Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1730/2022 30.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ziyarəddin qızının və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Ziyarəddin qızına qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ziyarəddin qızına qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 3 M-424 nömrəli barışıq sazişi Cavabdeh Ziyarəddin qızı tərəfindən öhdəliyi yerinə yetirmədiyi üçün Bakı şəhəri, 19 saylı notariat ofisində bağlanılan reyestr nömrəsi 3M-424 (İS-11249) olan Barışıq sazişinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 19 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli 3M-424 reyestr nömrəli (İS-11249) Barışıq sazişi mövcuddur. Həmin sənədə əsasən Cavabdeh Ziyarəddin qızının xx.xx.2019-cu il tarixinədək 19600 manat borcunu ödəmək öhdəliyi yaranmışdır. Lakin, xx.xx.2019-cu il tarixindən qeyd edilən sənədlə Cavabdeh Ziyarəddin qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, nəticədə bu günkü tarixədək həmin Barışıq sazişindən irəli gələn 9600 manat əsas borc ödənilməyib. Bu barədə Cavabdeh Ziyarəddin qızına dəfələrlə xəbərdarlıq etməsinə və eyni zamanda Bakı şəhəri, 19 saylı notariat ofisindən ona bildirişlərin göndərilməsinə baxmayaraq bu günə qədər 9600 manat ödənilməyib. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılnlara uyğun izahat vermiş və göstərmişdir ki, evi barışıq sazişi əsasında 17 gün sonra cavabdehə təhvil vermiş, notariusda 10.000 manatı almış, 9600 manat isə ödənilməyib. Telefon vasitəsilə cavabdehdən pulunu tələb etmiş, o isə pulunun olmadığını demişdir. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ziyarəddin qızı iddianı qəbul etməyərək, iddiaçıya onun heç bir borcu qalmadığını, cavabdehə qardaşının, notariusun və vəkillərin iştirakı ilə 19600 manatı ödədiyini, hətda notriusun özü də həmin pulu saydığını bildirdi. İddianın əsassız oldğunu qeyd edərək iddia müddəti keçdiyi üçün iddianın rədd olunması xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ziyarəddin qızının nümayəndəsi Vəkil iddianı qəbul etməyərək cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh Ziyarəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin ləğv edilməsi tələbi ilə bağlı iddiasnın müddətin ötürülməsi ilə verildiyinə və əsassız olduğuna görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X2 adına ümumi birgə mülkiyyətdə, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,09 ha həyətyanı torpaq sahəsi və mülkiyytə hüququ əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 küçəsi, ev 6, mənzil 75 (1/2 hissə) mənzil qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, barışıq sazişi bağlayan tərəflər- İddiaçı (AA*******) və Cavabdeh Ziyarəddin qızı (AZE Ne ********) aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıda göstərilənlər barədə tam razılığa gəlmişlər: 1. Yasamal Rayon Məhkəməsinin 2(004)- 200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh Ziyarəddin qızının paylarının müəyyən ediməsi hissəsində İddiaçı öz payından Cavabdeh Ziyarəddin qızının xeyrinə imtina edir. 2. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 19000 (on doqquz min) ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh Ziyarəddin qızının paylarının müəyyən edilməsi hissəsində Cavabdeh Ziyarəddin qızı öz payından İddiaçı xeyrinə imtina edir. 3. Cavabdeh Ziyarəddin qızı qeyd edilən məhkəmə qətnaməsi ilə İddiaçı tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 6, 75 saylı mənzildən İddiaçı payına düşən 28500 manat puldan çıxaraq ona ümumilikdə 19600 manat pul ödəyir. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. X4 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. - Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.H.Hacızadənin xx.xx.2022-ci il tarixli, 321 nömrəli Quba rayon Notariat Ofisinə ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri, 19 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 3M-424 reyestrlə X5 ilə X1 arasında barışıq sazişi müqaviləsi rəsmiləşdirilmişdir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən müvafiq tədbirlərin görülməsi üçün barışıq sazişi müqaviləsi və ona əlavə edilmiş sənədlər göndərilmişdir. - Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.H.Hacızadənin xx.xx.2022-ci il tarixli, 525 nömrəli Quba regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə ünvanladığı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə X5 ilə X1 arasında 3M-424 reyestr nömrəli barışıq sazişi rəsmiləşdirilmişdir. Barışıq sazişində X1 tərəfindən 19600 manat pulun ödənilməsi göstərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixində texniki səhv olaraq Quba regional "ASAN Xidmət"Mərkəzinə icra qeydi yazılması üçün sənədlər göndərilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh Ziyarəddin qızı ərizə əsasında notariat ofisinə müraciət edərək İddiaçı borcu olmadığını və 19600 manat pulun barışıq sazişi bağlanan günü ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi və iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib, iddia tələbini sübut edə bilmədiyi üçün, İddiaçı Cavabdeh Ziyarəddin qızına qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Ziyarəddin qızına qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1730/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1730/2022
30.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver