Məhkəmə qərarları › İş №2(027)-1849/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1849/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1849/2020 02.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X4 Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X16 ilə birgə nikahından doğulan övladları xx.xx.2015- ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü Hacızadə Ömür Rəfail qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxx 2020-ci ildən başlayaraq, hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 nümayəndəsi və vəkili X17 ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş vaxtda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iş üzrə onun iştirakı olmadan işə baxılması və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 Cavabdeh ilə xx.xx.2013-cü ildə AZ-1 № 865833 saylı nikah haqqında şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olub və Siyəzən rayon Qeydiyyatı şöbəsində 181 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan onların iki qız övladı; xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvvəllüdlü Hacızadə Ömür Rəfail qızı dünyaya gəlib.Nikaha daxil olduqdan sonrakı ilk illərdə ailə münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra isə ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilimişdir.Cavabdeh uzun müddətdir ki, evə baxmır ,uşaqların maddi və məişət qayğıları ilə maraqlanmır, onların maddi ehtiyaclarının ödənilməsinə heç bir maddi yardım göstərmir. Buna görə də X6 hal hazırda iki aya yaxın bir müddətdir ki iki azyaşlı uşağıyla birlikdə Quba rayonu Gədik-qışlaq kəndində anasına məxsus evdə anasının himayəsində yaşayır. Böyük qızı Nəzirə bu il məktəbə hazırlıq qrupuna cəlb olunmalıdır. Haıyeva Yaqut uşaqları tək başına böyüdür. Aldığı əmək haqqı ehtiyaclarını ödəmir, ona və uşaqlarına dolanmaq üçün yetərli deyil. Əmək haqqından başqa əlavə gəlir mənbəyi də yoxdur. Atası vəfat etmiş, anası isə yaşa görə ayda 130 manat sosial müavinət alır. Bu da ailənin heç kommunal xərclərini ödəmir. Cavabdeh isə belə bir vəziyyətdə uşaqlarıyla qətiyyən maraqlanmır. Cavabdeh Siyəzən şəhərində muzdlu əməklə məşğuldur və yaxşı qazancı vardır. Yaxşı qazancı olmasına baxmayaraq cavabdeh ona və uşağlarına baxmır, heç bir maddi yardım və köməklik göstərmir. Cavabdeh uşağların saxlanmasına heç bir qayğı və diqqət dəgöstərmir. Göstərilənləri nəzərə alaraq, birgə nikahdan döğulmuş xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvvəllüdlü Hacızadə Ömür Rəfail qızınınyetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla iki uşaq üçün hər ay 340 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasın vaxtı və yeri barədə cavabdehə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X16 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5.-ci maddəsinin tələblərini əsas tutaraq, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında AZ-1 № 865833 nömrəli şəhadətnamənin surətindən görünür ki, X16 ilə X15 arasında nikah xx.xx.2013-cü il tarixdə Siyəzən rayon VVADQ şöbəsində bağlanmış və 181 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA1470133 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2015-ci iltarixdə anadan olmuşdur. İş materiallarında olan AA0756096 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hacızadə Ömür Rəfail qızı xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Quba rayonu İHB-nın Vəlvələ İƏD üzrə nümayəndəsinin arayışından görünürki, X1 sakini olub, hal- hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi Xaçmaz rayon Polis Şöbəsinin sorğuya cavab məktubunda bildirilirki, xx.xx.1980-ci il təvəllüdlü Hacıyev X13 şəhəri, T. İsmayılov küçəsi, ev 50 mənzil 55 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü Hacızadə Ömür Rəfail qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxx 2020-ci ildən başlayaraq, cavabdeh X9 hər ay hər uşağa görə 150 (yüz əlli) manat məbləğində, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X12 verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2015- ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü Hacızadə Ömür Rəfail qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2020-ci ildən başlayaraq, cavabdeh X9 hər ay hər uşağa görə 150 (yüz əlli) manat məbləğində, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub X12 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar