Məhkəmə qərarları › İş №2(027)-1893/2020

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1893/2020

12.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1893/2020 12.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə Kreditor «xxxxxxxxxxx» MMC Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə Quba rayonunda doğulmuş və Quba rayonu, Söhüb kəndində qeydiyyatda olan Borclu 285 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 305 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor «xxxxxxxxxxx» MMC oğlu ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC-dən dəyəri 979 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 285 manat borcu qalıb. Odur ki, borcludan 285 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 305 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1996-cı ildə Quba rayonunda doğulmuş və Quba rayonu, Söhüb kəndində qeydiyyatda olan Borclu 285 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 305 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş N 513630 nömrəliborc müqaviləsinə əsasən «xxxxxxxxxxx» MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Borclu ilə xx.xx.2019-cu ildə bağlanmış QBK513630 saylı müqaviləsi üzrə ödənilməmiş 285 manat əsas (qalıq) borcu vardır. İşdə olan arayışın surətindən görünür ki, Borclu Quba rayonu, Söhüb kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: Borclu 285 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 305 (üç yüz beş) manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar