Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1874/2024 25.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin uşaqlara görə əlavə xərclərdə iştirak etməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-341/2019 nömrəli qətnaməsinin qəbul edildiyi 25 yanvar 2019-cu il tarixdən 2024-cü ilin iyul ayının 1-nə kimi 04 yanvar 2014-cü il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X7 müalicəsinə çəkimiş xərclər olan 8574 manat məbləğində puldan 1874 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-341/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş əlavə xərclərin artırılaraq birgə nikahdan olan 04 yanvar 2014-cu il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X7 müalicəsi ilə əlaqədar Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi hər ay iki uşağa 400 manat əlavə xərcin, ödədiyi 87 manat məbləğində dövlət rüsumunun və 50 manat məbləğində hüquqi yardım xərcinin cavabeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22 may 2013-cti il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 04 yanvar 2014-cü il təvəllüdlü X11 və 23 noyabr 2014-cü il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-867/2015 nömrəli, 21 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aramızda bağlanmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş övladlarının onun yanında saxlanılması qət edilmişdir. Qeyd edir ki, onun cavabdehlə birgə nikahdan doğulmuş övladlarının hər ikisi anadan olandan xəstədirlər. O övladlarının xəstəlik xərclərinin tək başına ödəməkdə çətinlik çəkdiyi üçün uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 2(027)- 341/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04 yanvar 2014-cü il təvəllüdlü X13 04 yanvar 2014-cü ildən 29 sentyabr 2018-ci il tarixə kimi çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat və 04 yanvar 2014-cü il tarixdə doğulmuş X9 və 23 noyabr 2014-cü il təvəllüdlü X10 müalicəsi ilə əlaqədar bir uşağa ayda 50 manat olmaqla hər ay iki uşaq üçün 100 manat əlavə xərcin tutularaq ona verilməsi qət edilmişdir. Lakin iş üzrə cavabdeh əlavə xərclərə görə pulu ümumiyyətlə ödəmir. Eyni zamanda Quba Rayon Məhkəməsinin 2(027)-341/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş cəmi 100 manat əlavə xərclərə cəlb edilmə uşaqların müalicə xərclərini qəti qarşılamır və məhkəmə qətnaməsi ilə əlavə xərclərə cavabdehin cəlb edildiyi gündən bu günə kimi o, təxmini 6700 manat məbləğində əlavə xərclərə görə pul ödəməli idisə, onun öz hesablamalarıyla 15000 manatdan artıq uşaqların müalicəsinə xərc çəkmişdir. Qeyd etdiyi çəkdiyi xərclərin ödəniş çekləri ilə təsdiq olunan hissəsi sadəcə 8574 manat məbləğdir, təsdiq olunmayan məbləq isə qat-qat artıqdır. Həmin xərclər birgə nikahdan doğulmuş övladların aşağıda göstərilən xəstəliklərinin müalicəsi ilə bağlı yaranmışdır. Belə ki, qızı X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən sol tərəfli anadangəlmə hidronefroz, İİİ dərəcə diaqnozu qoyulmuşdur. Uşaq doğulduğu vaxtdan hər ay müalicə alır. Böyrəyində olan problemlərə görə əməliyyat olunmağına, dəfələrlə stent, kateter qoyulmağına baxmayaraq tam sağalma olmamış və həkimlər tərəfindən uşağın daimi olaraq müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir. Buna görə də o hər ay Sevgini Quba, Qusar və əsasən də Bakı şəhərində yerləşən xəstəxanalara apararaq müayinə və müalicə etdirir. Qızı Sevginin böyrəklə yanaşı ürəyində də problemlər yarandığı üçün müayinə və müalicə olunur. Eyni zamanda o, 2024-cü ilin fevral ayında qızılca xəstəliyinə yoluxmuş və immun sistemi çox zəif olduğu üçün xəstəlik ağırlaşaraq bronxopnevmaniyaya çevrilmişdir. Buna görə də xəstəxana şəraitində yataraq müalicə olunmuşdur. Bundan sonra isə yenidən Bakı şəhərinə gedərək Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrəklərinə görə yenidən müalicə olunmuşdur. Belə ki, qızının müayinə və müalicəsi əsasən Bakı şəhərində yerləşən xəstəxanalarda mümkün olduğundan məcbur qalaraq uşağı tez-tez Bakı şəhərinə aparmalı olur və bununla bağlı yol xərcləri, xəstəxanada qalma xərcləri, analizlərinin verilməsi, həkim müayinəsi və reseptlərə əsasən yazılan dərman xərcləri yaranır ki, qeyd edilən xərclər məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdən dəfələrlə çoxdur. İkinci uşağı Həzrət İbrahimov da autizm sindromlu uşaqdır, eyni zamanda onun da böyrəklərində problem var. Ona uşaq autizmi Kanner sindromu diaqnozu qoyulmuşdur. Autizmin gətirdiyi çox saylı sağlamlıqla bağlı əlavə problemləri mövcuddur. Autizmə bağlı olaraq uşağın nitqində və dərslərini oxumaqda problemləri olduğu üçün o mütəmadi olaraq onu Quba rayonu, Xucbala kəndindən taksi ilə Quba şəhərinə psixoloji mərkəzə və əlavə müəllimlərin yanına aparmalı olur. Psixoloji mərkəzdə onun vəziyyəti nəzərə alınaraq oğlu Həzrətlə məşğul olmaq üçün ondan hər ay ən az 200 və ya 250 manat məbləğində ödəniş alınır. Maddi imkanı olmadığı üçün sadəcə autizmlə bağlı problemləri qismən həll etməyə çalışsa da, Həzrətin böyrəyində olan problemlərin isə müalicəsini apara bilmir. Hazırda özü valideynləriylə birlikdə yaşayır, evdə yeganə işləyən şəxs odu. Valideynləri heç bir yerdə işləmir və pensiya almırlar. Özü isə müvəqqəti olaraq işləyərək uşaqlarını saxlamağa çalışır. Həmin əmək haqqı uşaqlarının xərclərinin çox cüzi hissəsini qarşılayır. Cavabdeh bir ata kimi uşaqların əlavə xərclərində iştirak etmək vəzifəsidir. Aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etmək üçün mediasiyaya müraciət etsə də, cavabdeh onunla razılaşmadığı üçün ona mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsinə əsasən ondan İddiaçı xeyrinə birgə nikahdan olan uşaqları, 04 yanvar 2014-cü il təvəllüdlü X6 və 23 noyabr 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 108 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsinə əsasən azyaşlı uşaqların müalicə xərclərinə görə ondan hər ay hər uşağa görə 50 manat olmaqla 2 uşağa görə hər ay cəmi 100 (yüz) manat əlavə sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan İddiaçı Quba Rayon Məhkəməsində ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış və Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2221/2021 saylı qətnaməsinə əsasən məndən İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2221/2021 saylı və Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnamələrinə əsasən mən hal-hazırda İddiaçı hər ay cəmi 440 (dörd yüz qırx) manat aliment ödəyir. İdiaçı İddiaçı yenidən Quba Rayon Məhkəməsində ona qarşı ayrı-ayrı icraatlarda həm alimentin miqdarının artırılması tələbinə dair, həm də ki, “valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair” iddialar qaldırmışdır. İddiaçı ayrıca icraatda qaldırdığı “valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair” iddiası üzrə onun xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, 2 uşağa görə hər ay cəmi 400 (dörd yüz) manat əlavə xərcin tutulmasım tələb edir. Hal-hazırda o, Qusar şəhərində "xxxx" MMC-də çilingər vəzifəsində işləməklə ayda cəmi 345 manat əmək haqqı alır. Onun başqa heç bir qazanc yeri, daşınmaz əmlakı yoxdur. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2221/2021 saylı və Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnamələrinə əsasən İddiaçı xeyrinə qət edilmiş cəmi 440 (dörd yüz qırx) manat alimenti belə ödəyə bilmir. Aliment borclarına görə hətta öz evini də satıb, İddiaçı ödəmişdir. Maddi durumu çox ağırdır və ötən müddət ərzində maddi vəziyyəti yaxşılaşmamış, əksinə daha da pisləşmişdir. Ona görədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlaarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)- 341/2019 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh 04 yanvar 2014-cü il tarixdə doğulmuş Vələdova (İbrahimova) Sevgi Eldar qızına 04 yanvar 2014-cü ildən 29 sentyabr 2018-ci il tarixə kimi çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat və 04 yanvar 2014-cü il tarixdə doğulmuş Vələdova (İbrahimova) Sevgi Eldar qızının və 23 noyabr 2014-cü il tarixdə doğulmuş Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun müalicəsi ilə əlaqədar bir uşağa ayda 50 manat olmaqla hər ay iki uşaq üçün 100 manat əlavə xərc tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 235307 seriyalı “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Quba rayon məhkəməsinin qətanməsinə əsasən, Cavabdeh, İddiaçı arasında olan nikah ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il taridə 30 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 731580 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı müəyyən olunmuşdur. İş materiallarında olan AZ-İİİ 731579 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nazirliyi “Akademik M.Cavadzadə adına” Respublika Klinik Uroloji Xəstəxanasının ambulator, stasionar kartasından çıxarışdan göründüyü kimi, xx.xx.2014cü il təvəllüdlü X4 tərəfli anadangəlmə İİİ dərəcə hidronefroz diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xəstə barədə məlumatdan və xəstəliklə bağlı işə əlavə edilmiş sənədlərdən göründüyü kimi, xx.xx.2014-cü il təvəllüdlü X12 autizmi, kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 müxtəlif müayinə və müalicələrdə olmuş və 1090.77 manat ödəniş edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı qətnaməsinə əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-865/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, uşaqların yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağların gündəlik tələbatının artmasını, uşaqların hər ikisinin sağlamlığında ciddi problemlərin olduğunu əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay uşağların saxlanılması üçün 300 (üç yüz) manat alimentin, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Quba Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(027)-1717/2024 saylı qətnaməsilə xx.xx.2014cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 190 (yüz doxsan) manat, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.Həmçinin Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh 04 yanvar 2014-cü il tarixdə doğulmuş Vələdova (İbrahimova) Sevgi Eldar qızına 04 yanvar 2014-cü ildən 29 sentyabr 2018-ci il tarixə kimi çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat və 04 yanvar 2014-cü il tarixdə doğulmuş Vələdova (İbrahimova) Sevgi Eldar qızının və 23 noyabr 2014-cü il tarixdə doğulmuş Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun müalicəsi ilə əlaqədar bir uşağa ayda 50 manat olmaqla hər ay iki uşaq üçün 100 manat əlavə xərc tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin könüllü şəkildə uşaqların əlavə xərclərinin ödənilməsində maddi yardım göstərməməsi, uşaqların sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı valideynin uşaqlara çəkilmiş əlavə xərclərdə iştirakı tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcələnin 81.2-ci maddəsində qeyd edilir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilən Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının müalicəsi üçün 1090.77 manat vəsait sərf olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğ cavabdehdən tutulmalı və uşaqların sağlamlıq vəziyyətləri nəzərə alınmaqla Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsilə müəyyən edilmiş əlavə xərcin miqdarı dəyişdirilərək, bir uşağa görə 75 manat olmaqla, iki uşağa görə cəmi 150 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat xidmət haqqı, 87 (səksən yeddi) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, hüquqi yardımın göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat xidmət haqqı və 87 (səksən yeddi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 müalicəsinə sərf olunmuş - 1090 (min doxsan) manat 77 (yetmiş yeddi) qəpik Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsi ilə tutulması müəyyən olunmuş əlavə xərcin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 müalicəsi ilə əlaqədar hər ay hər uşağa 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (yüz əlli) manat əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat xidmət haqqı, 87 (səksən yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1874/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1874/2024
25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver