Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-173/2021 05.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsənova (Rəhimova) Aynur Tofiq qızına kompensasiya vermək yolu ilə ünvan 1 mənzil 1 ünvanından 3000 manat kompensasiya vermək yolu ilə övladları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Cavabdeh İddiaçı Şıxlətif oğlunun ona qarşı olan ünvan 1 mənzil 1 ünvanından 5000 (beş min) manat kompensasiya vermək yolu ilə övladları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə tələbini qəbul edir.
2. İddiaçı Şıxlətif oğlu Cavabdeh övladları ilə birlikdə özünə məxsus Quba şəhəri, SMU-30 y/s küçəsi, ev 8, mənzil 1-dən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılması üçün 5000 (beş min) manat məbləğində pul (kompensasiya) verir.
3. Cavabdeh İddiaçı Şıxlətif oğluna məxsus Quba şəhəri, SMU-30 y/s küçəsi, ev 8, mənzil 1-dən övladları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılmağı üçün 5000 (beş min manat) pulu alır. Bundan sonra Quba şəhəri, SMU-30 y/s küçəsi, ev 8, mənzil 1 - lə bağlı heç bir iddia və tələbi olmayacaqdır.
4. İddiaçı Şıxlətif oğlu bu şərtlərlə razıdır.
5. Cavabdeh bu şərtlərlə razıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh İddiaçı Şıxlətif oğlunun ona qarşı olan ünvan 1 mənzil 1 ünvanından 5000 (beş min) manat kompensasiya vermək yolu ilə övladları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə tələbini qəbul edir.
2. İddiaçı Şıxlətif oğlu Cavabdeh övladları ilə birlikdə özünə məxsus Quba şəhəri, SMU-30 y/s küçəsi, ev 8, mənzil 1-dən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılması üçün 5000 (beş min) manat məbləğində pul (kompensasiya) verir.
3. Cavabdeh İddiaçı Şıxlətif oğluna məxsus Quba şəhəri, SMU-30 y/s küçəsi, ev 8, mənzil 1-dən övladları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən əmlakları ilə birlikdə çıxarılmağı üçün 5000 (beş min manat) pulu alır. Bundan sonra Quba şəhəri, SMU-30 y/s küçəsi, ev 8, mənzil 1 - lə bağlı heç bir iddia və tələbi olmayacaqdır.
4. İddiaçı Şıxlətif oğlu bu şərtlərlə razıdır.
5. Cavabdeh bu şərtlərlə razıdır. İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Rahim Həsənov