Məhkəmə qərarları › İş №2(027)-1805/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1805/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1805/2020 16.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli N° ******* sayh Akta əsasən dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2018-ci il tarixli tələbnamənin və hesablanmış 648,90 manat məbləğində borcun onun **********04480 sayh abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli N° ******* saylı Akta əsasən dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış 648,90 manat məbləğində borcun onun **********04480 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, yaşadığı Quba rayonu, Vladimirovka kəndindəki yaşayış evi və altındakı torpaq sahəsi xx xxxxxx 1999-cu il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. Cavabdeh ilə olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evim qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o da hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Bildirir ki, xx xxxxxx 2017-ci il tarixdə saat 16:57 radələrində Quba rayonu, Vladimirovka kəndi ərazisində bizim evin yaxınlığında Qardaşbəyov İlkin Söhrab oğlu qardaşına məxsus «MZ-25A» marklı, 40 T 199 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən idarə etməsini itirmiş və əks istiqamətdə dayanmış vəziyyətdə olan «Qazel» markalı avtomaşının arxa hissəsinə çırpılmışdır. X1 məxsus «Qazel» yük markalı, ** Bİ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus yaşayış evinin qazla təchiz olunması üçün küçədə quraşdırılmış qaz sayğacını əzərək yararsız hala salmışdır. xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh əməkdaşları gələrək sayğaca baxış keçirmiş, fotoşəkillərini çəkmiş, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı Akt tərtib edərək, avtoqəza nəticəsində sayğacın ekranının sınması göstərilmiş, ******* saylı sayğac çıxarılaraq yenisi ilə əvəzləşdirilmişdir. Yeni sayğacın dəyəri 131 manat Qardaşbəyov İlkin Söhrab oğlu tərəfindən ödənilmişdir. Qardaşbəyov İlkin Söhrab oğlu Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib, Quba rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Bütün bu hadisələr baş verərkən o, Bakı şəhərində olmuşdur, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli Akta da qardaşı imza etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh əməkdaşları ******* saylı Akt tərtib edərək, ona məxsus qaz sayğacının zavod qurğuşun plombunun, plastmas qapaq hesablanma mexanizminin və lövhənin gövdənin üzərində aşkar olunmamasını səbəb gətirərək həmin akta imza etməyini bildirdilər.O, həmin aktla razılaşmadığından, imza etməkdən imtina etmişdir. Həmin Akt əsasında da Cavabdeh tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli tələbnamə tərtib olunmuş və 648,90 manat məbləğində borc hesablanması bildirilmişdir. Qeyd edir ki, yeni sayğac üzrə də mən istifadə etdiyi qazın pulunu vaxth-vaxtında ödəmiş. 2019-2020-ci illər üçün Cavabdeh İB tərəfindən ona gələn bildirişxəbərdaqlıq qəbzlərində onun istifadə etdiyi qazın borcu göstərilmiş, başqa borc göstərilməmişdir.O, həmin borcla razılaşmır. Həmin akt əsassız olaraq tərtib olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktda da göstərilir ki, qaz sayğacı avtoqəza nəticəsində yararsız hala düşmüş və yenisi ilə əvəz edilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki. sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuda rəsmiləşdırilmiş olsaydı, sayğaca zərər dəyməzdi. Ona görə də hesab edir ki. Cavabdeh Xaçmaz X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnamə əsasında hesablanmış 64K90 manat məbləğində borc onun **********04480 sayh abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.0522011-ci il tarixli 80 sayh qərarının 4.7-ci maddəsinə əsasən sayğacların üzərində plombun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməli və sayğacın göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli N° ******* sayh Akta əsasən dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 648,90 manat məbləğində borcun onun **********04480 sayh abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdehə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli aktdan görünütr ki, avtoqəza nəticəsində sayğacın ekranı sınmışdır. İşdə olan abonentin dəymiş ziyanın bərpasına dair sənəddən görünür ki, İddiaçı qaz işlədicilərinin istifadəsinə əsasən 0.6x6x180=648 m3, 0.8x18x180=2592 m3 cəmi 3240 m3 qaz sərfiyyatı göstərilir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli N° ******* saylı Akta əsasən dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2018-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış 648,90 manat məbləğində borc İddiaçı **********04480 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli № ******* saylı Akta əsasən dəymiş ziyanın bərpasına dair xx xxxxxxxx 2018-ci il tarixli tələbnamənin ləğv edilsin və həmin tələbnamə əsasında hesablanmış 648 (altı yüz qırx səkkiz) manat 90 qəpik məbləğində borc İddiaçı **********04480 saylı abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar