Məhkəmə qərarları › İş №2(027)-1766/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1766/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1766/2020 19.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və cavabdeh X7 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-210/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, ondan hər ay əmək haqqısının 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, X12 ilə xx.xx.2008-ci il tarixdə nikah bağlamış, birgə nikahdan xx.xx.2008-ci il tarixdə Məhəmməd, xx.xx.2011-ci il tarixdə Adəm adında uşaqları doğulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-210/2017 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanılmış nikah pozulmuş, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 anaları Cavabdeh yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa sabit məbləğdə 136 manat olmaqla, cəmi 272 manat məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin vaxt heç yerdə işləməməsi və maddi vəziyyətinin ağır olmasının bildirməsinə baxmayaraq məhkəmə bu hallara qiymət vermədən ondan ödəyə bilməyəcəyi məbləğdə aliment tutulmasına qərar vermişdir. Qətnamədən apellyasiya şikayəti versə də Quba Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Hazırda “X16” MMC-də müqavilə əsasında işləyir, aylıq əmək haqqısı 250 manatdır. Övladlarına aliment ödəməkdən imtina etmir, lakin hazırda əldə etdiyi gəlir bundan ibarətdir. Əldə etdiyi gəlirlə məhkəmənin təyin etdiyi alimenti ödəmək onun üçün qeyri-mümkündür. Bununla əlaqədar bir sıra sıxıntılar yaşayır. Digər tərəfdən cavabdeh tərəf uşaqlarla onun və valideynlərinin görüşməyinə əngəllər törədir, uşaqları onun əleyhinə böyüdür və onların təlim-tərbiyyəsində, təhsilində və digər sahələrdə iştirak etməyinə imkan vermir. Uşaqlardan təzyiq vasitəsi kimi istifadə edir. Cavabdehin və valideynlərinin əsas məqsədləri uşaqların mənafeyi deyil, aliment bəhanəsi ilə ondan qisas almaqdır. Sadalananları nəzərə alaraq, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-210/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq, ondan hər ay əmək haqqısının 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X7 nümayəndəsi X5 iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği tam həcmdə və vaxtında ödəmir. Belə ki, o, iki uşaq üçün ödənilməli olan 272 manat əvəzinə iki uşağa cəmi 175 manat aliment ödəmiş, nəticədə 2600 manat ödənilməmiş aliment borcu qalmışdır. Hazırda iddiaçı yığılıb qalmış 2600 manat alimenti X8 ödəməmək üçün vaxt uzadır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh X7 nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-2025/2017 saylı icra vərəqəsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-210/2017 saylı qətnaməsi ilə İddiaçı ilə X12 arasında bağlanmış nikah pozulması, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 9 X13 Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli 548 nömrəli arayışından görünür ki, Quba rayonu, Küsnətqazma kənd sakini İddiaçı "X16" MMC-də qüvvədə olan elektron müqavilə qeydə alınmış və əmək haqqısı 250 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılmaları üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan iki azyaşlı övladı vardır. İddiaçı işləyir, lakin təyin olunmuş alimenti ödəməyə imkanı çatmadığına görə iddianın təmin olunmasını tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi, yəni hər ay iddiaçının əmək haqqısının 1/3 hissəsi məbləğində alimentin cavabdehə ödənilməsi bu günün iqtisadi reallıqları ilə uzlaşmır. Qeyd olunanları və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununda 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-210/2017 saylı qətnaməsi ilə hər uşağa görə təyin olunmuş 136 manat alimentin hər-hansı məbləğdə azaldılması uşaqların mənafeyinə ziddir. Ona görə iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X8 qarşı aliment məbləğinin azaldılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar