Məhkəmə qərarları › İş №2(027)-1843/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1843/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1843/2024 11.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay iki uşağın saxlanması üçün hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üç tərəfindən ödənilmiş 60 (altımış) manat məbləğində rüsumun alınıb ona verilməsi barədə qətna qəbul edlməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha girib el adəti ilə toy edib ailə qurmuşlar. Ailə kimi birgə yaşadıqları dövrdə övladı xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Bundan bir müddət sonra aralarında yaranan anlaşılmazlıqlar, xasiyyətlərinin uyğunsuzluğu səbəbindən ayrılmışlar. Cavabdeh özü evdən çıxıb gedib. Övladları ilə qətiyyən maraqlanmır. Artıq bir neçə müddətdir ki, ayrı yaşayırlar. Heç bir əlaqələri yoxdur. Maddi vəziyyəti o qədər də yaxşı deyil. Getdikcə artan xərcləri ödəyə bilmir. Övladlarına, ona heç bir qayğı göstərmir. Təmir-tikinti ustasıdır. Dəmirçi işi ilə məşğuldur. Gəlirləri yaxşıdır. Maddi vəziyyəti aylıq iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Aliment tələbi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altmış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, 2 il 3 aydır ki, cavabdehlə ayrı yaşadıqlarını, uşaqların özünün himayəsində olduğunu, cavabdehin uşaqlarla maraqlanmadığnı, maddi yardım etmədiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək aliment ödəməyə etirazının olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında AZ-İ seriyalı, 319886 №li şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 18 iyun 2007-ci il tarixdə Quba rayonu, Vladimirovka icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 № ilə qeyd edilmiş və nikahdan sonra arvada «Şixəliyeva» soyadı verilmişdir; İş materiallarında olan AZ-İİ seriyalı, 036011 nömrəli və AZ-İİİ 246737 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X7 və xx.xx.2013cü il tarixdə X8 anadan olmuşdur. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00852 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi, Cavabdeh iştirak etmədi. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 475 №li arayışından görünür ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində qeydiyyatdadır, həmin kənddə anasına məxsus evdə 2022-ci ildən yaşayır və X7 və X3 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, X15 Təhsil İdarəsi Quba rayonu, İbrahim Hümmətov adına Vladimirovka kənd orta məktəbinin xx.xx.2024-cü il tarixli, 415№li arayışından görünür ki, X8 2024/2025-ci tədris ilində Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd orta məktəbinin Vİ (altıncı) sinifində oxuyur. İş materiallarında olan X13 4 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, X7 “Ziya-E X17” MMC-də təhsil alır. İş materiallarında olan Azərbaycan Respubliaksı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18” Quba Rayon Mərkəzi Xəstəxanası” X16 02 avqust 2024-cü il tarixli, 18-1-56/2-Ş- 48xx-xx-3751/2024 saylı arayışından görünür ki, X7 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Quba Rayon Mərkəzi Xəstəxanası” X16in X1 kabinetində “Skalioz” diaqnozu ilə fizioterapiya seansları almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Məhkəmə tərəflərin izahatlarından və işdəki digər sübutlardan müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, evlənib ailə qurmuş, onalrın birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X7 və xx.xx.2013-cü il tarixdə X8 adlı iki uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və birgə nikahlarından doğulmuş uşaqları anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağların saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş X7 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyul 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, Cavabdeh 76,40 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş X7 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyul 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə hər ay 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İlkin mediasiya prosesi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 76,40 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar