Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1749/2020 15.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh ştirakı ilə İddiaçı Cavabdeh qarşı valideynin əlavə xərclərə cəlb olunması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X1 2200 manat təhsil haqqının yarı məbləği 1100 manatın tutularaq ona ödənilməsi və gələn illərdə də təhsil haqqının yarısının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə birgə nikahları pozulmuş, xx.xx.2006-cı il tarixdən bu günədək Cavabdeh Quba Rayon Məhkəməsinin a-6 saylı əmri ilə iki uşağın saxlanması üçün aylıq qazancının 1/3 hissəsi miqdarında aliment ödəyir. Hal-hazırda xx.xx.2001-ci il təvəllüdlü övladı X3 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “məşq və fiziki hazırlıq” fakültəsinin Fiziki Tərbiyə və Çağırışaqədər hazırlıq ixtisaslaşmasında ödənişli əsaslarla, illik 2200 manat təhsil haqqı ödəməklə birinci tədris ilində əyani təhsil alır. Hülya yetkinlik yaşına çatdıqdan sonra o, övladının atası Cavabdeh aliment almır və 2200 manat təhsil haqqını özü ödəyir. Keçmiş həyat yoldaşı Cavabdeh Azərbaycan Dövlət Neft Şirkəti üzrə Yanğından Mühafizə idarəsində çalışır və yüksək məvacib alır. Ona görə də o övladının təhsil haqqının ödənilməsi üçün əlavə xərclərə cəlb olunmalıdır. O, kirayə evdə yaşayır, maddi vəziyyəti hədsiz dərəcədə ağır olduğundan uşalarının maddi və digər ehtiyaclarını ödəmək iqtidarında deyil. Sadalananları nəzərə alaraq, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü X1 2200 manat təhsil haqqının yarı məbləği 1100 manatın tutularaq ona ödənilməsi və gələn illərdə də təhsil haqqının yarısının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, 950 manat məbləğində əmək haqqı alır, həmin maaşın 25%-i oğlu Məhəmmədin yetkinlik yaşınadək saxlanılması üçün tutulur. Bundan əlavə o, uşağa telefon almış, hər ay onun üçün 100 manat ödəniş edir. Qətnamə çıxarılarkən bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə təqdim edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2007-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X3 xx.xx.2001-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli a-6/2006 saylı əmrinin surətindən görünür ki, Cavabdeh iki uşağın saxlanması üçün aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin İddiaçı ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 akademiyanın “məşq və fiziki hazırlıq” fakültəsinin Fiziki Tərbiyə və Çağırışaqədər hazırlıq ixtisaslaşmasında ödənişli əsaslarla (2200 manat) İ tədris ilində əyani təhsil alır. İş materiallarında olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, X2kademiyanın “məşq və fiziki hazırlıq” fakültəsinin Fiziki Tərbiyə və Çağırışaqədər hazırlıq ixtisaslaşmasında 1-ci kursda təhsil əyani şəkildə alır və təhsil aldığı bir tədris ilinə görə 2200 (iki min iki yüz) manat məbləğində təhsil haqqı ödəyir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmədə müəyyən edildi ki, tərəflərin nikahı rəsmi olaraq pozulmuş və 2006-cı ildən başlayaraq cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün iddiaçının xeyrinə aliment ödəmişdir. Birgə nikahdan olan xx.xx.2001-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatmaqla hazırda ödənişli şərtlərlə təhsil alır.Məhkəmə onuda nəzərə çatdırır ki, iddiaçı gələn illərdə də təhsil haqqının yarısının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, qızının neçə il təhsil almasını və o barədə sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, tərəflərin nikahı rəsmi olaraq pozulmuş və 2006-cı ildən başlayaraq cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün iddiaçının xeyrinə aliment ödəmişdir. Birgə nikahdan olan xx.xx.2001-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmasını, sonuncunun hazırda ödənişli şərtlərlə təhsil almasını bildirmiş və əsaslandığı halı məhkəməyə təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh qızı- xx.xx.2001-ci il təvəllüdlü X1 təhsil alması üçün ödənilmiş 2200 manat vəsaitin 50%-i, yəni 1100 manat məbləqdə pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü X1 təhsil alması üçün ödənilmiş 2200 manat vəsaitin 50%-i, yəni 1100 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1749/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1749/2020
15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver