Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1654/2023 20.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, 2019-cu il təvəllüdlü X1, 03 iyul 2020-ci il təvəllüdlü X2 və 15 iyul 2022-ci il təvəllüdlü X3 onun himayəsinə verilməklə, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, hər ay 3 uşaq üçün 660 manat sabit pul məbləğində alimentin, eləcə də, 15 iyul 2022-ci il təvəllüdlü övladı X3 3 yaşına çatanadək saxlanılması üçün 100 manat əlavə yardımın, ilkin mediasiya prossesi üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 dekabr 2023-cü il tarixində İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1654/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1654/2023
20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver