Məhkəmə qərarları › İş №2(027)-1676/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1676/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1676/2020 25.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayəsinə verilməsi və alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə doğulmuş X2 və xx.xx.2004-cü il tarixdə doğulmuş X1 onun himayəsində saxlanılmaları və Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş xx.xx.2004-cü il tarixdə doğulmuş X3 ödəməli olduğu alimenti ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2001-ci ildə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan xx.xx.2002-ci il tarixdə Zəmanə və xx.xx.2004-cü il tarixdə isə Zamin adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə 2008-ci ildə ayrılmışlar. Aralarında olan nikah Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan xx.xx.2002-ci il tarixdə doğulmuş Zəmanə Balakişiyeva və xx.xx.2004cü il tarixdə doğulmuş Zamin cavabdeh Təranə Məmmədovanın yanında qalmaları və birgə nikahdan doğulmuş Zəmanə və Zaminin saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində tutulmaqla ondan hər uşağa görə hər ay 30 manat olmaqla, cəmi 60 manat alınıb Təranə Məmmədovaya (Balakişiyevaya) verilməsi qət edilmişdir. Cavabdeh ondan ayrıldıqdan və nikahı pozulduqdan sonra azyaşlı uşaqları da özü ilə götürüb Bakı şəhərində kirayədə yaşamışdır. O da məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında ödəmişdir. Cavabdehin Bakıda yaşayarkən yüngül həyat tərzi keçirdiyi üçün 2020-ci ilin may ayında birgə nikahdan olan uşaqları Zəmanə və Zamin cavabdehdən ayrılıb onun yanına gəlmişlər və hal- hazırda onun himayəsində onunla birlikdə Quba rayonu, Rustov kəndində yaşayır və bir daha cavabdehin yanına qayıtmaq istəmirlər. Cavabdeh ona və uşaqlara telefonla zəng vuraraq hədə-qorxu gəlmiş, ona görə də azyaşlı uşaqları onun himayəsində olmalarını məhkəmə qaydasında rəsmiləşdirmək istəyir. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək, bildirdi ki, cavabdeh Bakıda yaşayır, uşaqlar isə 6-7 aydır onun yanında qalır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2004-cü il təvəllüdlü X4 anasının onunla danışmadığını və maraqlanmadığını, ona görə atası ilə qalmaq istədiyini qeyd etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, himayəsinə veriləcək uşaqları ilə bağlı cavabdehdən aliment tələbi olmadığını qeyd etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(027)- 142/2009 saylı qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdehiin nikahı pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X2 və xx.xx.2004-cü il tarixdə doğulmuş X1 anaları Təranə Məmmədovanın yanında qalmaları və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün İddiaçı hər uşağa görə hər ay 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin tutularaq Təranə Məmmədovaya (Balakişiyevaya) verilməsi qət edilmişdir. İş materiallarında olam “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X2 və xx.xx.2004-cü il tarixdə anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(027)-142/2009 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş Zəmanə və Zaminin cavabdeh Təranə Məmmədovanın yanında qalmaları və birgə uşaqların saxlanılması üçün İddiaçı hər uşağa görə hər ay 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin, hal-hazırda mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il təvəllüdlü X4 atası İddiaçı himayəsindədir və onunla birlikdə yaşayır. Bundan başqa, məhkəmə iclasında dindirilmiş xx.xx.2004-cü il təvəllüdlü X4 ifadəsində atasının yanında qalmaq istədiyini qeyd etmişdir. İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli 2(027)-142/2009 saylı qətnaməsinin dəyişdirilərək, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların onun himayəsinə verilməsi və aliment ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, nikah pozularkən və ya pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların müvafiq olaraq ata və analarının yanında saxlanması, uşaqların mənafeyi, onların bağlı olduğu valideyn qayğısı və nəvazişindən məhrum olunmaması, əqli və fiziki inkişaflarına şəraitin yaradılması zərurəti ilə bağlıdır. Ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. X8 Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və X9 Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Məhkəmə onu da nəzərə çatdırır ki, yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanması, heç də Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaq, uşağının tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X4 atası - İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. İş materillarından görünür ki, xx.xx.2002-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatıbdır və uşaq hesab olunmur. Ona görə də, iddia ona münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X4 atası - İddiaçı himayəsində saxlanılsın. İddiaçı X1 Cavabdeh onun yanında qalan uşağın saxlanılması üçün alimentlə bağlı tələbinin olmadığı nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar