Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-180/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 193 manat olmaqla, hər ay 579 manat alimentin və əlavə olaraq xx.xx.2020-cü il təvəllüdlü X5 qızının 3 yaşınadək saxlanılması üçün hər ay 150 manat pulun və mediasıya üçün ödədiyi 50 manatın 25 manatını, ümumilikdə 754 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 18 oktyabr 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-cü il təvəllüdlü X2 doğulmuşdur. Ailə daxili münaqişələrə görə ər evini tərk edərək, ata evimə qayıtmış və hal-hazırda uşaqları ilə birlikdə orada yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün ona heç bir köməklik göstərmir. Uşaqları təkbaşına çətinliklə saxlayır, maddi vəziyyəti uşaqlarının tələbatını təmin etməyə imkan vermir. Heç bir yerdə işləmir. Cavabdeh hal-hazırda işləmir və qazanc əldə edir. Cavabdehlə uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi barədə razılığa gələ bilmirlər. Aralarında könüllü razılığa gəlmək və ailənin dağılmaması üçün cəhd edərək medisiyaya müraciət etsə də qarşı tərəfin anasının yersiz müdaxilələri bu cəhdləri nəticə verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, 2022-c ilin iyun ayından ayrı yaşayırlar. Bu müddət ərzində o, uşaqlarına ərzaq aparmış, onlara maddi köməklik göstərmişdir. Hal-hazırda işləyir və 300-350 manat əmək haqqı alır. İmkanı çatana qədər aliment ödəməyə hazırdır. Belə ki, uşaqlarının daimi olaraq onun yanında olmasını istəyir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahından xx.xx.2015-ci il tarixdə X3, xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2020-ci il tarixdə X2 doğulmuşdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması daha məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə görə məhkəmə nikaha xitam verərkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. İşin diqqətəlayiq hallarını, tərəflərin fikrini və Quba Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 10 nömrəli rəyini nəzərə alaraq, məhkəmə tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması qənaətinə gəlir. Aliment tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal qida rasionuna uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, eyni zamanda cavabdehin ondan alimenin tutulmasında etirazının olmamasını əsas tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, üç uşağa cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi, X2 xx.xx.2020-ci il tarixdə doğulmuş və yekun məhkəmə aktı çıxarılanadək, daha dəqiq, xx.xx.2023-cü il tarixdə artıq 3 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yuxarıda qeyd olunduğu kimi, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını və iddiaçının məhkəməyə məhz xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olmamış müraciət etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək saxlanılması üçün atasından alimentin tutulması ədalətli və ağlabatandır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi əlavə xərcin tutulması hissəsində təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1 03 (üç) yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan hər ay üçün 30 manat olmaqla, Cavabdeh 173 (30 manat x 5 ay 23 gün) manat birdəfəlik ödəmə tutularaq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Müəyyən edilmiş aliment məbləği 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşağa 100 manat məbləğində alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1200 (12*100=1200) manat təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) uyğun hesablanmalıdır. Beləliklə, aliment tələbi ilə bağlı ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 32 (30 manat + 200 manatın 1 faizi (2 manat) = 32 manat) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları - İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, üç uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2020-ci il təvəllüdlü X1 03 (üç) yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan hər ay üçün 30 manat olmaqla, Cavabdeh 173 (30 manat x 5 ay 23 gün) manat birdəfəlik ödəmə tutularaq İddiaçı verilsin. Aliment tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-180/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-180/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver