Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1779/2020 20.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ildə el adəti ilə ailə qurmuş, xx.xx.2012-ci il tarixdə Quba rayon 2-ci Nügədi kəndində nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Ayla və xx.xx.2013-cü il təvəllüdlü Ariz doğulmuşlar. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Hazırda o, cavabdehdən ayrı yaşayır. Uşaqları isə onun himayəsindədir. Cavabdeh ailənin dolanışığı ilə maraqlanmır, uşaqlara heç bir maddi yardım göstərmir. Gəlirini və qanacını daima ondan gizlədir və özünə xərcləyir. Uşaqları azyaşlı olduğu üçün o, heç bir yerdə işləmir. X2 xəstədir, sonuncunun daima müalicəyə ehtiyacı olduğu üçün valideynlərinin köməkliyi ilə müalicə etdirir. Cavabdeh Bakı şəhərində yerləşən 99 N saylı hərbi hissədə rütbəcə gizir olmaqla yarım qrup komandiri vəzifəsində çalışır. Aylıq əmək haqqı 1200 (bir min iki yüz) manat təşkil edir. 2020-ci il üzrə qanunla respublika üzrə yaşayış minimumu uşaqlar üçün 170 manat nəzərdə tutulsa da, həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyacları ödəmir. Uşaqları hər ikisi məktəblidir, onların böyüdükcə yeməyə, geyimə və digər ehtiyyaclara tələbatı da artır. Sadalananlara əsasən, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçünhər ay iki uşağa görə Cavabdeh aylıq qazancı olan 1200 (bir min iki yüz) manat 1/3 hissəsi miqdarında alimentin və hər ay 100 (bir yüz) manat olmaqla uşağın müalicəsi üçün əlavə xərcinonunxeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarındakı nikah pozulmamış, lakin onlar ayrı yaşayırlar və uşaqlar onun himayəsindədirlər. Cavabdeh 1200 manat əmək haqqı alır və alimentin ödənilməsinə etiraz etmir. Ona görə qeyd etdiklərini nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın İİ Nügədi İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1252 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu, İİ Nügədi kəndində yaşayır. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”lərin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə və X6 xx.xx.2013-cü il tarixdə İddiaçı ilə Cavabdehbirgə nikahından doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ak.M.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasında qeydiyyatda olan xəstənin stasionar tibbi kartasından çıxarışların surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 anadangəlmə hironevroz diaqnozu ilə xəstəxanada qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək satsionar müalicə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh münasibətləri korlandığı üçün faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 hazırda anaları, yəni iddiaçının himayəsindədirlər. İddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirərək, cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir və hər uşağa görə hər ay aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə hesab edir ki, cavabdehin əmək haqqının 1/3 hissəsində alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərildiyi kimi uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin 1200 (bir min iki yüz) manat əmək haqqının 1/3 hissəsində aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəyə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Beləliklə, iddia tələbinin əlavə xərclərlə bağlı hissəsinə gəldikdə isə iş materillarından görürük ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X6 həqiqətən stasionar xəstə kimi müalicə müəssisəsində qeydiyyatdadır və mütəmadi olaraq müalicə alır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının uşağın müalicə xərclələrinin təmin edilməsi uçün cavabdehdən hər ay 100 (bir yüz) manat məbləğində vəsaitin tutulmasıbarədə tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. xx.xx.2013-cü il təvəllüdlü X4 müalicə xərclərinin ödənilməsi ilə əlaqədar Cavabdeh hər ay xx.xx.2020-ci il tarixdən başlayaraq 100 (bir yüz) manat əlavə xərc İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə aliment və əlavə xərc hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1779/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1779/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver