Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1894/2022 01.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-193/2020 saylı iş üzrə qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində tutulmuş alimentin azaldılması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan Qanunun tələbinə uyğun olaraq İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-193/2020 saylı iş üzrə qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində tutulmuş alimentin Quba rayon məhkəməsinə müraciət edildiyi tarixdən hesablanaraq azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-437/2022 saylı iş üzrə, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin bu iş üzrə 19 iyun 2020-ci il tarixli 2(027)-193/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Onun nikahda olduğu X7, Rəvan və Fəqan adlı 3 uşağı vardır. O, bir ata olaraq onları yetkinlik yaşına çatanadək saxlamağa borcludur. Belə ki, onun 4 övladı var və nəzərə alınsa ki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında məhkəmə tərəfindən hər ay aliment tutulur, bir uşağa görə alimentin miqdari qazancın (başqa gəlirlərin) 1/8 hissəsindən çox olmamalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-193/2020 saylı qətnaməsi ilə, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktı müəyyən edilmiş və İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı şikayət təmin edilməmiş və Quba rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli, 2(027)-193/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı Seyfəl oğlunun xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 adında övladları vardır. İddiaçı Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(027)-193/2020 saylı iş üzrə qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində tutulmuş alimentin Quba rayon məhkəməsinə müraciət edildiyi tarixdən hesablanaraq azaldılmasına dair qətnamə qəbul edilməsini tələb edir və bunu başqa nikahdan anadan olmuş İddiaçı Seyfəl oğlunun xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 onun himayəsində olması halı ilə əlaqələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsi isə o cümlədən alimentin miqdarının dəyişilməsi əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsbit edir. Bundan başqa, iddiaçı Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 193/2020 saylı qətnaməsindən verdiyi apelasiya şikayəti təmin edilməmişdir. İddiaçı həmçinin alimentin azaldılması barədə iddia tələbinin əsası kimi üç uşağı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin borcudur. Valideynlərin uşaqlarını saxlamağa borclu olması eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də təsbit olunmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Beləliklə məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1894/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1894/2022
01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver