Məhkəmə qərarları › İş №2(027)-1662/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1662/2025

19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1662/2025 19.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılaraq, Cavabdeh ilə birgə nikahdan olan 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Respublika üzrə təyin edilmiş aliment məbləğinin 50% - məbləğində, yəni 123 manat mələğində sabit alimentin təyin edilməsi, mediasiyaya ödədiyi 50 manat rüsumun və 51 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan 09 sentyabr 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay ondan 90 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Quba rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(027)-811/2018 saylı qətnaməsi ilə 09 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün ondan hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2841/2024 saylı qətnaməsi ilə, 09 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Uşaq Cavabdeh deyil. Cavabdeh yenidən evlənmiş və ayrı evə gəlin köçmüşdür. Həmin nikahdan da bir övladı var. Cavabdeh uşağı qoyub getmişdir. Uşağa nənəsi və babası baxır. Belə olan halda o, alimenti cavabdehə yox, cavabdehin valideynlərinə ödəməlidir. Həmçinin, uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamaq, hər iki valideynin öhdəliyidir. Belə olan halda, aliment öhdəliyi onunla Cavabdeh arasında bölünməlidir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Maddi imkanı zəifdir. Özünün maddi ehtiyaclarını belə çətinliklə qarşılayır. O, ilkin olaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmiş, ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlə birgə nikahdan olan övladı 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulan alimentin məbləği azaldılaraq, 123 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, uşaq hazırda cavabdehin valideynlərinin yanında qalır. Cavabdeh özü isə ikinci dəfə ailə quraraq uşaqlarından ayrı yaşayır. Əvvəl aliment 130 manat olmuş, hazırda isə 180 manatdır. Cavabdeh uşaqlarına baxmır, özünün də təyin edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyəək bildirdi ki, 09 sentyabr 2011-ci il təvəllüdlü X2 onun yanındadır. Uşağın tələbatlarını özü qarşılayır, lakin ödənilən aliment pulunu xərcləmir, uşağın gələcəyi üçün kartda saxlayır. Tətil vaxtı isə uşaq anasının yanında qalır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin 2(027)-2841/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(027)-511/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh İddiaçı hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 09 sentyabr 2011-ci il təvəllüdlü X2 anasının himayəsində saxlanılmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı uşağın cavabdehin valideynlərinin yanında olmasını, cavabdehin uşağa baxmadığını iddia edərək, təyin olunmuş alimentin azaldılmasını xahiş etmiş, lakin iddiasının əsaslı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə 09 sentyabr 2011-ci il təvəllüdlü X1 mənafelərini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onun mənafeyinə ziddir. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Bu günkü gündə uşağın maddi tələbatını ödəməyəcəkdir. Ona görə də iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş mediasiya və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş mediasiya və məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar