Məhkəmə qərarları › İş №2(027)-1808/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1808/2024

30.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1808/2024 30.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 X2, İddiaçı5 etibarnamə üzrə nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X2, İddiaçı5 AR 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsin cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa Mülkiyyət Hüququna X11 ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon notariat kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə Quba rayonu İ Nügədi kəndində (müqavilədə İİ Nügədi kimi göstərilmiş) yerləşən 6572,76 kvm ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına işlənmiş JN- 2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X11 ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X12 əsasən paylı mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni elektron nümunəli Çıxarışın alınması üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə onlara DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi **********49 saylı xx.xx.2022ci il tarixli cavab məktubunda JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X11 324M nömrəli planşetində göstərilən 6572.76 kvm torpaq sahəsi üzərində mübahisənin mövcudluğu səbəbindən torpaq sahəsinə dair təqdim etdikləri Dövlət Aktı üzrə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edildiyi göstərilmişdir. Qeyd olunanlarla bağlı vəkil vasitəsilə sorğu edilməklə əldə olunan sənədlərə əsasən xəbər tutmuşlar ki, İddiaçı1 müdiri olmuş Cavabdeh1 tabeçiliyindəki işçisi İddiaçı1 onun və ailə üzvlərinin paylı mülkiyyətində olan 1.10 ha torpaq sahəsinə dair JN 324 Kod 30319018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 6572,76 kvm hissəsinə Quba rayon Notariat kontorunda 01 avqust 2003-cü il tarixdə 4-Ə-234 reyestrlə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsi rəsmiləşdirmişdir. Həmin müqavilədən heç birinin xəbəri olmamış, ümumiyyətlə torpaq sahəsinin tam və ya hər hansı hissəsinin satılması ilə bağlı məqsədi olmamış, bununla bağlı müqavilə imzalamamışdılar. Vəkil vasitəsilə tələb edib əldə etdikləri notariat işindəki sənədlərdə, o cümlədən alqı-satqı müqaviləsində satılan torpaq sahəsinin Quba rayonu. 2-ci Nügədi kəndində yerləşdiyi göstərilmişdir ki, bu da ataları İddiaçı1 aldadılması, müqavilənin mahiyyətindən şübhələnməməsi məqsədilə edilmişdir. İddiaçı1 heç vaxt notariat kontoruna getməmiş, xatırladığına görə Cavabdeh1 ona torpaqla bağlı kredit alınması üçün olan sənəd olduğunu bildirib nələrəsə imza etdirmişdir. İddiaçı1 həyat yoldaşı İddiaçı3 isə birgə mülkiyyətçisi olduğu torpaq sahəsinin alqı-satqısına dair heç bir müqavilə imzalamamışdır. Qeyd olunan müqavilənin ləğvinə dair Quba rayon Məhkəməsində baxılmış iddiaları üzrə məhkəmənin qərardadı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1002 saylı rəyində xx.xx.2003-cü il tarixli 4-Ə-234 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində imzalar qrafasında "İddiaçı1O" yazıları qarşısındakı imzanın İddiaçı1 tərəfindən icra olunduğu. “İddiaçı3K" yazıları qarşısındakı imzanın İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu təsdiq edilmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilib, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572.76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 Orucbəv oğlu, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-466/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 89/2023 saylı qətnaməsi ləğv edilib iş üzrə iddiaçılar İddiaçı1. İddiaçı3, İddiaçı2, X4 və İddiaçı5 Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572.76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddia tələbinin təmin olunması barədə Quba rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair gəldiyi nəticəni iddia ərizəsinin xahiş edirəm hissəsində müqavilənin ləğv olunması tələb edildiyi halda məhkəmə tərəfindən müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasına istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1914/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 466/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ona görə də, apellyasiya instansiyası tərəfindən göstərilən maddi və prosessual əsaslarda qeyd olunan formal pozuntuları aradan qaldırmaqla yuxarıda sadalanan yalan, uydurma, görünüş üçün paylı mülkiyyətçilərin hamısının razılığı və iradə ifadəsi olmadan qanunvericiliyə zidd olaraq, heç bir hüquqi və faktiki nəticə doğurmayan müqavilənin və ona əsasən aparılmış sənədlərin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edib Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu. 1-ci Nügədi kəndində yerləşən 6572.76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair iddiaçılarla cavavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və bununla da. Dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasına nail olmaq məcburiyyətində qalmışdır. Cavabdeh1 iddia tələbinə qarşı etiraz ərizəsilə məhkəməyə müraciət edərək, etirazını olunla əsaslandırmışdır ki, 0,66 ha torpaq sahəsində xx.xx.2003-cü il tarixindən 350 ədəd müxtəlif növ alma ağaclarını əkib. Baxmayaraq ki, yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıq aparmaq istəsə də, (hətda onların vəkilinə də bu barədə deyib) iddiaçılar danışığa gəlməmişlər. Lakin məhkəmə prosesi bitməmiş xx.xx.2022-ci il tarixində Quba rayon 1-ci Nügədi kənd sakini İddiaçı1 və ailə üzvləri 19 il əkdiyi və qulluq etdiyi çoxillik alma ağaclarını kökündən çıxardaraq yandırmışlar, torpağı isə şumlayıblar və ona 20000 (iyirmi min) manat miqdarda maddi ziyan vurmuşdular. Bınların hamısı Quba rayon 2-ci Nügədi kənd sakini X1 gözü önündə baş vermişdir. Bu faktlara dair əlində təsdiq edici video və foto şəkilləri vardır. Sumqayıt Apellyasiya Məhkəməsində aparılmış araşdırma zamanı Appellyasiya Məhkəməsinin hakimləri iddia tələbinin əsasının dəqiqləşdirilməsinə zərurət gördü və bu məqsədlə də iddiaçı tərəfin mövqeyini bir daha öyrənməyə çalışmışdır. Lakin, Məhkəmə kollegiyası tərəfində bir neçə dəfə təklif olunasına baxmayaraq iddiaçıların vəkili iddianın məhz “müqavilənin ləğv edilməsi” ilə bağlı olduğunu və tələbə də məhz bu qaydadda baxılmasını xahiş etmişdir. İddiaçıların vəkili mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsızlığı ilə bağlı iddia müddəti bir il təşkil etdiyindən tələb məhz müqavilənin ləğvi ilə bağlıdır. İddiaçıların vəkili Nümayəndə bildirir ki,qeyd olunan müqaviləni İddiaçı1 müdiri olduğu dövrdə işdən çıxarılması kimi hallarla üzləşməkdən qorxmasının mövcudluğu şəraitində rəsmiləşdirmişdir.Tam yalandır. O İddiaçı1lə 1993-cü ilə kimi işləmişdir. Torpaq sahəsini isə ondan xx.xx.2003-cü ildə, yəni 10 ildən sonra almışdır. Vəkil bildirir ki, qeyd olunan müqaviləni İddiaçı3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub.Tam yalandı. Mübahisəli torpaq sahəsini tam qanunu formada Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2003- cü il Reyestr 4Ə 234 nömrəli torpağa mülkiyyət hüququna X12 əsasən alqı-satqı müqaviləsi almışdır. Həmin alqı-satqı müqaviləsi imzalanarkən uşaqları yetkinlik yaşlarına çatmadığlarına görə, onların hüquqi varisi anaları İddiaçı3 imza etmişdir. Quba rayon İcra Hakimiyyəyi yanında yetkinlik yaşına çatmayanlar şöbəsindən arayışda Quba rayon Notariat Kontoruna verilmişdir. O, satılan torpağa görə İddiaçı1 və həyat yoldaşı İddiaçı3 qızma üç milyon manat ödəmişdir. Vəkil Nümayəndə bildirir ki, İddiaçı1 heç vaxt notariat kontoruna getməmiş iş, xatırladığına ğörə ona torpaqla bağlı kredit alınması üçün olan sənəd olduğunu bildirib nələrəsə imza etdirmişdir.Tam yalandı. O, İddiaçı1 0.66 ha torpaq sahəsini tam qanuni formada Quba rayon Notariat kontorunda təstiq edilmiş torpağa mülkiyyət hüququna X12 əsasən alqı-satqı müqaviləsi ilə almışdır və almağını öz imzası ilə təstiq edib, həmdə torpaqı ona satmasını təsdiq edən səs yazısı da vardır. Qeyd edir ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. İddiaçılar İddiaçı1, İddiaçı3, X4, İddiaçı5. İddiaçı2 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiasının əsassız hesab edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-466/2024 saylı xx.xx.2024 tarixli Qətnaməsi; Azərbaycan Respublikası Alı Məhkəməsinin MK-nın 2(102)-1914/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı mövcuddur. Hazırki iddia ərizəsində göstərilən hallar Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın yuxarıda qeyd olunan normativ aktında Məhkəmə Kollegiyası tərəfindən iddiaçı və onun nümayəndəsinə verilən suallarda geniş müzakirə olunmuşdur. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə prosesində özü etiraf etmişdir ki, iddia tələbin "əqdin etibarsızlığı" yox, "əqdin ləğvi" formasında yazmasının səbəbi ondan ibarətdir ki,"əqdilərin etibarsızlığı" anlayışı zamanı qanunla dəqiq olaraq müəyyən edilmiş iddia müddəti mövcuddur. Qeyd olunanları rəhbər tutaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və Ali Məhkəmənin qərarını məhkəməyə təqdim etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, o torpağı idiaçılardan qanuni əsaslara uyğun qaydada alıb və bu barədə həmçinin etirazda qeyd etdiyi kimi iddiaçının torpağı ona satmasını təsdiq edən səs yazısı olan diski məhkəməyə təqdim etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə 3-cü şəxsin və cavabdehin nümayəndələsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi qismində vəkilinin izahatını dinləyib, cavabdehin etirazını və təqdim etdiyi digər sübutları araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-324 KOD 30319018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.10 ha torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 01 avqust 2003-cü il tarixli Torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayonu, İ Nügədi kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.10 ha torpaq sahəsindən 6572.76 kv sahəni Cavabdeh1 satmışdılar. Müqavilə Quba rayon Notariat kontorunda 4Ə-234 nömrə ilə reyesterdə qeydə alınmışdır. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin və “Doğum haqqında şəhadətnamə”lərin surətindən göründüyü kimi, İddiaçı1 ilə Ağayeva (Hüseynova) Dilarə Kamal qızı arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan İddiaçı2, X4, İddiaçı5 doğulmuşdur. Quba rayonu İ Nügədi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 172 nömrəli arayışdan görünür ki, Quba rayonu İ Nügədi bələdiyyəsi ərazisində Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə verilmiş, Akt nömrəsi (JN 2293 Kod ********) 1.10 ha torpaq sahəsindən 6572,76 kvm pay torpaq sahəsindən mütəmadi olaraq kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə edirlər. Torpaq vergisi İddiaçı1 tərəfindən ödənilir. JN 2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X10 görünür ki, Quba rayon Notariat Kontorunun 01 avqust 2003-cü il tarixli 4-Ə-234 saylı müqaviləsinə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsi Bakı şəhər sakini Cavabdeh1 mülkiyyətinə keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 adına JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********49 nömrəli İddiaçı2 ünvanladığı məktubdan görünür ki, JN-324 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 324 M nömrəli planşetində göstərilən 6572,76 kv.m torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 1072/2023 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli, 4-Ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına JN-2293 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna X13” işlənmişdir. “Torpağa mülkiyyət hüququna dair dövlət akt” larinın verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 4/1002 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “İddiaçı1O” yazıları qarşısındakı imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Torpaq alqı-satqı müqaviləsində “İmzalar:” qrafasında “İddiaçı3K” yazıları qarşısındakı imza- İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı1 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində, İddiaçı3 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində-yazıların və imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ilə Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu İ Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız;hesab edilməsi və Məhkəmə-xətşünaslıq ekspertizası” nın xərci olan 110 (yüz on) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** ŞFİFT BİK CTREAZ22 saylı hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-466/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-89/2023 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X4 və İddiaçı5 Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4Ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572.76 kv.m pay torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1914/2024 saylı 03 iyun 2024-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X4 və İddiaçı5 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli 2(105)- 466/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna X12 əsasən iddiaçılara torpaq sahəsi verilmiş və notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi bir hissəsi Cavabdeh1 satılmışdır. Qeyd edilən torpaq sahəsi üzərində Cavabdeh1 adına Torpağa Mülkiyyət Hüququna X13 işlənmişdir. İddiaçılar alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iddiaçılar qeyd edilən müqavilədən məlumatsız olduqlarını və iradə ifadələri olmadığı üçün həmin müqavilənin etibarsızlığına dair iddia qaldırmışlar. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İş üzrə ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “İddiaçı1O” yazıları qarşısındakı imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Torpaq alqı-satqı müqaviləsində “İmzalar:” qrafasında “İddiaçı3K” yazıları qarşısındakı imza- İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, qeyd edilən müqavilə İddiaçı3 iradə ifadəsini əks etdirən əqd olmamış, tərəflərin hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməmişdir. Qeyd edilən hal həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hal kimi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olmaqla təmin edilməlidir. Qeyd edlən müqavilə üzrə İddiaçı1 iradə ifadəsi olması ilə bağlı isə məhkəmə bildirir ki, birgə mülkiyyətçiləra arasında əşyaya dair sərəncam verilməsi haqqında razılaşma olmamışdır və müqavilə predmeti olam əmlakın birgə mülkiyyətdə olması müqavilə bağlanarkən məlum olan və əqdin başqa tərəfi kimi cavabdehin bilməli olduğu hal olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Qeyd edilən Məcəllənin 350-ci madəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər Həmçinin məhkəmə hesab edir ki iddia müddətinin tətbiqi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 adına işlənmiş JN- 2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 ləğv edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış və Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh1 adına işlənmiş JN- 2293 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar