütün xərclərini valideyinləri qarşılayır. Artıq uzun müddətdir ki, o uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Dəfələrlə onları yaşadıqları evdən qovub və o polisə zəng vurmuşdur. Övladları doğulduğu vaxtdan indiyə kimi Cavabdeh uşaqları ilə maraqlanmır, ehtiyaclarını qarşılamır. Onu da qeyd edir ki, övladları məktəblidir, ehtiyacları günü-gündən artır. Cavabdehlə bundan sonra barışıb bir ailədə yaşamaq mümkün deyildir. Eyni zamanda onun kimi cavabdehin də bir ata kimi uşaqlarının ehtiyaclarını qarşılaması vəzifəsidir. Ona görə də cavabdehdən faktiki nikah münasibətlərindən doğulmuş uşaqlarının saxlanması üçün aliment tələb edir. O, qanunvericiliyin mediasiya prosesində iştirakla bağlı tələbinə riayət etmiş və mediatorun müvafiq arayışını iddia ərizəsinə əlavə edi. Əlavə olaraq, bildirmək istəyir ki, o ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xidmət haqqının hamısını ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin uşaqlara yardım etmədiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, uşaqların saxlanması üçün tələb olunan 470 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. 5 ildir ki Mavritaniyada yaşayır, oradan iddiaçıya pul göndərmişdir. Atasının və özünün pensiya kartları iddiaçıda olmuşdur. Hazırda 3 ildən artıqdır ki, pensiyada almır. Yeni ailə qurmuş və həmin ailəsindən iki uşağı vardır. Maddi vəziyyəti ağırdır. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 588549 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı, 682792 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə X2 anadan olmuşdur. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 235 №li arayışından görünür ki, İddiaçı ərazi dairəsinin Yuxarı Tüləkəran kəndində qeydiyyatdadır və X5 və X3 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə X11-Xaçmaz Regional Təhsil İdarəsi Yuxarı Tüləkəran ümumi orta məktəbin 17 iyul 2024-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, X5 məktəbin Vİİ və X6 məktəbin İİİ sinifini bitirmişdir. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00713 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi, Cavabdeh isə iştirak etmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Məhkəmə tərəflərin izahatlarından və işdəki digər sübutlardan müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh, birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə X5 və 04 sentyabr 2015-ci il tarixdə X2 adlı iki uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və birgə nikah münasibətlərindən doğulmuş uşaqları anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının hər uşaq üçün 235 manat olmaqla iki uşaq üçün hər ay 470 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağların saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X5 və 04 sentyabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 180 manat olmaqla, iki uşağa görə hər ay 360 manat sabit pul məbləğində alimentin tutulması, uşağların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X5 və 04 sentyabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyun 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa görə hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, Cavabdeh 63,20 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 07 yanvar 2011-ci il tarixdə doğulmuş X5 və 04 sentyabr 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyun 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa görə hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 63,20 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1619/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1619/2024
09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver