Məhkəmə qərarları › İş №2(027)-1740/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1740/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1740/2023 02.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığa dair mübahisə açma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsiylə müraciət edərək, onun 19 sentyabr 2022-ci il təvəllüdlü X4 atası olmadığının müəyyən olunması və Quba Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən X7 barəsində 10 fevral 2023-cü il tarixdə tərtib olunmuş 264 №-li doğum haqqında akt qeydindən uşağın atası kimi onun barəsində olan məlumatların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan bir övladı 24 sentyabr 2019-cu təvəllüdlü X9 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-467/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan anadan olmuş 24 sentyabr 2019-cu təvəllüdlü X6 onun himayəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə may ayında qanuni qüvvəsini almışdır. Qeyd edir ki, həmin qətnamədən də göründüyü kimi münasibətləri uzun bir müddətdir ki, pisləşmişdir, birgə nikahdan olan övladını döyüb xəsarətlər yetirmiş, atıb getmişdir. Bununla əlaqədar müxtəlif yerlərə şikayətlər etmişdir, “Təmiz Dünya” X10 Birliyinin xx.xx.2021-ci il tarixli təhvil vermə aktından görünür ki, ünvan 1 ünvanında yerləşən “Təmiz Dünya” X10 Birliyinin sosial işçisi X2 iştirakı ilə övladı ona təhvil verilmişdir. Bütün bu olanlar onu göstərir ki, onun faktiki olaraq cavabdehlə münasibəti 3 ildən çoxdur ki, yoxdur. Təzəlikcə ona bəlli olub ki, cavabdehin bir övladı doğulmuşdur-19 sentyabr 2022-ci il təvəllüdlü X7 və onun ata adı kimi də onun adı qeyd edilmişdir, atası kimi müvafiq doğum haqqında şəhadətnamədə o qeyd edilmişdir. Bununla əlaqədar Quba Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət edib, uşağın atasının olmadığını bildirsə də, şəhadətnamədə atası olduğunun göstərilməməsini xahiş etsə də, 03 may 2023-cü il tarixli, 3-16-5/8- xx-xx/2023 saylı məktubla onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsas kimi də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsi qeyd olunmuşdur. Qeyd edir ki, aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı qeyd olunmuşdur. Əmindir ki, (nikahın pozulması barədə məhkəmə qətnaməsindən də göründüyü kimi) 19 sentyabr 2022-ci il təvəllüdlü X7 onun uşağı deyil. Cavabdehlə aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın valideyni kimi onun adım qeyd olunmuşdur. Məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün mediasiya prosesi baş tutmamışdır. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, himayəsində azyaşlı uşağın olması ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini qeyd edərək, bildirmişdir ki, iddiaçının ona qarşı iddiasını qəbul etdiyini bildirmiş və həqiqətən İddiaçı 19 sentyabr 2022-ci il təvəllüdlü Həyat Davidovanın atası olmadığını etiraf etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin 03 may 2023-cü il tarixli arayışına əsasən 19 sentyabr 2022-ci il təvəllüdlü X7 Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydi kitabında 264 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin 03 may 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı verilən məlumata əsasən “Sizin nikahınıza xitam verildiyi xx.xx.2022-ci il tarixdən uşağın doğulduğu xx.xx.2022- ci il tarixə qədər 10 ay (300 gün ) müddət keçmədiyi üçün Quba regional ’’ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 264 saylı doğum haqqında akt qeydinin “ata haqqında məlumat” qrafasında qanunvericiliyin tələblərinə əsasən uşağın atası olaraq sizin məlumatlar göstərilmişdir”. Qeyd olunan doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasında uşağın soyadının “ Davidova”, atasının adını “ Ceyhun”, “ata haqqında məlumat” qrafasında isə uşağın atası olaraq “İddiaçı” yazılmaması üçün müvafiq faktın müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarında olan X5 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ/MT- 027/2023-00707 saylı arayışına əsasən, Cavabdeh X5 iştirak etməmişdir. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-467/2022 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh X8 arasında xx.xx.2019-cu il tarixində bağlanmış Quba “Asan Xidmet” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 0631 ncmrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması; Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X9 atası-İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah münasibətlərində olmuş, bu münasibətdən xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-467/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan anadan olmuş 24 sentyabr 2019-cu təvəllüdlü X6 iddiaçının himayəsinə verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nikah pozulduqdan sonra cavabdehin daha bir qız övladı-19 sentyabr 2022-ci il təvəllüdlü X7 doğulmuş, aralarında rəsmi nikah mövcud olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası kimi iddiaçının adı qeyd olunmuşdur. İddiaçı X4 hazırk iddiasını cavabdeh qəbul etmiş və iddiaçının Həyat Davidovanın atası olmadığını təsdiq etmişdir. Cavabdeh iddia tələbinin ata ilə bağlı məllumatların çıxarılması hissəsində mübahisələrinin olmadığını təsdiq etdiyindən, məhkəmə bu hissədə gələcəkdə yarana biləcək iddianın təmin olunmasına qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq müraciət əsasında nail oluna biləcəyini nəzərə alaraq hazırki mərhələdə iddianın bu hissədə təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı 19 sentyabr 2022-ci il təvəllüdlü X4 atası olmadığı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar