Məhkəmə qərarları › İş №2(027)-1794/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1794/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1794/2025 23.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı MMC-nin vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəklili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində qalıq pulun və dövlət rüsumu kimi ödənilmiş 95 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış podrat müqaviləsinə əsasən, cavabdehin mülkiyyətində olan yaşayış sahəsində təmir-tikinti işlərinin görülməsi barədə razılaşma əldə edilmişdir. Müqaviləyə əsasən, cavabdehin mülkiyyətində olan yaşayış sahəsində təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulmuş və tərəflər görüləcək işlərin növü, həcmi və digər əsas şərtlər üzrə əvvəlcədən razılığa gəlmişlər. Müqavilə şərtlərinə uyğun olaraq, "xxxx" MMC-nin üzərinə düşən öhdəlikləri vicdanla və tam məsuliyyətlə icra etmiş, işlər vaxtında, keyfiyyətlə və tam həcmdə görülməyə başlanılmışdır. Təmir prosesi zamanı cavabdehin təşəbbüsü və razılığı əsasında müqavilədə nəzərdə tutulmayan əlavə işlər də görülmüş, bu isə işin ümumi həcminin və dəyərinin artmasına səbəb olmuşdur. Görülmüş işlərin, istifadə olunmuş materialların və göstərilən xidmətlərə 13% həcmində xidmət haqqı əlavə olunmuş ümumi dəyəri 18211.93 manat təşkil etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş 15000 manat məbləğinin daxili kredit şərtləri ilə 3000 manat ilkin ödəniş etmiş, qalan 12000 manat məbləği 12 ay müddətində hər ay 1000 manat ödəmək şərti ilə razılıq əldə olunmuşdur. Eyni zamanda təmir prosesi zamanı cavabdehin təşəbbüsü və razılığı əsasında müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi üçün xərclənmiş 3000 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən bu günədək yalnız 7000 manat ödənilmiş, qalan 11000 manatın ödənilməsi ilə bağlı cəmiyyət tərəfindən edilmiş çoxsaylı müraciətlər baxmayaraq cavabdeh borcun qalan hissəsinin ödənilməsindən imtina edir və yaymır. Cavabdeh göstərilmiş xidmətlərdən tam şəkildə öhdəliklərini tam icra etməmiş və nəticədə "xxxx" MMC-nə maddi ziyan vurmuşdur. Bu hal həm Azərbaycan Respublikası mülki Məcəlləsinin müddəalarının, həm də müqavilə hüququnun əsas prinsiplərinin - qarşılıqlı etimad,vicdanlılıq və ədalətlilik prinsiplərinin pozulması deməkdir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində göstərmişdir ki, iddia tələbində göstərilən əsaslar qalmaq şərtilə tərəflər arasında olan müqavilənin fakturasında göstərilən 20, 21, 22, 23, 24-cü bəndlərdə görülməyən işlərin ümumi məbləği olan 2448 manat müqavilədə nəzərdə tutulan məbləğdən çıxıldıqdan sonra 5552 manat ödənilməmiş vəsait qalmaqdadır. Eyni zamanda hüquqi xidmətlər üçün vəkillə müqavilə bağlanılmış və 1000 manat pul ödəmişlər. Odur ki, ödənilməmiş 5552 manat pulun və ödənilmiş 1000 manat vəkil xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman İddiaçı MMC-nin direktoru X2 iddianı müdafiə edərək, bildirmişdir ki, şirkət ilə Cavabdeh arasında cavabdehin mülkiyyətində olan yaşayış sahəsində təmir-tikinti işlərinin görülməsi barədə xx.xx.2024-cü il tarixində podrat müqaviləsi bağlanmışdır. Təmir zamanı cavabdeh görülmüş işlərlə bağlı hər hansı narazılıq bildirməmişdir. İddiaçı MMC üzərinə düşən öhdəliyin müəyyən hissəsini lazımi qaydada tam icra etmişdir. Cavabdeh ödənişləri dayandırdıqda, MMC-də təmir işlərini dayandırmışdır. Aralarında olan mübahisə məhz pulun ödənilməməsinə görə olmuşdur. Cavabdehin 5552 manat ödənilməmiş vəsait qalmaqdadır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh məxsus evdə 12552 manatlıq təmir işləri görülmüş, cavabdeh ilkin ödəniş olaraq 3000 manat, 4 ay əzində isə hər ay 1000 manat ödəniş etmiş, hazırda cavabdehin 5552 manat borcu qalmışdır. Cavabdeh məhkəmə baxışı zamanı təmir işlərinin qüsurlu olduğunu bildirir, əlavə xərc çəkdiyini qeyd edir, lakin bu barədə sübut təqdim etmir. İddiaçı MMC üzərinə düşən öhdəliyi tam icra etmişdir. Cavabdeh tərəfin narazılığı olsaydı bu günədək məhkəməyə müraciət etmiş olardı. Cavabdeh dəfələrlə MMC-nin ofisinə gəlmiş və ödənişdə güzəşt edilsə qalan məbləği ödəyəcəyini bildirmişdir. Bunu sübut edən videogörüntülər də məhkəməyə təqdim olunmuşdur. Təmir zamanı cavabdeh demək olar ki, hər gün özü gəlib işlərin gedişatı ilə tanış olmuş, kiçik iradlaranı bildirdikdə, onlar dərhal aradan qaldırılmış, lakin ümumən işin kefiyyəti ilə bağlı hər hansı bir narazılıq bildirməmişdir. Cavabdeh ödənişləri dayandırdıqda, MMC-də təmir işlərini dayandırmışdır. MMC müqavilə və fakturada göstərilən tam icra olunmuş işlərin dəyərinin ödənilməsini haqlı olaraq tələb edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam və vicdanla yerinə yetirmişdir. İddiaçı, tərəflər arasında olan müqaviləyə istinad edərək işlərin vaxtında, tam həcmdə və keyfiyyətlə yerinə yetirilməsini qeyd etsə də, müqavilənin 3.9-cu bəndini nəzərdən qaçırmışdır. İddiaçı müqaviləyə əsasən 2024-cü ilin noyabr ayında təmir işlərinə başlamış və 2025-ci ilin yanvar ayının sonuna təhvil verməli idi, lakin 2025-ci ilin aprel ayında o, iddiaçı MMC-nin direktorunun həyat yoldaşı Vasif adlı şəxsə zəng edərək işləri tamamlamasını tələb etdikdə, sonuncu hər zaman müxtəlif bəhanələr gətirmiş, işlərin keyfiyyətsiz olması barədə iradlar bildirdikdə isə işlərin görülməsini dayandıracağını və görülmüş işləri dağıdacağını və onu öldürəcəyini qeyd etmişdir. İddiaçı tərəf müqavilə üzrə öhdəliyini 2025-ci ilin yanvar ayında bitirməli olduğu halda, bitirməmiş, hətta göstərilən tarixdən 3 ay sonra, yəni 2025-ci ilin aprel ayında işlərin bitirilməsini tələb etməyinə baxmayaraq, iddiaçı tərəf müqavilə öhdəliklərini kobud surətdə pozaraq, işləri bitirməmiş və yarıda qoymuşlar. xx.xx.2025-ci il tarixli, 65 saylı “Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi xidmətinin” hesabatından göründüyü kimi iddiaçı tərəfindən ona məxsus olan mənzildə gördüyü təmir işlərinin ümumi dəyəri 4899,1 manat göstərilmişdir. İddiaçı isə süni şişirdilmiş məbləğ əsasında guya ki, onun mənzilində ümumilkdə 12552 manat dəyərində təmir işləri görmüşdür. Lakin bu barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən natamam saxlanılmış işləri və keyfiyyətsiz materiallardan istifadə edilməklə görülmüş işləri başqa ustalara gördürməklə tamamlamışdır. Mənzilin bütün divar və alçipan künclükləri sökülmüş və yenisi ilə əvəz edilməklə malyar işləri, oboylar yenilənmiş və emulsiya işləri yenidən görülmüş, sanitar qovşağda və eyvanda olan natamam kafel və metlax, elektrik işləri tamamlanmışdır. Video görüntülərdə bir başa işlərin keyfiyyətsiz olması öz təsdiqini tapir. Bundan başqa video görüntüdə Vasif adlı şəxsə öz ustası oboylann keyfiyyətsiz olmasını bildirir. İddiaçı tərəfindən ona həm maddi, həmdə ki, mənəvi ziyan vurulmuşdur. İddiaçının ona məxsus olan mənzilində görmüş olduğu təmir işlərinin təhvil alınmasına dair hər-hansı bir akt imzalanmamışdır. Buna səbəb işlərin keyfiyyətsiz olması olmuşdur. İddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsilə yüklənmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə ilə sonradan məhkəmə prosesində təqdim edilmiş müqavilə arasında da ziddiyyət var. Məhkəmə prosesində təqdim edilmiş müqavilə xx.xx.2024-cü il tarixdə yox 2025-ci ilin mart ayında imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154cü maddəsini rəhbər tutaraq, iddiaçı "xxxx" MMC- nin Cavabdeh qızma qarşı “pul tələbi”nə dair iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətmanə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəklili Vəkil1 bildirdi ki, iddia tərəfi məhkəməyə iki fərqli müqavilə təqdim etmişdir. Birində cavabdehin imzası yoxdur, digər müqavilə isə 2025-ci ilin mart ayında bağlanılmışdır. Hər iki müqavilə pozuntuya yol verilərək bağlanılmışdır. İddiaçı tərəf özünə sərf etdiyi şəkildə müqavilə tərtib etmişdir. İddia tərəfin təqdim etdiyi faktura yalnız özləri tərəfindən təsdiq olunmuş, cavabdehlə ümumiyyətlə razılaşdırılmamışdır. xx.xx.2025-ci il tarixli, 65 saylı “Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi xidmətimin hesabatından göründüyü kimi iddiaçı tərəfindən mənzildə görülmüş təmir işlərinin ümumi dəyəri 4899,1 manat göstərilmişdir. İddiaçı isə süni şişirdilmiş məbləğ əsasında guya ki, mənzildə ümumilkdə 12552 manat dəyərində təmir işləri görmüşdür. Lakin bu barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. İddiaçı natamam saxlanılmış işləri və keyfiyyətsiz materiallardan istifadə edilməklə görülmüş işləri başqa ustalara gördürməklə tamamlamışdır. Mənzilin bütün divar və alçipan künclükləri sökülmüş və yenisi ilə əvəz edilməklə malyar işləri yenidən görülmüş, oboylar yenilənmiş və emulsiya işləri yenidən görülmüş, sanitar qovşağda və eyvanda olan natamam kafel və metlax, elektrik işləri tamamlanmışdır. İddiaçı müqaviləyə əsasən 2024-cü ilin noyabr ayında təmir işlərinə başlamış və 2025-ci ilin yanvar ayının sonuna təhvil verməli olduğu halda və cavabdeh 2025-ci ilin aprel ayında işlərin tamamlamasını tələb etdikdə, iddiaçı tərəf hər dəfə müxtəlif bəhanələr gətirmişdir. İddia əsassızdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X4 bildirdi ki, xidməti müqavilə əsasında "xxxx" MMC-də malyar işləmişdir. İşlər görülən zaman Cavabdeh mənzilə gəlib baxıb getmişdir. Vasif ona bildirmişdir ki, Cavabdeh oboyların birləşmələrindən xoşu gəlmir, dəyişilməlidir. Lakin Cavabdeh ödənişləri dayandırdığı üçün, Vasif oboyların dəyişdirilməsi işini saxlamışdır. Verilən suallara cavab olaraq şahid bildirdi ki, Cavabdeh təmir zamanı 2-3 dəfə gəlmiş, lakin görülmüş işlərlə bağlı hər hansı irad bildirməmişdir. Mənzilin yataq otağının bir tərəfində oboy dəyişdirilməli idi, lakin İlahə ödənişləri etmədiyi üçün Vasif işləri dayandırmışdır. O, sözügedən mənzildə işə noyabrdekabr aylarında başlamışdır. Ümumi görülən işlərə görəm təxminən 1100 manat pul almışdır. Pulu ona Vasif vermiş, vəsaitin bir hissəsini kart hesabına köçürmüş, digərini əlbəəl vermişdir. Xidmət haqqını ona Vasif vermiş, o da görülən işləri Vasifə təhvil vermişdir. Cavabdeh evində suvağa təxmini 75-80 kisə ağdağ işlətmişlər. Mənzil 12-ci mərtəbədə yerləşən 1 otaqdan 2 otağa düzəlmə mənzildir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid Yüzbaşev Fəxri Nazim oğlu bildirdi ki, Cavabdeh mənzilində qardaşı ilə birlikdə elektrik işləmişdir. Cavabdeh onlar tərəfindən görülmüş işlərlə bağlı irad bildirməmişdir. Onlar öhdələrinə düşən bütün elektrik işini tamamlamışlar. Razetkaların yeri müəyyən edilmiş, qutuları qoyulmuş, lakin razetkalar qoyulmamışdır ki, oboy vurulandan sonra qoyulacaqdır. Onun zəhmət haqqı 700 manat olmuş, ona həmin vəsait tam ödənilmişdir. Kondisionerlə bağlı ona hər hansı irad bildirilməmişdir. Ona göstərilən yerlərə elektrik xətti çəkib razetka qutularını qoymuş, girişdə elektrik şiti və avtomatları yığmış, domofon üçün deyilən yerə kabel çəkmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahid X1 bildirdi ki, Cavabdeh mənzilində elektrik işləri görmüşdür. Belə ki, elektrik işlərini tamamlamış və razetkaları quraşdırmışdır. Mənzildə spot işıqları vurmüşdür. O, oboyları söküb yenisi ilə əvəz etmiş, tavanda olan çatları düzəltmiş, laminatı vurmazdan əvvəl isə yerdə olan əyriliyi düzəltmiş, sonra oboy və emulsiya işləri görmüşdür. Künclər pas atdığından yenisi ilə əvəz edilmişdir. Xidmət haqqı kimi təkcə elektrik işinə Cavabdeh 500 manat, ümumilikdə 6000 manat pul almışdır. Gördüyü işlərin həcminə və dəyərinə dair özündə hər hansı bir qeydlər aparmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsindən görünür ki, Cavabdeh məxsus mənzildə müqaviləyə əlavə edilmiş fakturaya əsasən təmir işləri (söküntü işləri, elektrik işləri, santexnik işləri, yer və tavanda olan styajka və alçipan işləri, malyar işləri, divar kağızlarının və emulsiyanın vurulması, laminat və plintusların vurulması, sanitar qovşağında işlərin görülməsi və s.) görülməsini öhdəsinə götürmüş, cavabdeh fakrturada təsvir edilmiş işlərin ümumi dəyəri olan 15000 manat vəsaitdən ilkin olaraq 3000 manat ödəniş etmiş, qalan 12000 manat vəsaiti isə hisssəli ödənişlə ayda 1000 manat olmaqla, 12 ay müddətində hər ayın 1-dən 10 kimi ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin təqdim etdiyi “faktura” adlı sənəddən görünür ki, görüləcək işlərin və istifadə olunacaq materialların ümumi dəyəri 14999,60 manat təşkil etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 65 saylı "xxxx" MMC-nin (müstəqil ekspertiza) hesabatından göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh məxsus olan mənzildə gördüyü təmir işlərinin ümumi dəyəri 4899,1 manat göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə iddiaçı şirkət Cavabdeh məxsus mənzildə iş materiallarına əlavə edilmiş fakturaya əsasən təmir-tikinti işləri (söküntü işləri, elektrik işləri, santexnik işləri, yer və tavanda olan styajka və alçipan işləri, malyar işləri, divar kağızlarının və emulsiyanın vurulması, laminat və plintusların vurulması, sanitar qovşağında işlərin görülməsi və s.) görülməsini öhdəsinə götürmüş, cavabdeh fatrurada təsvir edilmiş işlərin ümumi dəyəri olan 15000 manat vəsaitdən ilkin olaraq 3000 manat ödəmniş etmiş, qalan 12000 manat vəsaiti isə hisssəli ödənişlə ayda 1000 manat olmaqla 12 ay müddətində hər ayın 1-dən 10 kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və flaşkartda olan görüntülərdən müəyyən edildi ki, podratçı şirkət İddiaçı MMC Cavabdeh məxsus mənzildə fakturaya göstərilən təmir işləri (divar və alçipan künclükləri qoyulmuş, malyar işləri görülmüş, oboylar (divar kağızları) vurulmuş, emulsiya işləri, sanitar qovşağda və eyvanda kafel və metlax qoyulması, elektrik işləri və s.) aparmışdır. İddiaçı MMC görülmüş təmir işlərinin ümumi dəyərindən ödənilməmiş qalan 5552 manat vəsaiti cavabdehdən tələb edir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, podratçı şirkət müqavilə üzrə təmir işlərini gördüyünü bildirmiş və işin görüldüyünü sübut edən materialları, yəni fotoşəkillər və flaş kartda olan videogörüntünü məhkəməyə təqdim etmişdir. Cavabdeh isə ona məxsus mənzildə təmir işlərinin görüldüyünü etiraf etsə də, işlərin bir hissəsinin keyfiyyətsiz və qüsurlu icra edildiyini və həmin işləri yenidən başqa ustalar vasitəsi ilə etdirdiyini və əlavə xərc çəkdiyini bildirmişdir. Bu səbəblə də təmirin keyfiyyətindən narazı qalaraq qalan ödənişin həyata keçirilməsini dayandırmışdır. Cavabdeh təqdim etdiyi elektron daşıyıcıda olan materiallardan aydın olur ki, cavabdeh mənzilində divar kağızları spkərək yenisi ilə əvəz etmiş, divar künclüklərini paslanması səbəbidən spkdürərək, yenisi ilə əvəz etdirmişdir. Cavabdehin məhkəməyə dəvət etdiyi şahid mənzildə bu işlərin yenidən icra etdiyini bildirmiş olsa da, işlərin həcminə, dəyərinə (alınmış mal-materialların ödəniş sənədlər, zəhmət haqqının hansı məbləğdə ödənilməsi barədə qəbzlər, əlyazmalar və s.) dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Bekəliklə də, məhkəmədə müəyyən olunur ki, iddiaçı həqiqətən də müqavilə üzrə üzərinə düşən öhdəlini qismən icra etmiş və həmin hissədə görmüş olduğu işlərin dəyərinin ödənilməsini tələb edir. Cavabdeh isə gprülmüş işlərdən bir qismini, yəni boya işlərinin, divar kağızlarının yeninəlməsi və ümumiyyətlə rəngsaz işlərinə aid işlərin qüsurlu olduğundan yenidən həyata keçirdiyini bildirir və buna dair məhkəməyə sübut təqdim edir. Məhkəmə ağlabatan hesab edir ki, əgər həmin işlər iddiaçı tərəfindən lazımi qaydada icra edilmiş olsaydı, cavabdeh yenidən xərc çəkməklə və zaman itkisinə yol verməklə bu işləri yenidən gördürməzdir. Lakin, bununla yanaşı, cavadeh qüsurlu işlərin həcminə və dəyərinə dair məhkəyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qüsurlu işlərin dəyərini iddiaçının təqdim etmiş olduğu fakturada göstərilən kimi hesablanması qənaətinə gəlir. Bunda başqa, cabdehin təqdim etdiyi 65 saylı "xxxx" MMC-nin (müstəqil ekspertiza) hesabatını sübut kimi qəbul etmir. Belə ki, işlərin ümumi həcmi və dəyəri tərflərin arasında əvvəlcədən razılaşdırılmış və cabadeh birtərəfli olaraq iddiaçını cəlb etmədən özü müstəqil ekspertə müraciət edərək həmin sənədi əldə etmişdir. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini tam həcmdə və keyfiyyətlə yerinə yetirmədiyindən, o, müqavilənin tam dəyərini tələb etmək hüququna malik deyildir. Belə ki, müqavilə üzrə yalnız yerinə yetirilmiş işlərə görə cavabdehin öhdəliyi yaranır. Beləliklə də, iş üzrə təqdim olunmuş sübutlar nəzərə alınaraq, fakturada təsvir olunmuş bəzi işlər (söküntü işləri, malyar işləri və divar kağızlarının və emulsiyanın vurulması) cavabdeh tərəfindən yenidən icra edildiyindən, iddiaçının tələb etdiyi 5552 manat məbləğindən cavabdeh tərəfindən qüsürlu işlərin aradan qaldırılması üçün çəkilmiş xərclər çıxılmalıdır. Həmin xərclərin məbləğinə gəldikdə, məhkəmə hesab edir ki, cavabdeh buna dair məhkəməyə mptəbər sübut təqdim etmədiyindən, bu işlərin görülməsi üçün fakturada nəzərdə tutulan 2448 manat məbləğ (malyar işləri üçün materiallar ak deniz astar üzlük – 130 manat, malyar işləri üçün zəhmət haqqı ağartma/oboy/emulsiya/oboy – 1500 manat, malyar işləri üçün zəhmət haqqı tavan şkurka və emulsiya – 368 manat, oboylar ukrayna koreya – 450 manat) iddiaçını tələb etdiyi məbləğdən çıxılmalı və iddiaçıya ödənilməli vəsait 3104 manat həcmində müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 3104 (üç min yüz dörd) manat pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun 68 (altmış səkkiz) manat 21 (iyirmi bir) qəpik hissəsi iddiaçıya aid edilməli, 26 (iyirmi altı) manat 79 (yetmiş doqquz) qəpik cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 1000 (bir min) manat ödəmişdir. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3104 (üç min yüz dörd) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun 68 (altmış səkkiz) manat 21 (iyirmi bir) qəpik hissəsi iddiaçıya aid edilsin, 26 (iyirmi altı) manat 79 (yetmiş doqquz) qəpik cavabdehdən alınaraq iddiaçıya verilsin. Hüquqi yardıma görə iddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi 1000 (bir min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar